Ana səhifə »  Siyasət »  Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ
A+   Yenilə  A-
Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ
Prezident İlham Əliyev: Biz bir-birimizi dost, strateji tərəfdaş adlandıran ölkələr hesab edirik
Prezident Dmitri Medvedev: Azərbaycan Qafqazda bizim strateji tərəfdaşımızdır
Dünən Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olub.
Prezident İlham Əliyev Rusiya dövlətinin başçısına müraciətlə deyib: "Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram, Sizi görməyimə çox şadam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir və çox xoşdur ki, Siz Prezident vəzifəsində işə başlayandan az sonra Azərbaycana səfər edirsiniz. Bu, bizim əməkdaşlığımızın, ölkələrimiz arasında dostluq münasibətlərinin çox yaxşı əlamətidir. Mən əminəm ki, bu səfər çox uğurlu olacaq və münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bizim çox geniş gündəliyimiz var, qarşılıqlı maraq doğuran məsələlərin əhatə dairəsi genişdir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaq və fəal surətdə irəliləməyimizə imkan verəcək".
Prezident Dmitri Medvedev səmimi qəbul üçün təşəkkür edərək deyib: "Sizin indicə dediklərinizlə tamamilə razıyam. Sankt-Peterburq zirvə toplantısında razılaşdığımız kimi, Sizə qonaq gəlməyimə çox şadam. çox yaxşıdır ki, Bakıya rəsmi səfərim belə tezliklə baş tutdu. Əminəm ki, danışıqlarımız konstruktiv keçəcək, yaxşı nəticələr verəcəkdir. Bu gün Sizinlə imzalayacağımız Bəyannamə və bir sıra sənədlər xalqlarımızın mənafelərinə cavab verəcək".
Prezident İlham Əliyev və Dmitri Medvedevin təkbətək görüşü başa çatandan sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə Azərbaycan-Rusiya danışıqları aparılıb.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev qonaqları salamlayaraq deyib: "Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Xoş gəlmisiniz! Sizin bu vəzifədə işə başlamağınızdan az sonra Azərbaycana rəsmi səfər etməyinizi biz çox yüksək qiymətləndiririk. Bu, bizim münasibətlərimizin xarakterinin və ruhunun göstəricisidir. Bu səfər ölkələrimiz arasında münasibətləri daha da möhkəmlədəcəkdir. Bu gün biz ikitərəfli və regional xarakterli məsələlərin çox geniş spektrini, beynəlxalq münasibətləri müzakirə etdik. Böyük razılıq hissi ilə qeyd etmək istəyirəm ki, danışıqlarımızın yekunları çox müsbətdir. ölkələrimiz arasında münasibətlər ənənələrə, tarixə əsaslanır. Dostluq, mehriban qonşuluq və strateji münasibətlər kimi səciyyələnən bu münasibətlər Azərbaycanın mənafelərinə və əminəm ki, Rusiyanın da maraqlarına tam cavab verir. Mən həmçinin əminəm ki, səfər çox uğurlu olacaqdır. Bizim müzakirə etdiyimiz, planlaşdırdığımız məsələlər, səfərin yekunlarına əsasən imzalayacağımız sənədlər yerinə yetiriləcək və ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksələcəkdir. Bu münasibətlər bundan sonra da tərəfdaşlıq, strateji və dostluq münasibətləri kimi səciyyələnəcəkdir. Bu, Azərbaycanın milli maraqlarına tam cavab verir. Əminəm ki, bu səfər, - Siz Azərbaycanda əvvəllər də olmusunuz, lakin Prezident kimi buraya ilk dəfə gəlmisiniz, - və onun nəticələri müsbət olacaq, habelə ölkəmizlə, şəhərimizlə bir daha tanışlıq üçün yaxşı fürsət olacaq".
Rusiya Prezidenti Dmitri Medvedev səmimi qəbul üçün təşəkkürünü bildirərək deyib: "Əlbəttə, Azərbaycan Qafqazda bizim strateji tərəfdaşımızdır. Mən tamamilə razıyam ki, bizi çoxəsrlik tarixi köklər və indiki tərəfdaşlığımızın xüsusi xarakteri, çox güclü əlaqələr birləşdirir və bu, həqiqətən, ən müxtəlif problemlərin həllində kömək edir. Bununla əlaqədar mən onu da demək istərdim ki, bir müddət əvvəl əmtəə dövriyyəsinin həcmini indiki meyarlarla yüksək səviyyəyə - təxminən 2 milyard dollara çatdırmaq barədə qarşıya qoyduğumuz məqsədə nail olmağa əslində yaxınlaşmışıq. Hətta son dörd ayda əmtəə dövriyyəsinin, demək olar ki, yarıbayarı artması müşahidə olunur. Yəni bu sahədə çox yaxşı potensial var. Onu da qeyd etmək lazımdır ki, söhbət təkcə enerji daşıyıcılarından deyil, həm də intellektual məhsullardan gedir, bu isə ölkələrimizin potensialını yaradır".
Azərbaycan Prezidenti İlham Əliyevin və RF Prezidenti Dmitri Medvedevin geniş tərkibdə danışıqları başa çatandan sonra Rusiya-Azərbaycan sənədləri imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Dostluq və strateji əməkdaşlıq haqqında bəyannaməni imzalayıblar.
"Rusiya Federasiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində əməkdaşlıq haqqında" memorandumu Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Rusiya Federasiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinin rəhbəri Yuri Petrov, "Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında Gömrük hüquq pozuntularına qarşı mübarizədə əməkdaşlıq haqqında" sazişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında Tranzit yüklərin salamatlığının təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında" memorandumu Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Rusiya Federasiyasının daxili işlər naziri Rəşid Nurqaliyev, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında arxivlər sahəsində əməkdaşlıq haqqında" sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalayıblar.
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Azərbaycanın Rusiya ilə əməkdaşlığına üstünlük verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu səfər Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək: "Rusiya ilə Azərbaycan arasında münasibətlərin formatı genişlənir və zənginləşir. Biz siyasi müstəvidə fəal əməkdaşlıq edirik, iqtisadi əlaqələrimiz, əmtəə dövriyyəsi artır, onun strukturu, nəqliyyat və humanitar sahələrdə, təhlükəsizliyin təmin edilməsi və regionumuzda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində əməkdaşlıq yaxşılaşır. Bunlar daim müzakirə edilən məsələlərin heç də tam siyahısı deyildir. Biz bir-birimizi dost ölkələr, bir-birini strateji tərəfdaş adlandıran ölkələr hesab edirik. Bu, sadəcə, rəsmiyyət deyil, bizim münasibətlərimizin mahiyyətini əks etdirir. Bu münasibətlərin möhkəm təməli, dərin tarixi var və bu gün onlar dostluq, mehriban qonşuluq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bəyannamə ikitərəfli əməkdaşlığımızın bütün sahələrini əhatə edir və çox sevindirici haldır ki, Azərbaycanda bir nömrəli məsələ sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də bu Bəyannamədə öz əksini tapmışdır. Həmin sənəddə deyilir ki, münaqişə beynəlxalq hüququn prinsip və normaları əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları əsasında, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq həll edilməlidir. Biz bu mövqeyinə görə Rusiyaya təşəkkür edirik. Əminik ki, bu mövqe, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həllində fəal iştirakı öz səmərəsini verəcək. Bu gün biz ənənəvi və potensial enerji əməkdaşlığı məsələlərini fəal müzakirə etdik. Elektrik energetikası sahəsində əməkdaşlığın zəngin tarixi və yaxşı perspektivləri var, neft-qaz sahəsində əməkdaşlıq da tarixi nailiyyətlərə əsaslanır və bu gün biz qarşılıqlı maraq doğuran, karbohidrogen ehtiyatlarından maksimum səmərə ilə istifadə olunmasına xidmət edəcək yeni layihələri nəzərdən keçiririk.
Xəzər dənizinin statusunun tənzimlənməsi ilə bağlı məsələlər də ölkələrimizi birləşdirir. Biz həm Qafqazda, həm də Xəzərdə qonşuyuq. Regionda proseslərin inkişafı və iqtisadi inteqrasiya məsələləri xeyli dərəcədə bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsindən asılıdır.
Bizim münasibətlərimizin humanitar formatı genişlənir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır, burada rus dilində çoxlu qəzet nəşr edilir. Başqa sözlə desək, Azərbaycanın rusdilli vətəndaşlarının hərtərəfli inkişafı üçün zəruri olan bütün işlər görülür. Buna görə də əməkdaşlığın humanitar formatı, təbii ki, münasibətlərimizdə mühüm yer tutur".
Bütün işlərin çox yaxşı vəziyyətdə olmasını və gələcək üçün çox əlverişli planların olmasını nəzərə almaqla müzakirə edildiyini deyən Prezident Dmitri Medvedev söyləyib ki, görüşlərdə bir çox məsələlər müzakirə olunub: "Biz başqa mövzuları da müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsinin həlli problemindən də yan keçmədik. Bu, mürəkkəb prosesdir və biz imkan daxilində onun irəliləməsinə kömək edəcəyik. Bəzi cüzi irəliləyişlər var. Hər halda, biz iyunun 6-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların bərpa olunmasını tamamilə dəstəkləyirik. Bir daha vurğulayıram ki, Rusiya bu məsələnin qarşılıqlı məqbul həllinin tapılmasına bundan sonra da kömək edəcəkdir. İlham Heydər oğlunun qeyd etdiyi daha bir məsələ Xəzər mövzusudur. Bir daha vurğulamaq istərdim ki, aparılmış danışıqlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, ölkələrimiz, xalqlarımız arasında strateji tərəfdaşlığın və dostluğun möhkəmlənməsində mühüm mərhələ oldu".
* * *
Dünən Azərbaycanda rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedev Böyük Vətən müharibəsi veteranı Ağadadaş Səmədova 2-ci və 3-cü dərəcəli Şöhrət ordenləri təqdim edib. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşüb.
Rusiya dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra Rusiya Prezidenti Dmitri Medvedev dünən Heydər Əliyev Fondunda olu. Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Rusiyanın dövlət başçısını səmimiyyətlə qarşılayıblar.
Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verib. Rusiya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb. Rusiya Prezidentinə hədiyyə təqdim olunub. Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrılıb.
* * *
Dünən həmçinin "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin şərəfinə rəsmi qəbul təşkil edilib.
* * *
Xatırladaq ki, Dmitri Medvedyev Bakıdan Aşqabada, oradan Astana və Tokioya səfər edəcək.

 
  • Oxunub:  18540  |  
  • Tarix:  04-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5