Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünyanın müxtəlif ölkələrinin gənc nümayəndələri hərbi münaqişə problemlərini müzakirə ediblər

Dünyanın müxtəlif ölkələrinin gənc nümayəndələri hərbi münaqişə problemlərini müzakirə ediblər

26.04.2016 [09:21]

Aprelin 25-də Bakı Konqres Mərkəzində “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantısında “Əhali və hərbi münaqişəyə məruz qalan ərazilər” və “Sülhməramlılıq problemləri” mövzuları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan, Almaniya, Rumıniya, Venesuela və bir sıra Afrika ölkələrinin müxtəlif beynəlxalq və yerli gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, dünyada hərbi münaqişələrin mövcudluğuna və həllinə birbaşa təsir edən siyasi, iqtisadi, dini və başqa amillərlə yanaşı, cəmiyyətin həmin problem ətrafında cari vəziyyətlə bağlı məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Bu işdə KİV-lərin, onların obyektivlik səviyyəsinin əhəmiyyətli rolu var. Müvafiq vəziyyətlərin işıqlandırılmasına qərəzsiz yanaşmanın təmin olunması problemlərinin, habelə dünyanın müxtəlif ölkələrində bunun üçün mövcud olan imkanların müzakirəsi gənclərin diqqət mərkəzində olub.
Müzakirə iştirakçıları ictimai əhval-ruhiyyə, münaqişə edən ölkələrin vətəndaşlarının bir-biri ilə münasibətləri probleminə toxunaraq, yaranan ziddiyyətlərin həlli istiqamətində uğur qazanmağın çox vacib olduğunu vurğulayıblar. Bu isə yaranmış problemin aradan qaldırılması yolunda ilk zəruri addım, habelə uğurlu nəticəni qoruyub saxlamağın ən yaxşı qarantıdır.
Tədbirdə müharibə şəraitində yaşayan Azərbaycanın dinlərarası dialoqa, multikultural dəyərlərə töhfələri xüsusi vurğulanıb.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31