Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır

Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır

07.05.2016 [09:10]

Müdafiə nazirinin tapşırığına əsasən, qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən olunan marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
“Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyənləşdirilən normalara uyğun qaydada müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31