Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rebaz Məhəmməd: Azərbaycan belə bir forumun keçirilməsi üçün mükəmməl məkandır

Rebaz Məhəmməd: Azərbaycan belə bir forumun keçirilməsi üçün mükəmməl məkandır

27.04.2016 [10:11]

“Bakı Forumunda aparılan müzakirələr dünyanın müxtəlif problemlərinin həllinə töhfə verəcək. Bizim dünyanın müxtəlif yerlərindən gələn iştirakçılarla bir çox ortaq problemlərimiz var. Eyni zamanda, digər ölkələrdə uğurla tətbiq olunan elə həll yolları və ideyalar var ki, biz də bunlardan faydalana, həmçinin öz ölkələrimizdə tətbiq edə bilərik”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantısının İraqdan olan iştirakçısı Rebaz Məhəmməd deyib.
“Düşünürəm ki, Azərbaycan bu Forumun keçirilməsi üçün mükəmməl məkandır, çünki bu ölkə müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirir, burada bütün millətlər sülh şəraitində problemsiz yaşayırlar. Mənim vətənim dini və etnik zəmində müharibələrlə dağıdıldığına görə bu Forum bizim üçün daha dəyərlidir. Arzu edirəm ki, mənim ölkəm Azərbaycandan, buradakı tolerantlıqdan nümunə götürsün, İraqda da sülh bərqərar olsun”, - deyə Rebaz Məhəmməd bildirib.

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31