Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırılıb

Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırılıb

28.04.2016 [10:09]

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, bu il aprelin 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınıb, iri çaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində dağıdılıb. Belə ki, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılıb, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib. Bu hallar hazırda da davam edir.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

Paylaş:
Baxılıb: 301 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31