Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənc liderlər problemlərin həllində KİV-lərin rolundan danışıblar

Gənc liderlər problemlərin həllində KİV-lərin rolundan danışıblar

26.04.2016 [09:22]

İnklüziv cəmiyyətlərin, multikultural dəyərlərin, tolerantlığın təbliğində, ksenofobiyanın və zorakı ekstremizmin qarşısının alınmasında kütləvi informasiya vasitələrinin üzərinə daha böyük məsuliyyət düşür.
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 25-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantısında səsləndirilib.
Toplantıda Azərbaycanla yanaşı, Kanada, Niderland, Əfqanıstan, Braziliya, Avstriya, Belçika və digər ölkələrdən olan gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının üzvləri iştirak ediblər.
Fəal diskussiya şəraitində keçən toplantıda gənc liderlər inklüziv cəmiyyətlərin mediada necə təbliğ olunması, təhsil və elm, miqrantlarla bağlı məsələlər haqqında maraqlı müzakirələr aparıblar.
Müzakirələrdə jurnalistlərin təhlükəsizliyi, mediada baş verən problemlər, bu problemlərin kütləvi informasiya vasitələrində necə işıqlandırılması, inklüziv cəmiyyətlərin mediada təbliği məsələləri müzakirə olunub, müvafiq təkliflər səsləndirilib.
Hazırda dünyada zorakılıqların qarşısının alınmasında, münaqişələrin aradan qaldırılmasında və digər problemlərin həllində gənclərin fəallığının daha da artdığı diqqətə çatdırılıb, Bakı Forumunun bu istiqamətdə görüləcək işlərə töhfə verəcəyi xüsusi vurğulanıb.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək dəyərləndirən beynəlxalq təşkilatların gənc üzvləri sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlüklərini, gənclərin nümayiş etdirdikləri liderlik bacarıqlarını, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələri müzakirə ediblər.

Paylaş:
Baxılıb: 381 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31