Ana səhifə »  Siyasət »  Tarixi zərurətdən doğan əməkdaşlıq
A+   Yenilə  A-
Tarixi zərurətdən doğan əməkdaşlıq
Azərbaycanla Ukrayna arasındakı əlaqələr ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edir
"Ukrayna və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin tarixi zəngin, çoxəsrlikdir. Bu tarix dostluq, qardaşlıq və əməkdaşlığın bir çox parlaq səhifələrini özündə hifz edir. İki müstəqil dövlət, iki müstəqil respublika - Ukrayna və Azərbaycan bu zəmində münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaq, Ukrayna xalqının və Azərbaycan xalqının rifahı naminə dostluğu və qarşılıqlı yardımı daha da möhkəmləndirmək imkanına malikdirlər".
Heydər Əliyev, 28 iyul 1995-ci il
1995-ci ildə Ukrayna prezidenti Leonid Kuçma respublikamıza ilk rəsmi səfərə gəldi. Prezidentlərin görüşü zamanı ölkələr arasında iqtisadi, elmi, mədəni əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi məsələləri müzakirə edildi. Hər iki ölkədə səfirliklərin açılması barədə öhdəliklər götürüldü. Səfər çərçivəsində Leonid Kuçma Zəngilan, Qubadlı və Cəbrayıl qaçqınları, sənaye müəssisələrinin rəhbərləri və işgüzar dairələrin nümayəndələri, həmçinin, Bakıkondisioner istehsalat birliyinin əməkçiləri ilə də görüşdü.
Qeyd edək ki, 60-cı, 70-ci və 80-ci illər - ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü də Ukrayna və Azərbaycan arasında əlaqələrin yüksək inkişafı ilə səciyyəvi olub. İki respublika arasında təşkil edilən festivallar, dostluq günləri, eyni zamanda, ikitərəfli mədəni əlaqələr ənənəvi şəkil alıb. Ukraynanın ədəbiyyat və incəsənət xadimlərinin əsərləri Azərbaycan dilinə tərcümə edilərək, geniş oxucu kütləsinə çatdırılıb. Taras Şevçenko, İvan Franko, Lesya Ukrainka, Maksim Rılski, Mikola Bajan, Aleksandr Korneyçuk, Oles Qonçar kimi görkəmli Ukrayna yazıçı və mütəfəkkirlərinin külliyyatı, seçilmiş əsərləri dilimizə tərcümə edilərək geniş təbliğ olunub. XIX əsrdə görkəmli Ukrayna yazıçısı və mütəfəkkiri Nikolay İvanoviç Qulak Nizami Gəncəvinin "İsgəndərnamə", Füzulinin "Leyli və Məcnun" poemalarını, Mirzə Fətəli Axundovun əsərlərini Ukrayna, rus və alman dillərinə tərcümə edib. Bütün bunlar xalqlarımızın bir-birindən uzaqda yaşasalar da, bir-biri ilə sıx bağlı olduqlarını sübut edir. 1995-ci ildə ölkə rəhbərlərinin görüşündə ulu öndər bu məqamı xüsusi vurğuladı ki, xalqlarımız arasında mövcud olan münasibətlər və yeni müstəvidə davam etmək üçün əsas olan bu görüşün təməli həmin əlaqələrin real nəticəsidir.
Ulu öndər bu səfəri respublikamızın həyatında mühüm hadisə kimi dəyərləndirir və dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsinə təkan verəcək bir addım kimi qiymətləndirirdi. Ukrayna və Azərbaycan xalqları arasında zəngin və çoxəsrlik tarixə malik əlaqələrin mədəniyyət və incəsənət xadimlərinin əsərlərində, eyni zamanda, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində çoxillik əməkdaşlıqda öz əksini tapdığını deyirdi: "Bütün bu əlaqələr elə bir dostluq və əməkdaşlıq körpüsü yaradıb ki, bu körpü uzun illərdən, onilliklərdən və əsrlərdən bəri xalqlarımızı birləşdirir, bizi yaxınlaşdırır və dostluq münasibətləri üçün, səmərəli əməkdaşlıq üçün şərait yaradır".
ümummilli liderimizin bu qənaəti onun ölkələrimizin arasında əlaqələrə nə qədər böyük əhəmiyyət verdiyini göstərirdi.
ötən əsrin əvvəllərində Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başladığı vaxt Ukrayna ilə Azərbaycan arasında formalaşmağa başlayan iqtisadi əlaqələr 1995-ci il görüşündən sonra dünya praktikasında qəbul edilmiş prinsiplər əsasında qurulmağa başladı. İri Avropa dövləti kimi iqtisadi, güclü elmi, intellektual potensialı olan bu ölkə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanları ilə böyük maraq doğururdu. Azərbaycan da Ukrayna üçün həmin maraqlarını realizə etmək baxımından qiymətli idi. Ona görə də, bu iki ölkədə baş verən bütün proseslər maraqla izlənirdi.
Müstəqil Azərbaycan dövləti qarşısında duran çoxlu mürəkkəb problemlər Ukraynada qarşıya çıxan problemlərlə çox oxşar idi. Ukrayna da demokratik dövlət, demokratik cəmiyyət qurur, bazar islahatları keçirilməsi yolu ilə gedir, öz müstəqilliyini möhkəmlətmək yolunu tuturdu. Azərbaycanda da həmin proseslər gedirdi - hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət formalaşır, geniş iqtisadi islahatlar həyata keçirilirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi və aqrar sektorda aparılan islahatlar məhz həmin dövrə təsadüf edirdi. Müstəqil Azərbaycan Respublikasının parlamentinə ilk seçkilər və müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması kimi tarixi bir məqam da məhz 1995-ci ilin payına düşürdü.
Prinsiplərin
17 ifadəsi
1995-ci ildə Ukrayna prezidentinin Azərbaycana gəlişi zamanı ölkə başçıları əlaqələrin bərpası və güclənməsi üçün nəqliyyat əlaqələrinin bərpası məsələlərini də müzakirə etdilər. Həmin vaxt Azərbaycan ilə Rusiyanın Dağıstan ərazisindən keçən sərhədi bağlı olduğundan və nəqliyyat kommunikasiyası iflic vəziyyətinə düşdüyündən dəmiryol əlaqələri demək olar ki, kəsilmişdi. Ona görə də, Azərbaycan ilə Ukrayna, ümumiyyətlə isə Şimalla əlaqələr üçün, o cümlədən də Avropaya çıxış üçün əsas nəqliyyat növü olan dəmiryol magistralının bərpa olunması ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyırdı.
Bu məsələ müzakirə olunarkən yükləri Gürcüstan ərazisi ilə aparıb oradan Qara dənizə, sonra isə Ukraynaya çıxarmaq üçün Azərbaycan, Ukrayna və Gürcüstanın müştərək nəqliyyat şirkətini yaratmaq təklifi nəzərdən keçirildi. Bu xətti Xəzər dənizindən keçərək Şərqə-Türkmənistana və təbii olaraq, oradan da özbəkistana, Qazaxıstana, digər ölkələrə tərəf çəkməyə dair bir neçə layihə də müzakirə olundu. İqtisadi səmərəlilik, təhlükəsizlik, bütün ölkələrlə razılığın mümkünlüyü baxımından diqqətlə işlənməli olan bu layihələrin reallaşması nəqliyyat blokadasından çıxış yolu və güclü iqtisadi əlaqələrin qurulması üçün zəmin demək idi.
Leonid Kuçma Azərbaycanın neft və neft məhsullarını Ukrayna üçün, Ukrayna buğdasını isə Azərbaycan üçün çörək adlandırırdı.
Ona görə də, nəqliyyat əlaqələri ilə yanaşı, iki ölkə arasında hələ ki, uzaq hesab edilən perspektivlər, neft-qaz kəməri problemləri də müzakirə mövzusu kimi gündəliyə əlavə edilmişdi. Bu məsələlər iki ölkə prezidenti arasında müzakirə edilərkən yekdil fikir bu oldu ki, birgə fəaliyyət və nəqliyyat əlaqələrinin yaradılması mövcud beynəlxalq prinsiplərə söykənən ticari münasibətlərin üzərində qurulmalıdır. Bununla yanaşı, Kuçmanın səfəri zamanı xüsusən Azərbaycan və Ukraynanın sənayeləri arasında inteqrasiya əlaqələrini bərpa etmək, habelə yeni münasibətlər və əlaqələr qurmağın yolları da araşdırıldı.
1997-ci il martın 24-də isə də Heydər Əliyev Kuçmanın dəvəti ilə Ukraynaya rəsmi səfərə yola düşdü. Səfər çərçivəsində təkcə iki ölkə arasında yox, ümumiyyətlə, Qafqaz bölgəsi, Avropa və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və başqa sahələrdə böyük aktuallıq kəsb edən əməkdaşlıq məsələləri müzakirə edildi.
Martın 24-də Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək, xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün böyük imkanlar açan dövlətlərarası mühüm sənədlərin imzalanma mərasimi keçirildi. Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirmək haqqında bəyannamə, neft-qaz sənayesi sahəsində əməkdaşlıq, ümumiyyətlə, Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq prinsipləri əsasında əlaqələri nəzərdə tutan 17 sənəd imzalandı. "Bu gün imzalanmış çoxsaylı sənədlərlə yanaşı, əvvəlki dövrün də başlıca yekunu bundan ibarətdir ki, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri təşəkkül tapmış və mövcuddur, buna görə də biz bu münasibətləri inkişaf etdirmək və möhkəmlətmək əzmindəyik" - deyə ulu öndər səfərin nəticələri haqqında danışırdı.
Ən böyük mükafat
Ulu öndər Heydər Əliyev Ukraynaya səfəri zamanı Kiyevin Mariya Sarayında Ukraynanın Ali Ordeni - Yaroslav Mudrı ordeni ilə təltif edildi. Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərini, geniş Ukrayna-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək, möhkəmləndirmək üçün bütün qüvvə və bacarığını sərf edən ulu öndər ölkələrimiz arasında əlaqələrin uğurla inkişafında böyük xidmətlərə sahib oldu. Dahi şəxsiyyət Heydər Əliyev aldığı mükafatı belə dəyərləndirirdi: "Mən bu mükafatı Ukrayna ilə Azərbaycan arasında inkişaf etməkdə olan dostluq münasibətlərinə aid edirəm. Bu, çoxlu mükafatlar aldığım həyatımda və böyük tərcümeyi-halımda yeni bir səhifədir".
Ulu öndərə, həmçinin, Kiyev şəhərinin Fəxri qonağı diplomu və şəhərin rəmzi açarı da təqdim olundu. "Bu, mənim həyatımda böyük hadisədir. Bunu Azərbaycan xalqına, müstəqil Azərbaycan Respublikasına və təbii ki, şəxsən mənə olan hörmət və ehtiram hisslərinin ifadəsi kimi qəbul edirəm. Zəngin tarixə malik, rus dövlətinin başlanğıcı sayılan, bütün tarixi boyunca Ukraynanın milli azadlığının, dövlət müstəqilliyinin rəmzi olmuş və indi də rəmzi olaraq qalan Kiyev kimi gözəl şəhərin Fəxri qonağı statusunu almaq mənə çox xoşdur".
Bir sözlə, vaxtilə ulu öndər Heydər Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycanla Ukrayna arasında olan əlaqələr ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Avropa ilə Asiyanın hüdudlarında yerləşir, Avropanın bir hissəsidir, bununla bərabər, coğrafi baxımdan ən ucqar cinahdadır. Ukrayna da, Azərbaycan da son dərəcə böyük coğrafi-siyasi əhəmiyyətə malikdir. Buna görə də, xalqlarımızın, ölkələrimizin rifahı naminə dövlətlərimiz arasında əməkdaşlığın olduqca böyük əhəmiyyəti var".
Zərnişan AÄžAQIZI
 
  • Oxunub:  17820  |  
  • Tarix:  03-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA