Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mixeil Canelidze: Gürcüstan Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Mixeil Canelidze: Gürcüstan Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

14.02.2017 [09:25]

Fevralın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasizadə son illər həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyini qeyd edib. O, uğurlu neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də Azərbaycan və gürcü xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Qədim tarixi dostluq tellərinə malik ölkələrimizin müasir dövrdə etibarlı strateji tərəfdaş olduğunu söyləyən Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze öz ölkəsinin daim Azərbaycan ilə əlaqələrin inkişafında və möhkəmləndirilməsində maraqlı olduğunu deyib. Birgə həyata keçirilən qlobal layihələrin əhəmiyyətini yüksək dəyərləndirən xarici işlər naziri onların həm iqtisadi qüdrətimizin artmasında, həm də dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Beynəlxalq və regional problemlər fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldən Baş nazir Artur Rasizadə bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü qeyd edib.
Söhbət zamanı hər iki tərəf iqtisadi, siyasi, humanitar sahələrdə birgə əməkdaşlığın təkcə Cənubi Qafqaz regionunun inkişafı və tərəqqisi üçün deyil, həm də bütün Avropanın mənafeyi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30