Ana səhifə »  Siyasət »  Türk dünyasının qürur mənbəyi
A+   Yenilə  A-
Türk dünyasının qürur mənbəyi
Güclü ordu qələbənin - qalib ölkənin atributudur
Ordu hər bir millətin güvənc yeri, qürur, ləyaqət rəmzidir. Azərbaycanda ordu quruculuğu prosesi çox çətin və mürəkkəb mərhələlərdən keçib. Həm Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə, həm də müstəqilliyimizin yenidən bərpa edildiyi 1991-ci ildən sonra.
Cümhuriyyət Ordusu
1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyət hökumətinin qərarı ilə Milli Ordunun formalaşdırılmasına başlanılıb və əsasən azərbaycanlılardan ibarət olan Müsəlman korpusu-Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bununla da Azərbaycan Milli Ordusunun əsası qoyulub.
Həmin il sentyabrın 1-də Azərbaycanda Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olunub və ordu rəhbərliyinə ilk təyinatlar həyata keçirilib. Ordumuzun ilk sərkərdəsi - hərbi nazir general Səmədağa Mehmandarov olub. Hökumətin dekabrın 25-də verdiyi eyni qərarla general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edilib.
1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti digər dövlət atributları ilə yanaşı, Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-bolşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi türk qoşunları ilə birgə buna nail ola bilib.
1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmrlə 24-29 yaşlı oğlanlar səfərbər edilib. 1918-1920-ci illərdə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmasını yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. 1920-ci ilin yanvarında hökumət Milli Ordunun yaradılması prosesini demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət olub. Lakin təəssüf ki, 1920-ci ilin aprelində milli hökumətin süquta uğraması və bolşevik işğalı planları alt-üst edib.
Müstəmləkə ölkəsinin ordusu
SSRİ qurulandan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Sovet ordusuna xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Yeridilən bu siyasətin məqsədi Azərbaycanın o vaxtkı rəhbərliyinin diqqətindən yayınmırdı. Lakin bu siyasətin qarşısını almaq istiqamətində ilk addımı ümummilli lider Heydər Əliyev atdı. Məhz onun səyləri nəticəsində 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu məktəb Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolu oynadı, hərb sənətinə marağı gücləndirdi. Bu addım müstəqillik dövrünün ordusunun da köməyinə çatdı.
Bizə güclü ordu
gərəkdir
1991-ci ilin sonlarında öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Silahlı Qüvvələrinin yaradılması işlərinə başlandı. Lakin müstəqilliyin ilk illərində nizami ordu quruculugunda problemlər, özbaşınalıq birinci Qarabağ savaşında məğlubiyyətlərlə nəticələndi.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan ordusunun yaradılmasında da inkaredilməz fəaliyyəti ilə fərqləndi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlandı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra, Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsi mümkün oldu.
ümummilli lider Heydər Əliyevin "Danışıqlarda daha qətiyyətli olmaq üçün güclü ordu lazımdır", - fikri bu mərhələdə dövlətin hərbi siyasətinin əsas məramı oldu. Məhz bundan sonra orduya ayrılan vəsait ölkə büdcəsinin əsas xərclərini təşkil etdi. Bu siyasətin davamıdır ki, indi hərbi büdcəmiz Ermənistanın bütöv büdcəsinə bərabərdir. ölkəmizdə ordu quruculuğu istiqamətində atılan addımlar Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti ilə daha geniş miqyas aldı. Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi müasir silahlara malik Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət yüksək döyüş qabiliyyətli Milli Ordumuz var. Silahlı Qüvvələrin peşəkar zabit kadrları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır. Ali baş komandanın əmrilə ildə 4 dəfə yaşı 18-dən 35-dək olan vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.
Hərbi parad
Nizami ordu yaradılandan sonrakı bu mərhələyə iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə bağlı Bakıdakı Azadlıq meydanında hərbi parad yekun vurdu. Bu, Azərbaycanın dövlət müstəqilliyi tarixində ikinci, Silahlı Qüvvələrin tarixində üçüncü hərbi keçid oldu. İlk hərbi parad 1919-cu ildə Bakı şəhərində - indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə keçirilib. Müstəqilliyin bərpasından sonra Bakıdakı hərbi parad 1992-ci il oktyabrın 9-da olub. Sayca üçüncü hərbi parad isə özündən əvvəlkilərdən möhtəşəmliyi ilə fərqləndi.
Hərbi paradda bütün növ qoşunlar - hərbi hava qüvvələri, hərbi donanma, quru qoşunlar təmsil olundu, bütün növ silahlar, o cümlədən ağır texnika - tanklar, toplar, qırıcı təyyarələr nümayiş etdirildi.
İlk olaraq tribunanın önündən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun geyimində və o dövrün silahları ilə silahlanmış əsgərlərin keçidi müasir dövlətin milli kökünə bağlılığının və varisi olan dövlətə sədaqətinin nümayişi oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət bölük, general-mayor Lənkəran Əliyevin rəhbərliyi altında Təlim-Tədris Mərkəzinin, general-mayor Heydər Piriyevin rəhbərliyi altında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, eləcə də Azərbaycan Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin müdavimləri, Quru Qoşunların ordu birləşmələrini təmsil edən bölmələr və Azərbaycanın sülhməramlı bölüyü isə gələcəyin etibarlı əllərdə olduğuna dair mülahizə yürütmək üçün tutarlı arqument verdi. Keçmişlə gələcəyini gözü önünə gətirən xalq özünü bu anları göz yaşı ilə izləməkdən necə saxlaya bilərdi?
XDMX-nin Milli Qvardiyasının əsgərləri, MTN-in, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının, Sərhəd Qoşunlarının, Daxili Qoşunların bölükləri və dəniz piyadalarını görəndə qürur hissi keçirən bir millətin gözləri dolmaya bilərdimi?
Hərbi paradda ən çox maraq doğuran isə NATO ölkələri ordularında istifadə olunan müasir atıcı silahlarla təchiz olunmuş, geyimi ilə digər bölmələrdən fərqlənən Müdafiə Nazirliyinin xüsusitəyinatlı 3 bölüyü oldu.
Şəxsi heyətin keçidinin ardınca texniki personal insanların qəlbini riqqətə gətirdi. Düşmən quyusuna su tökənlərin parad öncəsi şayiələri bu anlardan etibarən puç oldu. Silahlı Qüvvələrin motosikletdən tutmuş müxtəlif təyinatlı raket və artilleriya sistemlərinədək ən müasir texnikalarının nümayişi bəzi suallara da cavab verdi.
O gün təəccübünü gizlətməyənlər, təəccübündən doğan fəxr hissini boğa bilməyənlər az olmadı.
Hərbi texnikanın keçidinin önündə "Mercedes UNİMOS", "Land Rover" hərbi maşınları və PKM motosikletlərində silahlı əsgərlər, T-72M1 markalı tanklar, BMP-2 döyüş maşınları, BTR-80, 2C7, 2C3, 2C1 özüyeriyən artilleriya qurğuları, "OSA-AK", "Toçka-U", "S-200", "S-125" markalı zenit-raket sistemləri, BM-21 (Qrad), Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda olan "Smerch" reaktiv-yaylım atəş sistemləri, "Giatsin", M-46, MT-12 topları, D-20, D-30A, RBQ (107 mm) və "AMQ-Vasilyok" qaubitsaları, Azərbaycan tarixində ilk dəfə olaraq pilotsuz uçan kəşfiyyat aparatları...
Bütün bunlar Ali Baş Komandanın və xalqın orduya güvəncinin yetərincə əsaslı olduğunu bir daha təsdiqləyirdi.
Hərbi Hava Qüvvələrinin çıxışı isə sözün əsl mənasında qürur mənbəyi oldu. Paraddan 10 gün sonra hələ də gurultusu ilə qulaqlarda cingildəyib, ürəklərdə fərəh hissi yaradan döyüş təyyarələri və helikopterlərin pilotaj uçuşları yəqin növbəti hərbi keçidə qədər milli ruhumuzu tənzimləyəcək, pessimist əhvala qapılmağa imkan verməyəcək. "Mİ-8" və "Mİ-24" vertolyotları, "L-39", "MİQ-29", "SU-25" və "SU-24" təyyarələri səmada qoyduqları izləri ilə düşmənə dağ çəkdi. Şahinlər bir daha millətin qürur mənbəyi oldu.
Hərbi qüvvələrin nümayişinə ruh yüksəkliyi, təmtəraq qatan ifanı da unutmaq mümkün deyil. Paradı müşayiət edən Azərbaycan Silahlı Qüvvələrinin 200 nəfərlik hərbi orkestri nizami ordunun növbəti keçidinin möhtəşəmliyinə öz töhfəsini verdi.
Hərbi ekspertlərin fikrincə, böyük əhəmiyyətə malik olan hərbi parad ictimaiyyətin orduya olan inamını gücləndirməklə yanaşı, dövlətin hərbi cəhətdən nəyə qadir olduğunu sübut etdi. Paradın ən böyük uğuru isə gənclərin Silahlı Qüvvələrə, hərbi peşəyə marağını artırmaq olacaq.
Dost sevindi, düşmən kor oldu
Bir sözlə, Azərbaycan ordusunu dünya izlədi: düşmən kor oldu, dost isə sevindi.
Sevincimizi ən çox Türkiyə bölüşdü. Hərbi parad dost ölkədə böyük qürur hissi ilə qarşılanıb. "Hürriyyət" qəzeti "Bakıda möhtəşəm hərbi keçid" və "Vətən" qəzeti "Ermənilərə göz dağı" başlıqlı yazılarla iki qardaş xalqın ümumi Vətəni olan Azərbaycan və Türkiyənin hərbi gücünü düşmənlərə layiqli cavab kimi dəyərləndiriblər. Azərbaycan Ordusunun hərbi paradını türk dünyasının qürur qaynağı hesab edən Türkiyə mətbuatı belə bir fikrə xüsusi yer ayırıb: "İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın hərbi gücünün artması işğal olunmuş torpaqların azad olunacağına əminlik hissi yaradır". İngiliscə nəşr olunan "Todays Zaman" qəzeti isə "Azərbaycan öz hərbi gücünü Ermənistana göstərdi" başlıqlı yazısında Azərbaycan Silahlı Qüvvələrinin son illərdə modern orduya çevrildiyini xüsusi vurğulayıb.
RUHİYYƏ
 
  • Oxunub:  19410  |  
  • Tarix:  07-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5