Ana səhifə »  Siyasət »  GUAM-ın beynəlxalq aləmdə çəkisi artır
A+   Yenilə  A-
GUAM-ın beynəlxalq aləmdə çəkisi artır
Batumidə keçirilən sammit bir daha təsdiqlədi ki, GUAM təkcə regionun deyil,
həmçinin, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynaya bilər10 il öncə regional qurum kimi fəaliyyətə başlayan Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM bu gün dünyanın qabaqcıl təşkilatlarından birinə çevrilir. Təşkilatın Batumidə keçirilən sammitindən sonra bu fakt bir daha sübuta yetirildi ki, GUAM artıq nəinki regionun təhlükəsizliyi, həm də Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynaya bilər. Əgər təşkilatın fəaliyyətə başlamasının ilk illərində bu qurumun gələcəkdə perspektivsiz olacağı yönündə erkən ittihamlar səsləndirilirdisə, artıq həmin insanlar özləri GUAM-ın imkanlarından bəhrələnməyə səy göstərir. Hazırda qabaqcıl ölkələr və dünyanın geosiyasi mənzərəsinin müəyyənləşdirilməsində rol alan güclü beynəlxalq təşkilatlarla GUAM arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu da təbii ki, qarşılıqlı maraqlara söykənir.
Qərb Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında təşkilata üzv dövlətlərin imkanlarından yararlanmaq niyyətindədir. Xüsusilə Latviya, Litva, Polşa, çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan kimi dövlətlər bu istəklərini reallaşdırmaq üçün xüsusi səy göstərirlər. Bu dövlətlərin ən yüksək səviyyəli təmsilçiləri ilə GUAM-ın tədbirlərində təmsil olunması hər halda bunu sübuta yetirir. Elə sonuncu sammitdə də həm Polşa, həm də Litva dövlət başçıları səviyyəsində təmsil olundu. Polşa Prezidenti Lex Kaçinski GUAM-la əməkdaşlığın ölkəsi üçün böyük önəm daşıdığını qeyd etdi və enerji sahəsində əməkdaşlığın əhəmiyyətini ön plana çəkdi. GUAM dövlətlərinin Avropa strukturlarına inteqrasiyasını dəstəklədiyini bildirən L.Kaçinski iqtisadi əlaqələrin inkişafına tərəfdar olduğunu söylədi. Litva Prezidenti Valdas Adamkusun nitqi və söylədikləri polşalı həmkarının bəyanatından ciddi şəkildə fərqlənmədi. Litvanın dövlət başçısı da GUAM-ın əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı, müasir dövrdə münaqişələrin, dövlətin ərazisinin güc yolu ilə tutulmasının yolverilməz olduğunu bildirdi.
O da qeyd olunmalıdır ki, GUAM üzvləri də qarşı tərəfin bu istəklərinə biganə deyil. Təşkilata üzv dövlətlər beynəlxalq əməkdaşlığın önəmini dərk edərək bu sahədə istənilən addımı atmağa hazır olduqlarını bəyan ediblər. Sammitin sonunda imzalanmış birgə bəyanatda da bu məsələyə toxunularaq qeyd olunur ki, tərəflər ümumavropa və Asiya inteqrasiya proseslərinin tərkib hissəsi kimi regional əməkdaşlığın inkişafına, ABŞ, Polşa, Yaponiya və digər dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yönəlmiş kursun dəyişməz olduğunu bildiriblər. Sənəd müəllifləri iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf strategiyasının reallaşdırılmasının vacibliyini vurğulayıblar.
Sammit çərçivəsində xüsusi diqqət yetirilən başqa bir məsələ isə GUAM üzvlərinin özləri arasında əlaqələrin daha da genişlənməsi məsələsi idi. Qeyd olundu ki, təşkilat dövlətlərinin qarşılıqlı əlaqələrinin möhkəmlənməsində, tərəflərin mövcud problemlərinin birgə həllinə nail olmaqda böyük əhəmiyyət kəsb edir. Maraqlıdır ki, sammit çərçivəsində səsləndirilən bütün bəyanatlarda da bu məsələlər ön plana çəkildi. GUAM dövlətlərin bir-birinə ciddi dəstək və yardımları bu və ya başqa problemlərin həllində çox effektiv təsir imkanı yaradır. Buna bariz misal kimi, bir neçə ay öncə BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Qətnamənin qəbul olunmasını göstərmək olar.
Məlum olduğu kimi, həmin qətnamənin qəbulu zamanı Azərbaycan GUAM üzvü olan digər üç dövlətin dəstəyini almışdı. Həmçinin, bu tip məsələlərdə bütün üzv dövlətlərin mövqeləri üst-üstə düşür. Bunu da təsadüfi hesab etmək olmaz. çünki GUAM üzvü olan 4 ölkənin 3-ü bu və ya başqa şəkildə münaqişəyə cəlb olunmuş tərəflərdir. Ukrayna istisna olmaqla, yerdə qalan 3 dövlətin hər birinin sərhədləri daxilində separatçı rejimlər fəaliyyət göstərir. Moldovanın ərazisində Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi, Azərbaycanın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi uzun illərdir davam edən probleminin olması bu dövlətləri bir-birinə daha sıx düyünlərlə bağlanmasını zəruri edir. Ukraynanın belə bir problemlə üzləşməməsinə baxmayaraq, Kiyevin tərəfdaşlarına verdiyi dəstək xüsusilə təqdirəlayiqdir. Bu dövlət GUAM üzvlərinin ərazi bütövlüyünü tanımaqla kifayətlənmir, bu münaqişələrin həlli üçün yeni təşəbbüslərin də önəmini vurğulayır. Ukrayna Prezidenti Viktor Yuşşenko sammit çərçivəsində bunu bir daha ifadə edərək vurğuladı ki, GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir: "Gürcüstan, Azərbaycan və Moldova ərazisində həllini tapmayan münaqişələr təhlükə faktoru olmaqla yanaşı, qeyri-stabilliyə səbəb olur. Bəzi münaqişələrlə bağlı ortada nəinki nizamlanma planı, heç danışıqlar prosesi də yoxdur. Bu dialoqun təşkili üçün GUAM-ın cəhdlərini gücləndirmək lazımdır".
Bu münaqişələrin həlli həm də regional təhlükəsizliyin təmin olunması baxımından olduqca vacib məsələdir. Sammit çərçivəsində bu yöndə söylənilən fikirlərə tez-tez rast gəlməyimiz də bu məqsədə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında bu məsələni qabardaraq vurğuladı ki, münaqişələr yüksək səviyyəli əməkdaşlığa əngəl törədir. Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı İlham Əliyev qeyd etdi ki, münaqişə nəticəsində bir milyondan artıq insan doğma torpaqlarından didərgin düşüb, onların insan haqları kobud şəkildə pozulub, ərazilərimizin 20 faizi işğal olunub. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, bu münaqişələrin həlli yalnız beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın bu haqq səsinə sammitin digər iştirakçıları da açıq dəstək verir və bununla bağlı müddəanın yekun bəyannamədə yer alması da bu fikri sübuta yetirir.
Aqşin ŞAHİNOÄžLU

 
  • Oxunub:  20520  |  
  • Tarix:  03-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24