Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRTAC-da Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılıb

AZƏRTAC-da Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılıb

11.05.2016 [10:08]

Mayın 10-da AZƏRTAC-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar agentliyin arxivində qorunub saxlanılan fotoşəkillərdən ibarət sərgi açılıb.
Sərgidə Ümummilli liderin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini və mərhələlərini əks etdirən 70-dən çox fotoşəkil nümayiş olunur.
Əvvəlcə AZƏRTAC-ın kollektivi Ulu öndərin agentlikdəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Sərginin açılışında çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib ki, xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi, Azərbaycanın XX əsrdə yetirdiyi ən dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ölkəmizdə və xaricdə geniş qeyd edilir. Mübarizələrlə dolu bütün mənalı ömrünü canından artıq sevdiyi xalqına, Vətəninin tərəqqisinə həsr edən Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri minnətdarlıq hissi ilə xatırlanır. Ulu öndər çıxışlarından birində deyirdi: “Mən həyatım boyu, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam”.
Tədbirdə Ulu öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş stolüstü oyunlar üzrə yarışların qaliblərinə diplomlar və mükafatlar təqdim edilib.
Sonra fotosərgiyə baxış keçirilib.
AZƏRTAC-ın binası önündə təqdim olunan sərgi paytaxt sakinləri üçün də açıqdır.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31