MUZEYLƏR
BAKI
 
NİZAMİ GƏNCƏVİ ADINA MİLLİ
AZƏRBAYCAN ƏDƏBİYYATI MUZEYİ
Ünvan: İstiqlaliyyət küçəsi 53
Tel: (+994 12) 492 18 64
 
Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Sonradan Nizami muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Sərəncamı ilə əsaslı təmirdən sonra bu qurum Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi adlandırılmışdır.
Qurum əsasən Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Təmirdən sonra muzeydəki ekspozisiya tamam yenidən qurulmuş, bütün heykəl və rəsmlər bərpa edilmiş, rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilmiş ən nəfis çərçivələrə salınmışdır. Bütün zallar kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılmış, 3 dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr üçün 14 monitor və dinləmə qurğuları ilə təchiz edilmiş xüsusi böyük zal təşkil edilmişdir. Muzeyin  fondları zəruri texnika və avadanlıqla təmin olunmuşdur. Min kvadratmetr sahəni əhatə edən inzibati korpus zövqlə təmir olunaraq rahat mebel və avadanlıqla, zəruri texnika ilə təmin edilmiş, kompyuterləşdirilmişdir.
Hazırda muzeyin fondunda qorunan eksponatların sayı 76000-ə çatdırılmışdır. Muzeyin tarixində ilk dəfə "Mətbuat zalı" fəaliyyətə başlamışdır. Bu müddətdə aparılan elmi tədqiqatların nəticəsi olaraq çox sayda kitablar, elmi monoqrafiyalar işıq üzü görmüşdür. Muzeyin elmi əsərlərinin VIII-XII cildləri, ekspozisiyanı əks etdirən bukletlər, fondlarda qorunan materialların kataloqları çapdan çıxmışdır.
 
MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ
Ünvan: H.Z.Tağıyev küçəsi 4
Tel: (+994 12) 4933648
Faks: (+994 12) 4985211
 
1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Kоmissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış “Muzekskurs” yarımşöbəsinin nəzdində fəaliyyət göstərmiş, az sоnra “Dоğma diyarın tədris muzeyi – İstiqlal” təşkil edilmişdir. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin оktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adlanmış, 1921-ci ilin mayından ilk ziyarətçilərini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş muzeyin hazırda 300 mindən artıq kolleksiyası vardır. Burada altı şöbə (Azərbaycanın qədim və оrta əsrlər, yeni, ən yeni dövrlər tarixinin ekspоzisiyaları, etnоqrafiya, numizmatika və epiqrafika, elmi ekskursiya və kütləvi işlər), muzey əşyalarının bərpası labоratоriyası, 12 fоnd, 4 qrup və kitabxana fəaliyyət göstərir.
2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur. Açılışdan sonra muzeydə keçirilən müxtəlif mövzulu sərgilər, elmi-praktiki seminar və konfranslar, muzey əməkdaşlarının hazırladıqları kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm də Azərbaycanın tarixi, onun maddi və mənəvi mədəniyyəti ilə maraqlananların rəğbətinə səbəb olmuşdur.
 
QALA ARXEOLOJİ- ETNOQRAFİK MUZEY KOMPLEKSİ
Ünvan: Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsi 17
Tel: (+994 12) 459 14 37
 
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikası Nazirlər Sovetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılmışdır. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi (QAEMK) yaradılmışdır. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılaraq bərpa olunmuşdur.
Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulmuşdur. 1.2 hektar ərazisi olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılmışdır.
Qala kəndi yaxınlığındakı Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar, e.ə. III minilliyə təsadüf edən yaşayış məskənləri, kurqanlar, ocaq izləri və maddi-mədəniyyət qalıqlarının izləri bu yerlərin qədim tarixindən xəbər verir. Muzeyə gələnlər Qala kəndinin qədim tarixi ilə tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan QAEMK-da e.ə. III minillikdən bu günədək Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və sair canlı olaraq qorunub saxlanılmışdır. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.
İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron yarımadasında tapılmış və e.ə. III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.
 
AZƏRBAYCAN MİLLİ İNCƏSƏNƏT MUZEYİ
Ünvan: Niyazi küçəsi 9/11
Tel: (+994 12) 492 57 89; 492 51 17; 492 50 19
 
Muzey 1920-ci ildə təşkil edilmiş və hazırda XIX əsrin axırlarında inşa olunmuş memarlıq abidələri olan iki binada məskunlaşmışdır. Ekspozisiyası tarixi xronoloji ardıcıllıqla ölkələr üzrə qurulmuşdur. Qərbi Avropa: İtaliya, Flandriya, Hollandiya, Almaniya, Fransa incəsənətini muzeydə L.Bassano, F.Solimena, A.Brauver, Y.Sustermans, P.KIass, A.F. Kaulbax, J.Dyüpre, Q.Dyüqe və XVI-XIX əsrlərin başqa məşhur sənətkarlarının əsərləri təmsil edir. Rus boyakarlıq məktəbi XVIII-XIX əsrləin V.Borovikovski, N.Arqunov, V.Tropinin, İ.Şışkin, V.Vereşşagin, İ.Ayvazovski, K.Korovin kimi tanınmış rəssamlarının əsərləri ilə təqdim olunur.
Azərbaycan incəsənəti ekspozisiyası tamaşaçını köklərini qədim dövrlərdən götürən Azərbaycan təsviri incəsənətinin müasirliyə qədər keçdiyi inkişaf yolunda yaradılmış nəfis sənət nümunələri ilə tanış edir. Burada arxeoloji qazıntılar zamanı Mingəçevir şəhəri və Göygöl rayonu ərazisindən tapılan, e.ə. VI-IV minilliklərə aid edilən məişət əşyaları, XI-XIX əsrlərin kaşı, bürünc, mis məmulatları, Quba, Təbriz, Bakı, Şirvan, Qarabağ, Qazax kimi xalça mərkəzlərində toxunmuş xalçalar, şəbəkə, döymə, oyma üslublarında zərgərlik nümunələri sərgilənir. XV-XVI əsrlərdə yüksəliş dövrünü yaşamış, dünya incəsənəti tarixinə Soltan Məhəmməd, Məhəmmədi, Sadiq bəy Əfşar kimi dahilər bəxş etmiş Azərbaycan miniatür sənəti sonrakı yüzilliklərdə yeni formalar aşılayaraq inkişaf etmişdir. Ekspozisiyada XVII-XIX əsrlərdə yaradılmış dəzgah və kitab miniatürləri nümayiş olunur.
Dünyanın ən iri muzeylərində - İngiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Fransanın Luvr, Amerikanın Tekstil, Türkiyənin Topqapı Sarayı muzeyində sərgilənən, H.Holbeyn, H.Memlinq kimi rəssamların əsərlərində əksini tapan Azərbaycan xalçaları muzeydə sərgilənir. Ekspozisiyada mövzulu xalçalardan “Dörd fəsil”, “Dərvişlər” (Təbiz), “Ovçuluq” (Qarabağ), ornamental xalçalardan “Əlixanlı”, “Pirəbədil” (Quba), “Suraxanı” (Bakı), “Şamaxı” (Şamaxı) kimi nadir sənət nümunələri göstərilir.
Müasir Azərbaycan təsviri incəsənəti (boyakarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi sənət) ekspozisiyası tamaşaçını məşhur sənətkarların və cavan rəssamların yaradıcılığını təmsil edən son onilliklərdə yaradılmış əsərlərlə tanış edir.
Prezident İlham Əliyevin Sərəncamı ilə muzey əsaslı təmir olunmuşdur.
 
MÜASİR İNCƏSƏNƏT MUZEYİ
Ünvan: Yusif Səfərov küçəsi 5
Tel: (+994 12) 490 84 04
 
Müasir İncəsənət Muzeyi 2009-cu ildə Bakıda yaradılmışdır. Martın 20-də muzeyin açılışı olmuşdur. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanılmışdır.
Postsovet məkanında analoqu olmayan muzeydə uşaq sənəti salonu, videosalon və art-kafe də fəaliyyət göstərəcəkdir. Muzeyin dizaynının müəllifi tanınmış rəssam Altay Sadıqzadədir.
Muzey binasının layihəsinin müəllifi Jan Nuveldir. O, Barselonada Torre Aqbar adlı möhtəşəm “göydələn”in və Parisdəki Ke Branli Dünya Mədəniyyəti Muzeyinin layihələrinin memarıdır.
Muzeyin açılışında Azərbaycan Prezidenti İlham Əliyev, UNESCO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak etmişlər.
 
AZƏRBAYCAN İSTİQLAL MUZEYİ
Ünvan: Neftçilər prospekti 123a
Tel/faks:(+994 12) 498 83 82
 
Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılmışdır. Əvvəllər muzeyin cəmi 7 min eksponatı olmuş, hazırda bu göstərici 20 mini keçmişdir. Muzeyin vəzifəsi tarixən xalqımızın milli-azadlıq hərəkatını işıqlandırmaq və təbliğ etməkdir.
Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir.
Birinci zalda Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət gerbi, Dövlət himni və Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Burada, həmçinin Azərbaycan xanlıqlarına, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə dair materiallar da yer almışdır.
İkinci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə geniş yer ayrılmışdır.
Üçüncü zal Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarına aid materialları əhatə edir.
Dördüncü zal iki hissədən ibarətdir. Birinci hissə Azərbaycanda repressiyaya məruz qalmış görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Digər hissə isə II Dünya müharibəsində ölkəmizin qəhrəman oğul və qızlarına həsr olunmuşdur.
Beşinci zal Qarabağ hadisələrini əhatə edir. 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi nəticəsində soydaşlarımızın qaçqın və məcburi köçkün düşməsinə, 20 Yanvar hadisələrinə, Xocalı faciəsinə və s. aid müxtəlif sənədli materiallar nümayiş etdirilir. Zalda, həmçinin Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın şəkilləri, onların şəxsi əşyaları, hərbi geyim formaları saxlanılır.
Altıncı zal ümummilli liderimiz Heydər Əliyevin Bakıya dəvət olunması, Milli Qurtuluş Gününə həsr olunmuşdur. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, “Əsrin müqaviləsi”ni (1994), ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar da diqqəti cəlb edir.
Muzeydə müxtəlif tarixi hadisələri aid maraqlı sərgilər və tədbirlər keçirilir.
 
CƏFƏR CABBARLI ADINA AZƏRBAYCAN
DÖVLƏT TEATR MUZEYİ
Ünvan: Neftçilər prospekti, 123a
Tel/faks:(+994 12) 498 40 98
 
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılmışdır. Burada teatrın yaranma tarixi, təşəkkül dövrü, inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində əvəzsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında nadir eksponatlar toplanmışdır.
Bunların arasında müxtəlif janrlı ilk teatr tamaşalarının proqram və afişaları, aktyor və rejissorlara məxsus əlyazmalar, məktublar, rol dəftərləri, foto və neqativlər, geyim və dekorasiya eskizləri, səhnə kuklaları, tamaşaların müxtəlif pərdələri üçün hazırlanmış səhnə tərtibatı maketləri, şəxsi əşya və rekvizitlər, teatr kostyumları tamaşaçıların daha çox marağına səbəb olur.
Eksponatlar 6 zalda nümayiş etdirilir. Son vaxtlar yaradılmış 7-ci zalda isə müxtəlif mədəni tədbirlər, sərgilər, görüşlər və sair keçirilir. Hazırda muzeydə 130 mindən artıq eksponat vardır.
2011-ci il martın 2-də Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimatı keçirilmişdir. Sayt “Musiqi dünyası” jurnalının redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanmışdır.
 
 
CƏLİL MƏMMƏDQULUZADƏNİN EV-MUZEYİ
Ünvan: Süleyman Tağızadə küçəsi 56
Tel/faks:(+994 12) 492 24 09
 
İctimai xadim, publisist, dramaturq, Şərqdə ilk satirik “Molla Nəsrəddin” jurnalının yaradıcısı C. Məmmədquluzadənin ev-muzeyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirə muzeylərinin yaradılması haqqında” 16 iyul 1978-ci il tarixli qərarla yaradılmışdır.
Ev-muzey 5 zaldan ibarətdir. Eksponatların sayı 4600-dən çoxdur. Onlar muzeyin əsas fondunda toplanmışdır. Bu fondun materialları “Molla Nəsrəddin” jurnalları və digər tarixi jurnallardan, kitablardan, qəzetlərdən, rəsm əsərlərindən, ev-məişət əşyalarından, əlyazmalardan, afişalardan ibarətdir.
Muzeyin ekspozisiyasında əsas fonddan 400 eksponat nümayiş etdirilir.
 
 
SƏMƏD VURĞUNUN EV-MUZEYİ
Ünvan: T.Əliyarbəyov küçəsi 4
Tel/faks:(+994 12) 493 56 52
 
Səməd Vurğunun (1906-1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Şair ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur.
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur. Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar aparılmışdır. Şairə aid eksponatların toplanması işi muzeyin fəaliyyətinin əsasını təşkil edir. Hazırda muzeylərdəki eksponatların sayı 13000-dən artıqdır.
Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi qorunub saxlanılır. Digər üç otaqda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsini əks etdirən ekspozisiya yaradılmışdır.
Muzeyin fəaliyyət dairəsi genişdir. Kütləvi işlərlə yanaşı ildə iki dəfə, martın 21-də və mayın 27-də şairin “Xatirə günləri” keçirilir. Burada həmçinin ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş toplantıların keçirilməsi də ənənəvi xarakter almışdır.
Muzeyin rəy kitabında onun fəaliyyətinə ən böyük qiyməti ümummilli liderimiz Heydər Əliyev vermişdir: “Bu gün böyük şair Səməd Vurğunun 90 illik yubileyini qeyd edərkən 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər ölməz Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı oldu. Ötən illər muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb, xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daimi yaşayacaq. Muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi bu şərəfli işə bundan sonra da xidmət edəcəkdir”.
2011-ci il dekabrın 13-də Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında Sərəncam imzalamışdır.
 
 
ƏZİM ƏZİMZADƏNİN EV-MUZEYİ
Ünvan: D.Əliyeva küçəsi 157
Tel/faks:(+994 12) 494 94 73
 
Ə.Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılmışdır. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi (karikaturalar, portretlər, ornamentlər, mənzərə) əsərlər nümayiş etdirilir.
Ə.Əzimzadənin Azərbaycan Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu vardır. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır.
Muzeyi Ə.Əzimzadənin “Füzulinin portreti”, “Cəlaləddin Ruminin portreti”, “Qaçqınlar günü”, “Tut ağacı”, “Nəsiminin edamı”, “Votan”, “Qurban bayramı” və s. rəsmləri bəzəyir.
2010-cu ildə rəssamın anadan olmasının 130 illiyi münasibətilə Bakıda Beynəlxalq karikatura müsabiqəsi keçirilmişdir.
 
 
AZƏRBAYCAN XALÇASI VƏ XALQ
TƏTBİQİ SƏNƏTİ DÖVLƏT MUZEYİ
Ünvan: Neftçilər prospekti 123a
Tel/faks:(+994 12) 493 66 85
 
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrini qədim dövrlərdən bu günədək bütün zənginliyi ilə özündə əks etdirir. Muzey zəngin ekspozisiyaya malikdir. 13 zalda təqdim edilən milli sərvətimiz Azərbaycan incəsənətinin öyrənilməsində əsas təşkil etməklə yanaşı, xalça və xalq tətbiqi sənətinin tarixini, bədii əhəmiyyətini, texnoloji çeşidini özündə əks etdirir, bu bənzərsiz sənət növünün ümumbəşəri mədəniyyətlə əlaqəsini göstərir. Burada Azərbaycanın xalça və xalça məmulatlarının növləri, tarixi dövrləri, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz qrupları kimi klassik toxuculuq məktəblərinin fərdi ənənələri, metal məmulatları, milli geyim və bədii parça nümunələrinin sonsuz çeşidləri diqqətə çatdırılır.
      Muzey 1967-ci ildə yaradılmışdır. İlk ekspozisiyası 1972- ci ildə açılmışdır. Respublikamızda, eləcə də dünyada xəzinəsindəki eksponatların tərkibinə və əhəmiyyətinə görə ilk ixtisaslaşmış muzeydir.
     Muzey tərəfindən Azərbaycanın bütün bölgələri üzrə aparılan elmi tədqiqatlar nəticəsində xalça və xalq tətbiqi sənəti nümunələrinin toplanılması sahəsində də geniş iş aparılır. Bu gün muzeyin zəngin toplusunda 10 minədək xalça və xalq tətbiqi sənəti nümunələri mühafizə edilir.
2011-ci il dekabrın 24-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş “Xalçalarda Nizami dünyası” adlı sərgi açılmışdır.
2011-ci il dekabrın 27-də muzeydə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təsis etdiyi “Xalça” Beynəlxalq onlayn jurnalının (www.xalca.az) təqdimatı keçirilmişdir.
Hazırda muzey üçün yeni bina inşa edilir. Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilir. Binanın layihəsi hazırlanarkən milli memarlıq ənənələrinə daha çox üstünlük verilmişdir.
Xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacaqdır. Birinci mərtəbədə muzeyin qonaqları üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikincidə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları, dördüncüdə isə sərgi salonları və görüş otaqlarının yerləşməsi nəzərdə tutulmuşdur.
Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri olacaqdır. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulmuşdur. Muzeyin foyesində cavahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaqdır. Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulmuşdur.
 
 
AZƏRBAYCAN DÖVLƏT KƏND
TƏSƏRRÜFATI MUZEYİ
Ünvan: Ziya Bünyadov küçəsi 30/97
Tel/faks:(+994 12) 561 08 64
 
Muzey Azərbaycanın kənd təsərrüfatında istifadə olunan əmək alətləri, kənd təsərrüfatının inkişaf tarixi, Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan əmək qəhrəmanları haqqındadır. 1923-cü ildə Respublika Hökuməti və Torpaq Komissarlığının təşəbbüsü ilə satış sərgisi kimi təşkil edilmiş, sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyətə başlamışdır. Muzeyin 6 ekspozisiya zalı var.
Girişdə qədim “İpək Yolu”nun xəritəsi, dənli bitkilərdən hazırlanmış Azərbaycan xəritəsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə həsr olunmuş rəsm əsərləri və s. diqqəti cəlb edir.
Birinci zalda Qobustan qayalıqlarının maketi yerləşdirilmişdir. Zalda, həmçinin XVIII-XIX əsrlərdə kəndlinin məişətini əks etdirən daxma da diqqəti cəlb edir. Burada geyim, bəzək, gündəlik məişət əşyaları və s. nümayiş olunur.   
İkinci zalda XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid eksponatlar sərgilənir. Burada Azərbaycanın tanınmış alimi Həsən bəy Zərdabiyə həsr olunmuş xüsusi guşə də diqqəti cəlb edir. Zalda 1925-ci ildə Amerikadan ölkəmizə gətirilmiş “Fordzon” markalı traktor haqqında məlumat vardır.
Üçüncü zalda taxılçılığa və pambıqçılığa aid maraqlı nümunələr sərgilənir. Burada Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış və eramızın I əsrinə aid edilən buğda dənəsinin nümunəsi, 1926-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Əsgəran qalası yaxınlığındakı Xocalı qəbiristanlığından tapılmış e.ə. I minilliyə aid edilən və qulpunda arpa, buğda şəkilləri təsvir olunmuş dolçanın şəkli, qədim kənd təsərrüfatı alətləri sərgilənir. Zalda 100-150 il bundan əvvəl üçün istifadə olunan və atla hərəkətə gətirilən dəyirman daşı da nümayiş olunur. Bölmədə, həmçinin arxeoloji qazıntılar zamanı Mingəçevirdə tapılmış və V-VI əsrlərə aid edilən pambıq toxumlarının nümunəsi də saxlanılır. Zalda tanınmış əmək qabaqcıllarının şəkilləri də yerləşdirilmişdir. Burada pambıq sortlarından ibarət kiçik pambıq tarlası da maraq doğurur.
Dördüncü zalda yaradılmış ölkəmizin dağətəyi zonasının kənd həyatına, təsərrüfatın əsas sahələrinə aid guşələr maraq doğurur.
Beşinci zalda Azərbaycan xalqının etnosunu, məişətini göstərən eksponatlar nümayiş olunur. Burada XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid kəndli qadının və kişinin müxtəlif mərasim geyimləri, məişət əşyaları, alaçıq nümunələri sərgilənir.
Sonuncu zalda isə əsasən muzeyə verilən hədiyyələr və kənd təsərrüfatına aid müxtəlif əşyalar və alətlər nümayiş olunur.
Muzey UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür.
Muzey tərəfindən müxtəlif nəşrlər, “”Novruz bayramı və kənd təsərrüfatı”, “Şagirdlərin muzey dünyası” aldı kitabçalar və s. hazırlanmışdır.
 
 
MİLLİ TƏHSİL MUZEYİ
Ünvan: Niyazi küçəsi, 11
Tel: (+994 12) 492 04 53, 497 15 46
 
Azərbaycan SSR Xalq Komissarları Soveti 1932-ci il aprelin 27-də “Xalq Maarifi Muzeyi”nin yaradılması haqqında 651 nömrəli qərar qəbul etmişdir.
Muzeyin daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir.
Birinci salon qədim zamanlardan XIX əsrin II yarısına qədər, ikinci salon XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini, üçüncü salon 1918-1940-cı illərin təhsilini əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilə xüsusi bölmə ayrılmışdır. Dördüncü salon ali və orta ixtisaslı kadrların hazırlanmasına və ixtisasartırmaya həsr olunmuşdur. Beşinci salon 1941-1980-ci illərin, xüsusilə texniki peşə təhsilinin inkişaf tarixinə, həmçinin uşaq evlərinə, internat-məktəblər və axşam fəhlə-gənclər məktəblərinin yaranmasına dair sənəd və materialları əhatə edir. Altıncı salon - böyük salon müstəqillik illərində təhsilin inkişafına həsr olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı bu salonun ekspozisiyasının əsas istiqamətidir.
Salonun "Heydər Əliyev və təhsil" adlı birinci bölməsi ümummilli liderimizin bu istiqamətdə fəaliyyətinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının parlaq təcəssümü olan sənəd və materiallar da bölmədə nümayiş etdirilir. Həmçinin Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində fəaliyyəti həmin bölmədə əks etdirilir.
Salonun ikinci bölməsində müstəqillik illərində ölkəmizin təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Burada Təhsil Nazirliyinin fəaliyyətini və beynəlxalq əlaqələri əks etdirən sənədlərə xüsusi yer ayrılmışdır. Üçüncü bölmədə sərgilənən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə, gənclərin vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə həsr edilmişdir.
Muzeyin əsas fondunda 31741 eksponat vardır ki, onlardan 2000-ə qədəri ekspozisiyada nümayiş etdirilir.
 
 
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ
DÖVLƏT MUZEYİ
Ünvan: R.Behbudov küçəsi 5
Tel/faks:(+994 12) 498 69 72
 
1967-ci ildә yaradılmış muzey Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliği istiqamətində fəaliyyət göstərir. Fondunda 40 minә yaxın eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn әsa-tar, әsa-saz, habelә qrammofonlar, patefonlar, vallar nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәylinin, milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında xüsusi yer tutur. Muzeyin filialları:
Xalq calğı alәtlәri daimi sәrgisi
Niyazinin mənzil-muzeyi
Vaqif Mustafazadәnin ev-muzeyi
Muzeyin nәzdindә 14 musiqiçini özundә birlәşdirәn Qәdim Musiqi Alәtlәri Ansamblı fәaliyyәt gostәrir.
 
 
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
Xalq çalğı alətləri daimi sərgisi
Ünvan: Zərqərpalan küçəsi, 119
Tel: (+994 12) 494 60 62
 
1987-ci ildə yaranmış sərgi giriş və 2 otağı əhatə edir.
Birinci otaqda arxeoloji qazıntılar zamanı aşkar edilmiş musiqi sənətinə dair təsviri olan əşyalar, musiqi haqqında XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı alimlərin fikirlərinə, ədəbiyyat və memarlıq abidələrinə, orta əsr rəssamlarının miniatürlərinə dair materiallar sərgilənir. Burada nadir qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri də nümayiş olunur. Sonrakı bölmədə Azərbaycan milli alətlərinin görkəmli ifaçıları iştirak etmiş ilk xalq çalğı alətləri ansamblı və orkestrlərinin inkişaf yolu göstərilmişdir.
İkinci otaq Azərbaycanın xalq artisti, pedaqoq və tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunmuşdur. Həmçinin burada ustadın toplamış olduğu Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə həmçinin Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz yerini tapmışdır.
 
 
Niyazinin mənzil-muzeyi
Ünvan: Bülbül prospekti 21, mənzil 24
Tel: (994 12) 493 18 36
 
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə və eksponatların sayına malik olanı SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil- muzeyidir. Onun təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. Geniş tamaşaçı kütləsi üçün muzey 1994-cü il sentyabrın 18-də qapılarını açmışdır.
Maestro Niyazi (1912-1984) burada 1958-ci ildən ömrünün sonunadək yaşamışdır. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan üçü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq – ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin həyat və yaradıcılığını əks etdirən fotolar, not əlyazmaları, afişalar, proqramlar və s. nümayiş etdirilir. Qonaq otağında maestronun ictimai fəaliyyətini əks etdirən fotolar, müxtəlif illərdə ona bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.
Bu mənzildə mütəmadi olaraq Niyazinin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər-xatirə gecələri, konfranslar və konsertlər təşkil olunur. Respublikamızın musiqi həyatında baş vermiş əlamətdar hadisələrə həsr olunmuş müxtəlif tədbirlər də burada keçirilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 6200-dən artıq materiallar saxlanılır.
 
 
Vaqif Mustafazadənin mənzil-muzeyi
Ünvan: İçərişəhər, V.Mustafazadə döngəsi 4
Tel: (+994 12) 492 17 92
 
Mənzil muzeyi 28 iyul 1989-cu ildə yaradılmışdır. 1994-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu almışdır. Muzeydə 1214 eksponat saxlanılır. Bunlar V.Mustafazadəyə aid fotolar, afişalar, qrammofon valları, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. Mənzil muzeyi 3 otaqdan ibarətdir.
 
Qədim Musiqi Alətləri Ansamblı
 
1996-cı ildən fəaliyyət göstərir. Ansambl 14 nəfər musiqiçini özündə birləşdirir. Onlar orta әsrlәrdә istifadә olunmus, sonradan tәdricәn unudulmuş vә muzeyin әmәkdaşı, ansamblın bәdii rәhbәri M.Kәrimov tәrәfindәn bәrpa edilmiş musiqi alәtlәrindә XIV әsr musiqisini, hәmcinin Azәrbaycan xalq mahnılarını ifa edirlәr.
Böyük sәy vә ustalıqla ilk dəfə olaraq bərpa edilmiş çәng, bәrbәt, rud, çәqanә, sәntur, setar, Şirvan tәnburu, rübab, qopuz kimi musiqi alәtlәrini Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin ekspozisiyasında görmәk mümkündür.
Ansambl Azərbaycanı uğurla beynəlxalq səviyyədə təqdim edir. 2002-ci ildə Fransada və UNESCO-nun Paris iqamətgahında keçirilmiş Voix et Rout Romane Beynəlxalq Festivalında çıxış etmişdir. Almatada (2003), Düşənbədə (2005) keçirilmiş “Ürəyin səsləri” festivalında və İstanbulda İslam ölkələri mədəniyyəti həftəsində çıxış uğurla çıxış etmişdir. 10-13 dekabr 2006-cı ildə ansambl Küveytdə 13-cü Əl-Qureyn Mədəniyyət Festivalında iştirak etmişdir.
 
AZƏRBAYCAN DÖVLƏT DİN TARİXİ MUZEYİ
Ünvan: Neftçilər prospekti 123a
Tel/faks:(+994 12) 493 92 43
 
Azərbaycan SSRİ Nazirlər Sovetinin 1967-ci il tarixli 130 nömrəli sərəncamına əsasən yaradılmış Ateizm tarixi muzeyi Nazirlər Kabinetinin 17 sentyabr 1990-cı il tarixli 414 saylı qərarına müvafiq adı dəyişdirilərək Dövlət Din Tarixi Muzeyinə çevrilmişdir.
Muzeyin elmi fondu qədim dövrlərdən başlayaraq ibtidai insanların dini təsəvvürlərini əks etdirən materiallardan, buddizm, iudaizm, xristianlıq və islam dinlərinə aid rəngkarlıq, heykəltəraşlıq, qrafika nümunələrindən, fotoşəkillərdən, kitab və əlyazmalardan, qəzet və jurnallardan, sənədlərdən və s. ibarətdir. Burada buddizmə aid əşyalardan tökmə üsulu ilə hazırlanmış və müxtəlif daşlarla bəzədilmiş Budda heykəlini, parça üzərində ikonaları göstərmək olar. İudaizmə aid ötən əsrin əvvəllərində çap olunmuş “Talmud” nüsxələrini, sinaqoqların müxtəlif dini əşyalarını qeyd etmək olar. Xristianlığa aid “İncil” nüsxələri, metal və kətan üzərində işlənmiş ikonalar, kilsə xadimlərinə məxsus geyim nümunələri, rəssamların dini mövzuda çəkdikləri rəsm əsərləri və s. var. Muzeyin İslam dininə aid bölməsində müxtəlif illərdə tərtib və nəşr olunmuş “Qurani-Kərim”in əlyazmaları və təfsirlərinin ayrı-ayrı nüsxələri, Azərbaycan rəssamlarının dini mövzuda işlədiyi rəsm əsərləri, dini ayinlərin yerinə yetirilməsi üçün lazım olan müxtəlif əşyalar, fotoşəkillər, qəzetlər, jurnallar və s. nümayiş olunur.
 
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA MUZEYİ
Ünvan: Böyük Qala küçəsi 42
Tel:(+99412) 4925236
Faks: (+99412) 4928866
 
Azərbaycan Millin Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya Muzeyi maddi mədəniyyət nümunələrinin toplanması, qeydiyyatı, sistemləşdirilməsi, saxlanması və nümayiş etdirilməsi istiqamətlərində fəaliyyət göstərir. Muzeydə eramızdan əvvəl və orta əsrlər dövrünə aid mühüm arxeoloji abidələr, Azıx mədəniyyətindən başlamış mədəniyyət nümunələri, xalqımızın adət-ənənələrini əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur.
 
 
AZƏRBAYCAN GEOLOGİYA MUZEYİ
Ünvan: Qutqaşınlı küçəsi 95
Tel:(+99412) 5104288
 
Azərbaycan SSR Naizrlər Sovetinin 19 aprel 1982-ci il tarixli qərarı ilə Geologiya İdarəsinin nəzdində yaradılmışdır.
Muzeyin seksiyalarında ölkənin bütün bölgələrindən 5000 dağ süxurları, minerallar və kristallar vardır. Muzeyə gələnlər həmçinin geologiya ilə bağlı audio-video materiallarla da tanış ola bilərlər.
Muzey regional geologiya, mineral resurslar (faydalı qazıntı süxurları, süxur olmayan faydalı qazıntılar), petroqrafiya, minerologiya və paleontologiya seksiyalarından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 21 may tarixli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya İdarəsinin fəaliyyətini yaxşılaşdırmaq üçün Prezidentin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrılmışdır. Geniş təmir və rekonstruksiya işi başlanmış, muzeyin strukturu müasir tələblər səviyyəsinə çatdırılmışdır. Muzeyin sahəsi genişləndirilərək 630 kv. metrə çatdırılmışdır. Muzeyə müasir baxış stendləri, zalların temperatur tənzimləyicisi qoyulmuş, bir sıra eksponatlar bərpa edilmişdir.
Muzey əsaslı təmirdən sonra 25 dekabr 2010-cu ildə açılmışdır.
 
 
HƏSƏN BƏY ZƏRDABİ ADINA
TƏBİƏT TARİXİ MUZEYİ
Ünvan: Lermontov küçəsi 3
Telefon: (+99412) 492 06 67
 
1930-cu ildə yaradılmışdır. Ekspozisiyada Azərbaycanın zəngin təbii sərvətləri əks etdirir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar).
 
 
ÜZEYİR HACIBƏYLİNİN EV MUZEYİ
Ünvan: Ş.Əzizbəyov küçəsi, 69/69
Tel/faks:(+994 12) 495 25 58; 495 25 34
 
Dahi bəstəkarın ev-muzeyinin birbaşa təşəbbüskarı və yaradıcısı ümummilli liderimiz Heydər Əliyevdir. 1975-ci il noyabrın 20-də muzeyin açılışında ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir. Muzeydə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən ekspozisiya ilə yanaşı, xüsusi bir guşə də vardır. Bu guşə rəsmi açılışda çəkilmiş şəkillərdən ibarətdir. Onların içərisində ulu öndərimiz Heydər Əliyevin ətrafında toplaşmış Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarların və dövlət nümayəndələrinin xatirə şəkilləri xüsusi maraq doğurur.
Muzey 2005-ci ildə əsaslı təmir olunmuş və bəstəkarın ad günündə qapılarını ziyarətçilərin üzünə açmışdır. Həmin ildə memorial hissə bərpa olunmuşdur. Muzeyin inzibati binası 2007-ci ildə yenidən təmirə bağlanıb və həmin il də bəstəkarın ad günündə istifadəyə verilmişdir.
 
 
 
BÜLBÜLÜN MEMORİAL MUZEYİ
Ünvan: Bülbül prospekti 15
Tel/faks:(+994 12) 493 56 97
 
10 iyun 1982-ci ildə Bakıda Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı, professor Bülbülün memorial muzeyi açılmışdır.
Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında 6000-dən artıq sənəd və material toplanmışdır.
Muzey sahəsi 75 kv.m. olan 4 ekspozisiya otağından ibarətdir. Üç otaq memorial, biri sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün sonunadək, yəni 1961-ci ilin sentyabrınadək yaşayıb-yaratmışdır.
 
 
CƏFƏR CABBARLININ EV-MUZEYİ
Ünvan: H.Sultanov küçəsi 44
Tel/faks: (+994 12) 438 43 50
 
Muzey 1982-ci il martın 20-də açılmışdır. Burada 8000-dən çox eksponat saxlanılır.
Otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir. Həmçinin dramaturqa görkəmli şəxsiyyətlərin bağışladığı hədiyyələr, onun irsini tədqiq edən maraqlı elmi əsərlər də ekspozisiyanı zənginləşdirir.
Muzey tərəfindən ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət “Azad bir quşdum” diski buraxılıb. Həmçinin C.Cabbarlının 100 illik yubileyi ilə əlaqədar “Cabbarlı” mükafatı təsis olunmuş və bir çox sənətçilərə təqdim edilmişdir.
 
 
MƏMMƏD SƏİD ORDUBADİNİN XATİRƏ MUZEYİ
Ünvan: Xaqani küçəsi 19
Tel/faks:(+994 12) 493 50 85
 
Xatirə muzeyi 1 noyabr 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Nazirlər Sovetinin 16 iyun 1976-cı il tarixli 223 nömrəli qərarına “Mədəniyyət və incəsənət xadimlərinin xatirə muzeylərinin yaradılması haqqında” və Mədəniyyət Nazirliyinin 31 oktyabr 1979-cu il tarixli 398 nömrəli əmrinə əsasən yaradılmışdır. Ədib həmin mənzildə 1938-ci ildən 1950-ci ilə kimi yaşayıb-yaratmışdır. Burada saxlanılan eksponatlar yazıçının həyat və yaradıcılığı barədə dolğun təsəvvür yaradır. Muzeyin ekspozisiyası iki otaqdan ibarətdir. Dəhlizdə ədibin ağ mərmərdən büstü, yağlı boya ilə işlənmiş “Ordubad şəhərinin ümumi görünüşü” rəsm əsəri nümayiş olunur.
Birinci otaq – xatirə otağı həm qonaq, həm də ədibin iş otağı olub. Burada yazıçının şəxsi əşyaları və müxtəlif fotolar sərgilənir. İkinci otaq isə - ekspozisiya otağı, ədibin yaradıcılığını əks etdirən guşələrə bölünmüşdür. Burada həmçinin M.S.Ordubadinin sürgünlük illərindəki fəaliyyəti, “Dumanlı Təbriz” romanının əlyazmaları və onun adını əbədiləşdirən məkanların fotoları da nümayiş olunur. Muzeyin ekspozisiyasında 200-dən artıq eksponat vardır. Onun əsas fondunu 1301 eksponat təşkil edir.
 
 
NƏRİMAN NƏRİMANOVUN XATİRƏ MUZEYİ
Ünvan: İstiqlaliyyət küçəsi 35
Tel/faks:(+994 12) 492 05 15
 
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü və Azərbaycan SSR Nazirlər Sovetinin 13.VIII.1977-ci il tarixli 286 nömrəli qətnaməsi əsasında Nəriman Nərimanovun xatirə muzeyinin yaradılması qərara alınmışdır. 6 noyabr 1977-ci ildə isə ulu öndər Heydər Əliyevin iştirakı ilə xatirə muzeyinin açılışı olmuşdur.
 
                            
ABDULLA ŞAİQİN EV-MUZEYİ
Ünvan: Abdulla Şaiq küçəsi 21
Tel: (+99412) 492 29 61
 
1916-cı ildən 1957-ci ilin sonunaqək bu gün “Abdulla Şaiqin mənzil muzeyi” adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A.Şaiq adlı küçədə) 21 nömrəli evin II mərtəbəsində beş otaqdan ibarət mənzildə yaşamışdır.
Ədibin sənət dostlarından N.Vəzirov, S.S.Axundov, H.Cavid, Y.V.Çəmənzəminli, S.Hüseyn, Ə.Cavad, Ə.Abid, A.Musaxanlı, T.Ş.Simurğ, Bülbül, M.M.Seyidzadə, M.Rzaquluzadə, H.Mehdi, Q.Xaliqov, H.Əlizadə və xüsusən, S.Vurğun bu mənzilin əziz qonaqlarından olmuşlar.
 
 
LEOPOLD VƏ MSTİSLAV ROSTROPOVİÇLƏRİN EV-MUZEYİ
Ünvan:Yasamal,Leopold və Mstislav Rostropovichlər,19
Telefon:(+994 12) 492 02 65
 
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi dünya şöhrətli violonçelist, dahi şəxsiyyət M.Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşir. Muzeyin ekspozisiyasında M.Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir.
Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında L.Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M.LRostropoviç üçün hər bir zaman mənəvi dayaq olmuşdur. Ekspozisiyanın ikinci hissəsində M.L.Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M.Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır.
Muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Betxoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir. Burada Rostropoviçin ən sevimli əsərlərindən biri – Çaykovskinin Altıncı simfoniyasının lent yazısı da səsləndirilir. O, bu əsərə 1974-cü ildə Moskva Konservatoriyasının Böyük Zalında Moskvadan xaricə getməzdən əvvəl vida gecəsində dirijorluq edib. Ev-muzeydə saat maestro Rostropoviçin vəfat etdiyi vaxta – 14:08-ə qurulmuşdur.
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
 
HEYDƏR ƏLİYEV MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Tel: (+994136) 459298
 
Muzey 1999-cu ildə yaradılmışdır. Burada ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır. Ümumilikdə muzeydə 2384 eksponat vardır.
Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar toplanmışdır.
 
 
NAXÇIVAN DÖVLƏT TARİX MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi 9
Tel: (+994136) 450136; 450139
 
1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır. Sonrakı illərdə tarix-ölkəşünaslıq muzeyi, 1968-ci ildən indiki adını daşıyır. Burada Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 45000 qorunub saxlanılır.
Ekspozisiya əsasən 3 qədim, orta əsrlər və müasir dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrünün əşyaları, dən daşları, daş çəkiclər, sümük bizlər, ərazidə aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbəsinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.
 
CƏLİL MƏMMƏDQULUZADƏ ADINA
NAXÇIVAN MUXTAR RESPUBLİKA ƏDƏBİYYAT MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 19
Tel: (+994136) 451686
 
Muzey 1966-cı ildə yaradılmışdır. 19 min 200 eksponatı vardır. Fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və s. muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.
Ekspozisiyada Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də sərgilənir. Muzeyin Şərur rayonunda Cəlilkənd filialı fəaliyyət göstərir. Burada görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə aid sənəd, foto materiallar və şəxsi əşyalar nümayiş etdirilir.
 
 
NAXÇIVAN DÖVLƏT XALÇA MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Xan evi –Xalça Muzeyi
Tel: (+994136) 447720
 
Muzey 1998-ci ildə yaradılmışdır. Xan dikindəki (Qala məhəlləsi) 200 illik tarixə malik Xan sarayında yerləşir. Muzeydə 3700-dən artıq eksponat var ki, bunların 305-i xalçadır. Muzeyin 8 zalından 2-si Naxçıvan xanlarına həsr olunmuşdur.
Burada bütün xalça növlərinin-xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və s. xalça məmulatlarının nümunələri sərgilənir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Ümummilli lider Heydər Əliyevin portreti əks olunmuş xalça (müəllifi professor Kamil Əliyevdir) muzeyin ən nadir eksponatlarındandır.
Muzeydə məişət əşyaları-mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Muzeyin nəzdində Möminə xatın türbə-muzeyi də fəaliyyət göstərir. Burada xalqımızın Atabəylər dövrü tarixinə dair dəyərli materiallar vardır.
 
 
AÇIQ SƏMA ALTINDA MUZEY
Ünvan: Naxçıvan şəhəri, Əcəmi seyrəngahı
Tel: (+994136) 450806
 
Muzey 2002-ci ildə yaradılmışdır. 222 eksponatı vardır. Burada Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri - daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə və nümayiş olunur.
 
 
HÜSEYN CAVİDİN EV-MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Hüseyn Cavid küçəsi 4
Tel: (+994136) 452726
 
Muzey 1981-ci ildə Azərbaycan romantik ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə təşkil olunmuşdur. Fondunda 6824 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. diqqəti cəlb edir. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri də nümayiş etdirilir. Burada Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri qoyulmuşdur.
 
 
CƏMŞİD NAXÇIVANSKİNİN EV-MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6
Tel: (+994136) 452116
 
Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılmışdır. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s., ümumiyyətlə 5229 eksponat nümayiş etdirilir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar və s. xüsusi yer tutur.
 
 
CƏLİL MƏMMƏDQULUZADƏNİN EV-MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, döngə 2
Tel: (+994136) 456786
 
Muzey 1999-cu ildə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmışdır. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 968 eksponat nümayiş etdirilir. Cəlil Məmmədquluzadə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, onun müasirlərinə aid sənədlər və s. muzeyin eksponatları sırasındadır.
 
 
XATİRƏ MUZEYİ
Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi
Tel: (+994136) 445007
 
Xatirə muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Muzeydə Naxçıvan soyqırım faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet Ittifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət 1200 eksponat mühafizə və nümayiş etdirilir.
 
 
YUSİF MƏMMƏDƏLİYEVİN EV-MUZEYİ
Ünvan: Ordubad şəhəri, Y.Məmmədəliyev küçəsi 7
Tel: 47-06-20
 
1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ordubadda yaradılmışdır. Muzey dörd otaqdan, iki eyvandan ibarətdir. Birinci otaqda alimin uşaqlıq illəri, tələbəlik illəri və Moskva Dövlət Universitetində oxuduğu dövrlərlə bağlı şəkilləri vardır.
 
 
MƏMMƏD SƏİD ORDUBADİNİN EV-MUZEYİ
Ünvan :Ordubad şəhəri, Mingis küçəsi 14
Tel: 47-13-10
Məmməd Səid Ordubadinin ev-muzeyi 1972-ci ildə yaradılmışdır. Ədibin həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən 700-dən çox eksponatı var.
 
 
 
GƏNCƏ
HEYDƏR ƏLİYEV MUZEYİ
Ünvan : Gəncə şəhərindəki Baş meydan
 
2005-ci ildə açılmışdır. Binanın geniş salonunda görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, o cümlədən xarici ölkələrə səfərlərini əks etdirən fotoşəkillər toplanmışdır. Muzey həm də ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində idealoji mərkəz rolunu oynayır.
 
 
MİRCƏLAL PAŞAYEVİN EV-MUZEYİ
Ünvan: Gəncə şəhəri, Bayan 83
 
2007-ci ildə Gəncədə Azərbaycanın görkəmli ədibi Mircəlal Paşayevin ev-muzeyinin açılış mərasimi keçirilmişdir. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri ilə yanaşı Mircəlal Paşayevin övladları Arif Paşayev, Hafiz Paşayev, Ədiqə Paşayeva və Elmira Paşayeva, ədibin tələbələri və başqaları iştirak etmişlər. Mircəlal Paşayevin ev-muzeyində 150-dək eksponat və 80 yaxın kitab sərgilənir. Kitablar görkəmli ədibin övladları tərəfindən muzeyə hədiyyə edilmişdir.
 
 
GƏNCƏ TARİX-DİYARŞÜNASLIQ MUZEYİ
Ünvan :Gəncə şəhəri, Atatürk 244
Tel: 56-35-94
 
Muzeyin əsası 1924-cü ildə qoyulmuşdur. İlk illər muzey 2 şöbədən ibarət olmuşdur. 1954-cü ildə N.Gəncəvi adına Ölkəşünaslıq muzeyi Əzizbəyov, 260 ünvanına köçürülmüşdür. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdü.
Gəncə Tarix – Diyarşünaslıq muzeyi 1972-ci ildən indi yerləşdiyi binaya köçürülmüşdür.
Hazırda muzeyin 30 mindən çox eksponatı vardır. Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.
Muzeyin əsas fondunda 24785 eksponat vardır. 972 kv. m. sahəsi olan muzey salonları hazırda iki şöbədən ibarətdir.
 
 
NİZAMİ GƏNCƏVİNİN XATİRƏ EV-MUZEYİ
Ünvan: Gəncə şəhəri, İ.Qaibov 3 döngə 10.
Telefon: 54-48-79
Muzeydə dahi şairin həyat və yaradıcılığına, yaşadığı dövrə aid materiallar saxlanılır.
 
 
İSRAFİL MƏMMƏDOVUN EV-MUZEYİ
Ünvan: Gəncə şəhəri, M.A.Abbaszadə 42
Telefon: 56-50-19
 
1985-ci il may ayının 6-da faşizm üzərində Qələbənin qırx illiyi ilə əlaqədar olaraq açılmışdır. Nümayiş olunan eksponatlar arasında İsrafil Məmmədovun ov tüfəngi, çantası, xəncəri, çəkmələri, evinə aid stol və stulları, mətbəx avadanlıqları və digər maraqlı əşyalar vardır. Həmçinin Sovet İttifaqı Qəhrəmanının anasına, ailəsinə yazdığı məktublar və anasının ona yazdığı məktublar da burada toplanmışdır. İsrafil Məmmədovun ev-muzeyi 4 bölmədən ibarətdir və hər bölmədə müxtəlif eksponatlar nümayiş etdirilir.
Muzeydə 285 adda eksponat və qəhrəmanın həyatını əks etdirən 161 ədəd foto şəkillərin saxlanır.
Get Adobe Flash player
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

17:55
17 Noyabr
Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
17:43
17 Noyabr
Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
17:39
17 Noyabr
MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb
17:34
17 Noyabr
IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir
17:33
17 Noyabr
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq
17:00
17 Noyabr
Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:55
17 Noyabr
Məlahət İbrahimqızı: Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar
16:53
17 Noyabr
Oqtay Əsədov: Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı işlərə start verilib
16:29
17 Noyabr
Tur-aksiya zamanı Azərbaycan Ordusunun şanlı aprel qələbəsindən danışılıb
15:43
17 Noyabr
Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib
15:33
17 Noyabr
Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
15:02
17 Noyabr
Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu
14:40
17 Noyabr
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib
14:34
17 Noyabr
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb
14:21
17 Noyabr
Komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib
14:15
17 Noyabr
Azay Quliyev: Bir qrup beynəlxalq QHT Azərbaycanla Aİ arasındakı proseslərə zərbə vurmağa çalışır
13:58
17 Noyabr
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
13:48
17 Noyabr
Ölkəmizdə ödənişli avtomobil yollarının əhatə dairəsi dəqiqləşdirilir
13:15
17 Noyabr
Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlara mühüm töhfə verir
12:47
17 Noyabr
Pakistanın Sind əyalətinin iş adamları Azərbaycanla əməkdaşlığa dəvət olunublar
12:39
17 Noyabr
Şeyxülislam: Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğu böyük nailiyyətdir
12:21
17 Noyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
12:11
17 Noyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
11:58
17 Noyabr
Türkmənistan Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanacaq
11:20
17 Noyabr
Elman Məmmədov: Danışıqlar prosesinin intensivləşməsi müsbət haldır
11:02
17 Noyabr
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
10:45
17 Noyabr
Ərdoğan: Biz Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik
10:34
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
10:27
17 Noyabr
Milli Məclisin bu günkü iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur
10:23
17 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 117 dəfə pozub
17:59
16 Noyabr
ABŞ-Çin münasibətləri: "Fukidid tələsi", yoxsa yeni perspektivlər?
17:56
16 Noyabr
ADA Universitetində beynəlxalq təhsil üzrə amerikalı ekspertin məruzəsi dinlənilib
17:41
16 Noyabr
Səfir Vladimir Doroxin: Rusiyanın demək olar ki, bütün regionlarının Azərbaycanla ticarət əlaqəsi var
17:28
16 Noyabr
Siyavuş Novruzov: Partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər
17:07
16 Noyabr
Məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
16:58
16 Noyabr
Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı konfrans keçirilir
16:13
16 Noyabr
Prezident ilham Əliyev: Azərbaycan 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə başa vurur
16:02
16 Noyabr
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
15:51
16 Noyabr
Doqquz ayda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 6,5 faiz artıb
15:43
16 Noyabr
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
15:24
16 Noyabr
Rövnəq Abdullayev: SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək
15:21
16 Noyabr
Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15:09
16 Noyabr
Hikmət Hacıyev: Azərbaycan xarici işlər nazirinin həmsədrlərlə görüşü konstruktiv və substantiv xarakter daşıyıb
15:04
16 Noyabr
Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır
15:02
16 Noyabr
Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:59
16 Noyabr
Nərimanov rayon məktəbliləri cənub bölgəsinə yola düşüblər
14:57
16 Noyabr
Bir qrup azərbaycanlı gənc Ermənistanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
14:54
16 Noyabr
Şahin Mustafayev: YAP Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir
14:38
16 Noyabr
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb
14:34
16 Noyabr
Rövnəq Abdullayev: Karbamid zavodunun illik gəliri 140-150 milyon dollar olacaq
14:24
16 Noyabr
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
14:21
16 Noyabr
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,7 faiz artıb
14:12
16 Noyabr
Səbailli məktəblilər tur-aksiya çərçivəsində qədim Gəncəyə yola düşüblər
14:09
16 Noyabr
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
12:58
16 Noyabr
Azərbaycanın və Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq daha da genişlənir
12:54
16 Noyabr
YAP-ın yaranmasının 25 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:53
16 Noyabr
Mariya Zaxarova: Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır
12:47
16 Noyabr
Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
12:43
16 Noyabr
Sahibə Qafarova: müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır
12:22
16 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş nazirinin birinci müavinini qəbul edib
12:20
16 Noyabr
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü qeyd olunub
12:18
16 Noyabr
Bahar Muradova beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsindən danışdı
12:16
16 Noyabr
Azay Quliyev: Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib
12:10
16 Noyabr
Parlamentin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri barədə müzakirələr aparılıb
12:03
16 Noyabr
Beynəlxalq Türk Akademiyası türkdilli xalqların yaxınlaşması istiqamətində mühüm işlər görür
12:00
16 Noyabr
Misirli qubernator: Şopinq festivalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından çox yaxşı ideyadır
11:49
16 Noyabr
Abşeron rayonunun Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin açılışı olub
11:44
16 Noyabr
Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
11:41
16 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub
11:38
16 Noyabr
Bakıda akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir

Video

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib

JW Player goes here
 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA