Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sivilizasiyalar Alyansının Bakı Forumu inklüziv cəmiyyət quruculuğu üçün dünyaya yeni mesajlar verəcək

Sivilizasiyalar Alyansının Bakı Forumu inklüziv cəmiyyət quruculuğu üçün dünyaya yeni mesajlar verəcək

26.04.2016 [09:21]

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu “birgəyaşayış” məfhumunun inklüziv cəhətini vurğulamaq baxımından çox önəmli tədbirdir. Bu Foruma ev sahibliyi edən Azərbaycan insanların əsrlər boyu birgə yaşadıqları inklüziv ölkə modelidir. Bu ölkədə müxtəlif dini və etnik mənsubiyyətə aid olan insanlar inkişaf naminə bir yerdə, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 25-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun növbəti əməkdaşlıq toplantısında səsləndirilib.
Müasir dünyada baş verən bir sıra problemlərin gənclər üçün də çətinlik yaratdığına toxunan toplantı iştirakçıları vəziyyətdən çıxış yollarının həlli istiqamətində müxtəlif fikirlər səsləndiriblər.
Toplantıda gənclərin işsizlik problemindən çıxış yolları ilə yanaşı, gender bərabərliyi problemi də müzakirə mövzusu olub. Çıxışlarda qeyd edilib ki, gənclər sülh və əmin-amanlığın tərəfdarı kimi dünyada dinc şəraitdə birgəyaşayışın təmin olunması istiqamətində atılan addımları dəstəkləyirlər. Bu baxımdan Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu inklüziv cəmiyyət quruculuğu istiqamətində dünyaya yeni mesajlar verəcək. Forum çərçivəsində gənclərin qlobal əməkdaşlığının yaradılmasının vacibliyi vurğulanaraq, bu istiqamətdə daha perspektivli uğurlara imza ata bilməyin mümkünlüyü diqqətə çatdırılıb.
Toplantıda maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31