Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçiləri üçün cəbhədə yaradılan şəraiti əks etdirən fotolar yayıb

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçiləri üçün cəbhədə yaradılan şəraiti əks etdirən fotolar yayıb

12.05.2016 [09:48]

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçiləri üçün cəbhədə yaradılan şəraiti əks etdirən fotolar yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdim olunan foto materiallarda düşməndən azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində “yaşayışı üçün” yaradılmış şərait əks olunub. Tərifi “göylərə sığmayan Ermənistan ordusunun” hərbi qulluqçularının necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur. Fərq müqayisə zamanı daha aydın görünür. Fotomateriallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.
Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddətdə hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31