Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rauf Əliyev: Şavaş Koçaryanın bəyanatı beynəlxalq ictimaiyyəti çaşdırmağa və mövcud status-kvonun saxlanılmasına yönəlib

Rauf Əliyev: Şavaş Koçaryanın bəyanatı beynəlxalq ictimaiyyəti çaşdırmağa və mövcud status-kvonun saxlanılmasına yönəlib

13.05.2016 [09:33]

“Ermənistanın xarici işlər nazirinin müavini Şavaş Koçaryan bəyan edib ki, Yerevan Cənubi Qafqaz regionunda münaqişə tərəfi olan ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana silah satılmasına embarqo qoyulmasını istəyir. Maraqlıdır, nəyə görə məhz indi bu ideya Şavaş Koçaryanın ağlına gəlib? Əlbəttə, bu, təsadüfi bir məsələ deyil. Azərbaycan Ordusunun ildən-ilə güclənməsi, döyüş qabiliyyətinin durmadan artması, ən başlıcası isə, bu ilin aprel ayının 2-dən 5-dək olan dövrdə cəbhə boyu erməni təxribatına layiqli cavab verməsi Ermənistan rəhbərliyini şoka salıb. Onlar hələ də bu şokdan ayıla bilmirlər”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, cəbhə xəttində ağır məğlubiyyətə düçar olandan bəri Ermənistan rəhbərliyi tamamilə çaşbaş qalıb. Onun sözlərinə görə, Ş.Koçaryan silah embarqosundan danışır, ancaq Ermənistan tərəfi atəşkəs rejiminə riayət etmir, mütəmadi olaraq Azərbaycanın cəbhəboyu kəndlərini, mülki obyektlərini atəş altında saxlayır.
“Ermənistandan fərqli olaraq, Azərbaycan öz torpaqlarını müdafiə etmək, işğal olunmuş torpaqları düşməndən azad etmək məqsədi ilə silah alır. Ermənistan isə silahları təcavüzkar niyyətlərini həyata keçirmək məqsədi ilə əldə edir. Şavaş Koçaryanın bu bəyanatı beynəlxalq ictimaiyyəti çaşdırmağa, danışıqlar prosesinin bərpa olunmasını ləngitməyə və mövcud status-kvonun saxlanılmasına yönəlib. Ancaq bu cəhdlər əbəsdir. Artıq beynəlxalq ictimaiyyət də başa düşür ki, bu münaqişə tezliklə danışıqlar yolu ilə həll olunmalıdır. Əks halda, Azərbaycan beynəlxalq normalara uyğun olaraq suveren hüquqlarından istifadə edərək işğal olunmuş torpaqlarını öz gücü ilə azad edəcək”, - deyə R.Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31