
Milli Məclisin deputatları Fəttah Heydərov və Eldar İbrahimovun da iştirak etdiyi görüşdə diaspor fəallarına ATƏT Parlament Assambleyasının Astanada keçirilmiş 17-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin gördüyü işlər barədə məlumat verilib. B.Muradova Azərbaycanda gedən proseslərdən danışıb, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq və bu çərçivədə parlamentlərarası əlaqələrin səviyyəsindən bəhs edib.
Azərbaycan Mədəni Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov rəhbərlik etdiyi qurumun fəaliyyəti, Qazaxıstanda yaşayan azərbaycanlılar və onların bu ölkənin iqtisadi, siyasi və ictmai həyatındakı rolu barədə məlumat verib. O bildirib ki, soydaşlarımız Azərbaycanda gedən prosesləri maraqla izləyir və qazanılan uğurlara çox sevinirlər.
Soydaşlarımız Azərbaycan Prezidentinin daxili və xarici siyasətini bəyəndiklərini və dəstəklədiklərini vurğulayıblar.
- Oxunub: 18060 |
- Tarix: 08-07-2008 |
-
Çap et |