Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin 66-cı baharına qədəm qoydu

Elçin 66-cı baharına qədəm qoydu

13.05.2009 [10:33]

Bu gün Xalq yazıçısı Elçinin doğum günüdür. Böyük ədib düz 66 il bundan öncə may ayının bu günündə Bakıda, XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açıb. Uşaqlıqdan ədəbi mühitin içində, kitabların əhatəsində olan Elçin Əfəndiyev uşaqlıq illərini belə xatırlayır: “Hələ yazıb-oxumağı baçarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım...”
Yazıçının ilk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub. Görkəmli yazıçı “Bu dünyada qatarlar gedər” (1974), “Bülbülün nağılı” (1983), “Mahmud və Məryəm” (1983), “Ağ dəvə” (1985), “ömrün son səhəri” (1983), “ölüm hökmü” (1989) kimi kitabların müəllifidir.
Dünyanın əksər ölkələrində müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edən Elçin Əfəndiyev Azərbaycan Ali Sovetinin deputatı olub. Hazırda Azərbaycan Respublikası baş nazirinin müavinidir. Bakı Dövlət Universitetinin professoru olan ədib bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür, bundan başqa Elçin Əfəndiyev həm də “Şərəf nişanı”, “Xalqlar dostluğu” və “İstiqlal” ordenləri ilə təltif olunub.



Paylaş:
Baxılıb: 1033 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30