Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vaqif Dərgahlı: Ermənilər dinc sakinləri atəşə tutmaqda davam etsə, onların hərbi obyektləri vurulacaq

Vaqif Dərgahlı: Ermənilər dinc sakinləri atəşə tutmaqda davam etsə, onların hərbi obyektləri vurulacaq

28.04.2016 [10:10]

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a açıqlamasında deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya dinc sakinləri atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır.
V.Dərgahlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir. “Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin açdığı atəş nəticəsində Tərtər rayonunda xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”, - deyə V.Dərgahlı vurğulayıb.

Paylaş:
Baxılıb: 305 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31