Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu əlil insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə yeni layihə həyata keçirir

Heydər Əliyev Fondu əlil insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə yeni layihə həyata keçirir

02.05.2009 [13:01]

Əlil insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə şəhərində Regional İnformasiya Mərkəzi yaradılır. Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında yaradılan mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcək.
Müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradılır. 50 adda audiokitab fonduna malik kitabxananın səsyazma studiyasının köməyi ilə daha da zənginləşdirilməsi nəzərdə tutulur. Sürətli internetlə təmin olunmuş mərkəzdə 20 kompyuterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl disleyləri, 2 ədəd sərbəst oxuyan maşın, eləcə də Brayl printeri quraşdırılacaq. Oxu maşınının vasitəsilə müxtəlif dillərdə nəşrləri səsləndirmək mümkündür. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə elektron böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompyuter oyunlarının təşkili nəzərdə tutulur. Burada əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün bütün şərait yaradılıb. Regional İnformasiya Mərkəzinin internet saytı yaradılır. Burada fiziki qüsurlu insanlar lazım olan informasiyanı əldə etməklə yanaşı, saytdakı “Tanışlıq” bölməsində biri-biriləri ilə ünsiyyət qura biləcəklər. Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakını, informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, bütövlükdə yaşayış tərzinin yaxşılaşdırılmasını təmin edəcək.
Layihə Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi ikinci layihədir. 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə sənədi imzalanıb. Layihə çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internet məktəbində model İKT sinifləri yaradılıb, proqram təminatı lokallaşdırılıb, internetə çıxış, tədris-təlim proqramlarının hazırlanması, audiostudiya və kitabxananın fəaliyyəti təmin edilib. Geniş zal elektron kitabxana üçün uyğunlaşdırılıb, Almaniya istehsalı olan kompyuterlər quraşdırılıb. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır.

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30