Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2009-cu ildə Azərbaycanda iqtisadi inkişaf davamlı olacaq

2009-cu ildə Azərbaycanda iqtisadi inkişaf davamlı olacaq

23.05.2009 [11:14]

Beynəlxalq Valyuta Fondu Azərbaycanı MDB regionunda daha sabit və böhrana davamlı ölkə hesab edir
Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ildə Azərbaycanda iqtisadi inkişafın davamlı olacağını və bir çox ölkələrlə müqayisədə respublikamızın maliyyə-bank sektorunda sabit inkişaf tempinin qorunub saxlanılacağını bəyan edib.
Azərbaycan banklarının likvidliyinin yüksək olması maliyyə sferasını hər hansı mənfi təsirlərdən qoruyur. Fondun “Regional iqtisadi perspektiv” adlı hesabatında qeyd olunur ki, dünya iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda 4 faizdən artıq artım tempi uğurlu makroiqtisadi siyasətin nəticəsi sayıla bilər.
BVF bu ilin ikinci yarısında dünya iqtisadiyyatında mənfi tendensiyaların baş verəcəyini proqnozlaşdıraraq böhranın yeni sahələri əhatə edə biləcəyini istisna etmir. Fondun ekspertlərinin qənaətinə görə, eyni zamanda, böhran keçmiş Sovet İttifaqı ölkələrinə, o cümlədən də, Qafqaz və Mərkəzi Asiya regionuna ciddi ziyan vura bilər. Valyuta Fondunun hesabatında o da nəzərə çatdırılır ki, böhran dərinləşməkdə davam etsə, bu ölkələrdə nəinki iqtisadi artım tam dayana bilər, hətta ötən illər qazanılmış makroiqtisadi sabitlik zəifləyəcək. İxracdan asılılığı, investisiya axınının dayanmasını əsas gətirən fond mütəxəssisləri hesab edir ki, Azərbaycan, Türkmənistan və özbəkistan böhranla mübarizədə daha güclüdür. Bu ölkələr neft və qaz təbii hasilatının artımı hesabına tənəzzüldən qaça bilər.
BVF-nin ekspertlərinin fikrincə, MDB regionunda daha sabit və böhrana davamlı olan ölkə Azərbaycandır. Birliyə daxil olan dövlətlərdə cari ilin birinci rübündə ümumi daxili məhsulun (üDM) həcmi 1 faizdən çox artmadığı halda, Azərbaycanda 4 faizlik artım böyük nailiyyət sayıla bilər. Mütəxəssislərin fikrincə, 2009-cu ilin ilk rübündə iqtisadi artım meyillərinin əldə olunması sosial və iqtisadi sferalarda dinamik inkişafın geniş vüsət alması fonunda dünya iqtisadi böhranının respublikamıza təsirini məhdudlaşdırmış olacaq. Daxili bazarın sabit olması, real sektora bankların maliyyə axınlarının davam etməsi iqtisadiyyatda dinamizmi təmin edəcək və bu proses bir qədər də sürətlənəcək. Bu dinamizmə qeyri-neft sektorunda baş verən inkişaf meyilləri mühüm təsir göstərmiş olacaq.
İlin sonuna kimi üDM-in artımının 5 faizdən çox olacağını proqnozlaşdıran BVF ölkəmizdə sağlam bank sisteminin mövcudluğu və bankların likvidliyinin artımı şəraitində iqtisadiyyata kredit yönəldilməsinin çoxalmasını da təqdir edir. Fond qeyd edir ki, 2009-cu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında artım tempi maliyyə-bank sektorunda da müşahidə olunub. Belə ki, 2009-cu ilin ilk rübündə banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının 6 milyard 692 milyon manatı keçməsi və 39,1 faizlik artım mühüm göstərici sayıla bilər.
BVF mühüm iqtisadi faktorlardan biri kimi bankların iqtisadiyyata kredit qoyuluşlarında kommersiya banklarının fəallıq nümayiş etdirməsini qiymətləndirir. Qeyd edək ki, birinci rübdə özəl banklar tərəfindən iqtisadiyyata 3 milyard 655,2 milyon manat kredit qoyulub. ümumiyyətlə, fond ölkəmizdə bankların fəaliyyəti üçün sağlam iqtisadi mühitin olmasını təqdir edir. Bankın qənaətinə görə, respublikamızın bank sektorunda qeydə alınan göstəricilər dünyanın aparıcı ölkələrinin bank sektoru üzrə orta göstəricilərdən bir neçə dəfə yüksəkdir. Bu isə respublikamızın bank və maliyyə sisteminin sabit olmasını göstərir, eyni zamanda, bankların likvid fəaliyyətini təsdiqləyir. BVF hesab edir ki, bu tendensiya bankların dünya maliyyə böhranına baxmayaraq kifayət qədər sağlam və dözümlü olmasını göstərir.
ELBRUS CƏFƏRLİ
Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30