Ana səhifə »  Siyasət »  Azərbaycan və Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir
A+   Yenilə  A-
Azərbaycan və Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir
Prezident İlham Əliyev: Azərbaycan və Rusiya Xəzər dənizi və Qafqaz regionunda baş verən proseslərə təsir göstərən ölkələrdir
Prezident Dmitri Medvedev: Azərbaycandakı vəziyyət konfessiyalararası dialoqun və vətəndaş sülhünün gözəl nümunəsidir
Xəbər verildiyi kimi, iyulun 3-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin şərəfinə rəsmi qəbul təşkil edilib. Dövlət başçıları qəbulda nitq söyləyiblər.
Rusiya Prezidentinin ilk rəsmi səfərlərindən birinin bizim ölkəmizə etməsinin xoş hal olduğunu deyən Prezident İlham Əliyev bunu dostluq əlaməti kimi, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilən münasibətlərin yüksək səviyyəsinin ifadəsi kimi qiymətləndiririb: "Xalqlarımız arasında münasibətlərin çoxəsrlik tarixi var. Xalqlarımız yüzilliklər boyu sülh, dostluq, əməkdaşlıq şəraitində yaşamış, həmişə fəal qarşılıqlı əlaqə saxlamışlar. çox xoşdur ki, Sovet İttifaqı dağılandan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər, xüsusən indiki mərhələdə, 2000-ci illərdən başlayaraq çox dinamik, konstruktiv şəkildə inkişaf edir. Bu əlaqələr səmimi, mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanır. Bugünkü səfər buna parlaq sübutdur. Bu gün biz ikitərəfli maraq doğuran məsələləri müzakirə etdik, əvvəlki uğurlarımızı təhlil etdik. Əlbəttə, münasibətlərin gələcək perspektivlərini müzakirə etdik ki, bu da çox əhəmiyyətli məqamdır. Xüsusən ona görə ki, Azərbaycan və Rusiya Xəzər dənizi regionunda və Qafqaz regionunda baş verən proseslərə təsir göstərən ölkələrdir. Ona görə də regionda gələcəkdə yaranacaq vəziyyət ölkələrimiz arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərimizi əlaqələndirməkdən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar inkişafdan çox asılı olacaqdır. Bu gün biz böyük razılıq hissi ilə qeyd edirik ki, kifayət qədər geniş əhatəli münasibətlərimizin gündəliyinin bütün bəndləri üzrə tam anlaşma var, bizim yanaşmalarımız eynidir. Başa düşürük ki, bizim münasibətlərimiz indiyə qədər olduğu kimi, bundan sonra da səmərəli və dinamik inkişaf etməlidir".
Müzakirə edilmiş mövzular arasında regional təhlükəsizlik və əməkdaşlıq, enerji təhlükəsizliyi məsələlərinin, energetika sahəsində əməkdaşlıqla bağlı mövcud layihələrin, gələcək üçün potensial layihələrin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, bunlar da ölkələrimizi daha sıx birləşdirəcək və qarşılıqlı əmtəə dövriyyəsini daha da artırmağa, nəqliyyat, kommunikasiyalar, texnologiyalar, təhsil və humanitar sahədə əməkdaşlığı genişləndirməyə imkan verəcək: "Bu gün praktik olaraq bütün istiqamətlər üzrə qazanılmış uğurlar təhlil olunmuş və gələcəyə aparan yollar müəyyən edilmiş, dialoqun intensivləşdirilməsi və bütün planlarımızın sürətlə həyata keçirilməsi barədə müvafiq strukturlara konkret tapşırıqlar verilmişdir. Əlbəttə, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər çoxsahəlidir. Lakin mən humanitar sahədə əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Şübhə yoxdur ki, əmtəə dövriyyəsi artır, biz yeni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın potensialını genişləndiririk. Lakin ölkələrimiz arasında gələcək münasibətlərin əsasını, müstəqil Azərbaycan və müstəqil Rusiya şəraitində böyüyən və püxtələşən gələcək nəsillərin formalaşdıracağı münasibətlərin əsasını əlbəttə, humanitar sahə təşkil edəcəkdir. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq başqa ölkələr üçün nümunə sayıla bilər.
Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğıkeş münasibət bəsləyirlər. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır və biz bunu regionda şəraitin tarixi inkişaf amili kimi qiymətləndiririk. Eyni zamanda, elə bir amil hesab edirik ki, müstəqillik əldə olunduqdan sonrakı 17 ildə ölkəmizdə elə vəziyyət yaranmışdır ki, burada yaşayan bütün millətlərin nümayəndələri özlərini rahat, sərbəst hiss edir, bir böyük ailə kimi dolanırlar. ölkəmizdə millətlərarası sülh və konfessiyalararası dialoq bizim uğurlu inkişafımızın əsasıdır. Heç şübhəsiz ki, Qafqazda ən böyük icma və Azərbaycanda yaşayan icmalardan ən böyüyü olan rus icması bu baxımdan çox mühüm rol oynayır. Azərbaycanda rus teatrı tikilir, Moskva Dövlət Universitetinin filialı yaradılır, tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir, rus dilində çoxsaylı, Sovet İttifaqı dövründə olduğundan daha çox qəzet çıxır. Mən bunları təkcə əldə edilmiş uğurları bir daha vurğulamaq üçün deyil, həm də ölkələrimiz arasında münasibətlərin ruhunu bir daha ifadə etmək üçün deyirəm. Bizim çox yaxşı əlaqələrimiz, qarşılıqlı iqtisadi münasibətlər, siyasi dialoq, neft-qaz, nəqliyyat və s. sahələrdə konkret layihələrimiz ola bilər. ümumiyyətlə, bu istiqamətdə səylərin artmasını müşahidə edirik və gələcəkdə bu səyləri artırmaq ümidindəyik. Lakin mən hesab edirəm ki, xalqlarımızın mənəvi yaxınlığı, səmimi münasibətlər, qonşuluq münasibətləri heç də az əhəmiyyəti olmayan amillərdir. Hər şeydən əlavə, Rusiya və Azərbaycan həm də qonşu ölkələrdir. Qonşular arasında münasibətlər heç də arzu edilən kimi olmur. Biz bunu öz regionumuzun və daha geniş coğrafi məkanın tarixindən bilirik".
Sonra nitq söyləyən Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanda səfərdə olmasından şad olduğunu bildirib: "Bunun müxtəlif səbəbləri var. Lakin ilk növbədə ona görə ki, biz buraya dostlarımızın yanına qonaq gəlmişik və bugünkü danışıqlar, bugünkü görüşlər də bizim əməkdaşlığımızın nə qədər dinamik, nə qədər əsaslı olduğunu göstərdi. Bu axşam vaxtı sizi rəqəmlərlə, danışıqların yekunları barədə faktlarla yormaq istəmirəm. Hərçənd, mənim fikrimcə, bu danışıqlar özləri hər şeyi göstərdi. Bu danışıqlar bir-biri ilə çox sıx əlaqə saxlayan, bütün istiqamətlərdə - həm energetika, həm sənaye, həm də sosial-humanitar istiqamətlərdə birgə işləyən iki dövlət arasında danışıqlardır. Əlbəttə, bütün bunlar ölkələrimizin son illərdəki inkişafının nəticələridir. Zənnimcə, biz hələ çox iş görməliyik. Xüsusən ona görə ki, bir sıra layihələr həqiqətən gələcəyə istiqamətlənmişdir. Biz hər iki ölkə üçün faydalı olan iri layihələrin maddiləşməsi üçün, onların xalqlarımıza, dövlətlərimizin mənafelərinə xidmət etməsi üçün səylərimizi əsirgəməyəcəyik. Dünya inkişaf edir və onun problemləri azalmır. Buna görə də mən belə hesab edirəm ki, bizim müntəzəm əlaqələrimiz, ən mürəkkəb beynəlxalq məsələləri, postsovet məkanında mövcud olan məsələləri, mürəkkəb dövlətlərarası problemləri müzakirə etməyimiz yalnız işin xeyrinədir. Bugünkü dialoq bunu növbəti dəfə nümayiş etdirdi. İlham Heydər oğlu ilə biz, demək olar ki, bütün beynəlxalq problemləri gözdən keçirdik, həm uzaq xaricdə, həm də postsovet məkanında münasibətlərin necə qurulması barədə danışdıq. Biz, demək olar ki bütün beynəlxalq məsələlərə dair fikir mübadiləsi etdik və bu göstərdi ki, bütün məsələlərə münasibətdə mövqelərimiz eynidir. Bu, çox yaxşı haldır. Bu, bizim gələcək münasibətlərimizi də həm əvvəllər, Azərbaycana Heydər Əlirza oğlu Əliyevin rəhbərlik etdiyi dövrdə, həm də indi Azərbaycan Respublikasına İlham Heydər oğlu Əliyevin başçılıq etdiyi şəraitdə olduğu kimi, konstruktiv dostluq əlaqələri üzərində qurmağa imkan verəcəkdir. Hesab edirəm ki, bu, gələcək üçün çox yaxşı, möhkəm təməldir. Mən o fikirlə də tam razıyam ki, iqtisadiyyatdan əlavə insanlar arasında əlaqələr, humanitar qarşılıqlı münasibətlər də çox vacibdir. Əlbəttə, bu mənada Azərbaycan başqa dillərə, tarixən həqiqətən millətlərarası ünsiyyət dili olmuş rus dilinə qayğıkeş münasibət göstərilməsinin nümunəsidir. Mədəni dialoqun inkişafı, tədrisin rus dilində aparıldığı məktəblər şəbəkəsinin genişləndirilməsi, üniversitetlərin, o cümlədən Moskva Universitetinin filialının açılması - bütün bunlar məhz bu istiqamətdə atılan addımlardır və biz bunu çox yüksək qiymətləndiririk. Hesab edirəm ki, əgər biz tərəfdaşlığımızı bundan sonra da bu şəkildə davam etdirsək, o, son dövrdə vaxtilə bizi birləşdirən vahid dövlətin əsasında yaranmış dövlətlərin inkişafının real nümunəsi olacaqdır. Azərbaycana gəlməyə dəvət olunduğum üçün səmimi təşəkkürümü bildirmək istərdim. Mənim fikrimcə, bizim bu il də ünsiyyət saxlamağımız üçün səbəb çox olacaqdır. Biz həmişə Moskvada qonaq kimi Sizin yolunuzu gözləyirik. Biz Sizi təkcə Moskvada yox, Rusiyanın başqa şəhərlərində də görməyə həmişə şad olarıq. Rusiya kiçik ölkə deyil, bizim layihələrimiz də çoxdur, sadəcə görüşmək, ən müxtəlif məsələləri müzakirə etmək üçün səbəblər də çoxdur. Bu qədər ciddi və ölkələrimiz üçün vacib məsələlərin müzakirəsində iştirak etdiklərinə görə bugünkü danışıqların bütün iştirakçılarına - dövlət strukturlarının nümayəndələrinə, dövlət qulluqçularına, biznes təmsilçilərinə, bu gün görüşdüyüm konfessiyaların nümayəndələrinə təşəkkür etmək istərdim. Doğrudan da, Azərbaycandakı vəziyyət konfessiyalararası dialoqun və vətəndaş sülhünün gözəl nümunəsidir".
Qeyd edək ki, dünən Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri başa çatıb. Azərbaycanın və Rusiyanın dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola salıblar.
AzərTAc
 
  • Oxunub:  19920  |  
  • Tarix:  07-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA