Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

15.11.2016 [10:04]

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, dövlət başçıları tərəfindən Azərbaycan-İran əlaqələrinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib, səfirə gələcək işlərində uğurlar arzulayıb.
Cavad Cahangirzadə səmimi qəbula görə minnətdarlıq edib, ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvanın əhəmiyyətini vurğulayıb. Səfir Naxçıvan Muxtar Respublikasının inkişafı və qorunub saxlanılması sahəsində görülən işləri yüksək qiymətləndirib, bunun əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31