Ana səhifə »  Müsahibə »  Xocalı soyqırımı insanlığa qarşı ən amansız qətliamlardan biridir
A+   Yenilə  A-
Xocalı soyqırımı insanlığa qarşı ən amansız qətliamlardan biridir

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Vahid müəllim, ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 29 il ötür. Bu soyqırımın miqyası və dəhşətləri ilə bağlı düşüncələrinizi bilmək istərdik...
- Erməni millətçilərinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı yalnız azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyət əleyhinə, insanlıq əleyhinə cinayətdir. Mənim düşüncəmə görə, ermənilərin Xocalıda törətdiyi soyqırımı aktına bir gecənin, bir günün hadisəsi kimi baxılması yanlış olardı. Hadisəyə obyektiv qiymət vermək üçün uzun illər öncədən başlanmış və tarixin müxtəlif dövrlərində dünyada və regionda baş verən hadisələrdən özlərinin məkrli niyyətlərini reallaşdırmaq məqsədilə azərbaycanlıların deportasiya edilməsi hesabına ərazilərin boşaldılmasına nail olmaq və həmin ərazilərdə “böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək planının tərkib hissəsi kimi baxılması daha doğru olardı. Bildiyimiz kimi Qarabağda son hadisələr 1987-ci ilin ikinci yarısından başladı, müxtəlif mərhələlərdən keçərək 1988-ci ilin fevral ayının 13-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi adı altında açıq müstəviyə çıxarıldı və Xankəndidə etiraz mitinqləri təşkil edildi.
Məsələnin açıq müstəviyə çıxarılmasına qədər Ermənistandan və keçmiş SSRİ məkanının müxtəlif bölgələrindən xüsusi hazırlanmış emissarlar göndərilərək millətlərarası ədavətin qızışdırılması istiqamətində məqsədyönlü işlər aparılmış, əvvəlcədən hazırlanmış pozucu təbliğat vasitələri erməni əhalisi arasında yayılaraq Qarabağda yaşayan erməni millətindən olan əhalini etiraz aksiyalarına cəlb etməyə yönəlik “fəal” işlər həyata keçirilmişdi ki, bunu şərti olaraq Qarabağ hadisələrində birinci mərhələ adlandırsaq yanılmarıq. İkinci mərhələ yuxarıda qeyd olunduğu kimi, Qarabağda erməni əhalisinin etiraz mitinqlərinin təşkili, bu etiraz aksiyalarında geniş əhali kütləsinin iştirakının mütəmadi və davamlı xarakter almasının təmin edilməsi idi.
Üçüncü mərhələ kimi Yuxarı Qarabağ bölgəsində və Ermənistan ərazisində milli münaqişənin yerli azərbaycanlı əhaliyə qarşı təhqir, təqib və zor tətbiq etmək, daha sonra qətlə yetirməklə daimi yaşayış yerlərindən didərgin salmaqla Dağlıq Qarabağda qarışıq yaşayış məntəqələrinin, Ermənistandan isə bütün azərbaycanlı əhalinin dədə-baba torpaqlarından didərgin salınmasını qeyd etmək olar.
Arkadi Volskinin rəhbərliyi ilə yaradılmış Dağlıq Qarabağ üzrə Xüsusi Komitənin fəaliyyəti dövründə Dağlıq Qarabağda mövcud olan bütün idarə, müəssisə və təşkilatların birbaşa Ermənistanın tabeçiliyinə keçirilməsi və Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin heçə endirilməsini dördüncü mərhələ kimi qiymətləndirsək heç də yanılmarıq.
1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tabeliyində və Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun sədrliyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsi yaradıldı ki, həmin qurumun fəaliyyəti abadlıq, quruculuq və təsərrüfat işlərinin icrasından o yana keçmədi və keçmiş SSRİ-nin süqutu ilə qurumun da fəaliyyətinə xitam verildi.
Nəhayət, beşinci mərhələ, Qarabağ probleminin açıq müharibə müstəvisinə keçməsi və torpaqlarımızın bir-birinin ardınca işğal edilməsidir. Xocalı soyqırımına qədər ermənilər Dağlıq Qarabağ ərazisində yerləşən bir çox yaşayış məntəqələrinin, o cümlədən Ağdərə rayonunun İmarət Qərvənd, Xocavənd rayonunun Axullu, Sabakətin, Tuğ, Qaradağlı, Xocalı rayonunun Cəmilli, Meşəli, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini və Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal etmişdilər. Ermənilər yalnız Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktı törətməmişdirlər. Yuxarıda qeyd olunan yaşayış məntəqələrinin işğalı zamanı da buna bənzər dinc əhaliyə qarşı cinayətlər, qətliamlar törədilmişdi. Şəraitdən asılı olaraq, bəzi yaşayış məntəqələrində soyqırımının miqyası böyük, bəzilərində isə nisbətən kiçik olmuşdur. Xocalı rayonunun Meşəli və Xocavənd rayonunun Qaradağlı kəndlərində ermənilər tərəfindən, sözün həqiqi mənasında, insanlıq əleyhinə faciə törədilmişdi. Cəmi 409 sakini olan Meşəli kəndinin işğalı zamanı 28 nəfər amansızcasına qətlə yetirilmişdir. Əgər kənardan köməyə gələrək mühasirəni yarmaq mümkün olmasaydı, Meşəli kəndindən bir nəfər belə xilas ola bilməzdi. Meşəli kəndində erməni vəhşiliyini təsəvvür etmək üçün diqqətinizə bir neçə faktı çatdırım. Ermənilər gecəvaxtı kəndi dörd tərəfdən mühasirəyə alır, kəndin kənarında yerləşən evlərə və tövlələrə insanlar yatdığı yerdə od vurub yandırmağa başlayır, hadisədən xəbər tutub bayıra çıxan əhali güllə-boran edilir. Təsəvvür edin, insan nə qədər vəhşi, qaniçən olmalıdır ki, evdə adam olduğu halda, tövlədə heyvanlar olduğu vəziyyətdə benzin töküb evə, tövləyə od vursun. Meşəli kənd sakini Novruz Novruzovun özü, həyat yoldaşı və iki qız övladı bu şəkildə qətlə yetirilib, 16 yaşlı oğlu Novruzov Barat yaralı vəziyyətdə girov götürülərək qolları bağlanaraq başı kəsilmək üçün maşının yük yerinə atılır, o özünü maşının üstündən sıldırım qayadan ataraq xilas ola bilir.
Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı kənddə qalmış 139 nəfərdən 91 nəfəri xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bunları qeyd etməklə bir daha vurğulamaq istəyirəm ki, ermənilər yalnız Xocalıda soyqırımı törətməyib. Yaşayış məntəqələrimizin işğalı zamanı harada fürsət tapıblarsa, öz xislətlərini göstəriblər.
Əlbəttə, Xocalıda törədilən soyqırımı hadisəsi miqyasına görə ən dəhşətlisi və ən amansızıdır. Dörd ay tam mühasirə şəraitində qalan, adi çörəyə belə möhtac olan dinc əhali şaxtalı bir qış gecəsi hər tərəfdən mühasirəyə alınır, ilk öncə artilleriya və ağır texnikaların mərmi yağışına tutulur, daha sonra isə canlı qüvvə dinc, əliyalın əhali üzərinə hücuma keçir, evlərə od vurulur, qarşılarına çıxan hər kəs - qocasına, qadınına, körpəsinə, uşağına baxmadan güllələnir, süngüyə keçirilir, başları kəsilir, ağaca bağlanıb diri-diri od vurulur. Şaxtalı, dumanlı qış gecəsi canını Xocalı şəhərindən çıxara bilən dinc əhali yolda pusquya salınır, öldürülən öldürülür, qalanları isə əsir götürülərək işgəncələrə məruz qoyulur, əzab verməkdən xüsusi zövq alaraq alçaldılır, başları kəsilir, bədən üzvləri kəsilir və s.
- O dövrdə respublikamızdakı ictimai-siyasi durum proseslərə necə təsir edirdi?
- Ermənilərin xarici havadarlarının köməyi ilə silahlı birləşmələr yaratdığı, bütün qüvvələri səfərbər etdiyi bir dönəmdə respublikamızda torpaqlarımızın mənfur düşməndən müdafiəsini təşkil etmək əvəzinə, yaşayış məntəqələrimizin işğal edilməsi kartından istifadə etməklə hakimiyyətə gəlmək uğrunda mübarizə aparılırdı. Mənə belə gəlir ki, o dövrdə Azərbaycan Respublikasının Prezidenti olan Ayaz Mütəllibovun ən böyük səhvi Milli Ordunun yaradılması işinin Rəhim Qazıyev kimi xəyanətkarların təmsil olunduğu Müdafiə Şurasına həvalə etməsi oldu. Həmin qurumda təmsil olunanlar vahid komandanlığa tabe olan Milli Ordu formalaşdırmaq əvəzinə, özlərinin siyasi məqsədlərini reallaşdırmaq üçün silahlı dəstələr yaratdılar.
Yeni yaranmaqda olan Silahlı Qüvvələr ayrı-ayrı adamların məkrli niyyətlərinin təmin edilməsi işinə cəlb edildi. Sözün əsl mənasında, Qarabağ bölgəsində yaşayan əhali taleyin ümidinə buraxıldı. Qarabağda baş verən hadisələrdən yetərincə məlumatlı bir şəxs kimi deyə bilərəm ki, həmin dövrdə Şuşanın hərbi komendantı və Xocalı soyqırımının törədildiyi gün Şuşada olan Rəhim Qazıyev və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi və Ağdamda hərbi məsələlərə rəhbərlik edən Fəhmin Hacıyev Xocalı soyqırımının qarşısının alınması istiqamətində nəinki hər hansı bir tədbir görmədilər, əksinə qeyd olunan ərazilərdə mövcud olan silahlı qüvvələrin keçirmək istədikləri əməliyyatların qarşısını aldılar. O dövrdə əsl reallıq qeyd etdiklərimdən ibarət idi.
- Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu tədbirləri necə dəyərləndirirsiniz?
- Xocalı soyqırımı törədildiyi dövrdə hakimiyyətdə olan qüvvələr nəinki bu dəhşətli hadisə haqqında beynəlxalq aləmə məlumat vermirdi, hətta respublika ictimaiyyətindən belə əsl həqiqətləri gizlətməyə çalışırdı.
Əvvəlki hakimiyyət mənsublarından fərqli olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi. Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştirak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.
- Sizcə, beynəlxalq birliyin erməni vəhşiliyinə qarşı münasibətini qənaətbəxş hesab etmək olarmı?
- Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ikili standartlar bir çox sahələrdə olduğu kimi Xocalı soyqırımı haqqında həqiqətlərin qəbul edilməsində də açıq şəkildə sezilməkdədir. Bu da ədalətsiz dünyanın bugünkü reallığıdır. Ancaq bu heç də əsas vermir ki, ermənilərin Xocalıda törətdikləri vəhşilik haqqında öz təbliğatımızı aparmayaq. Məhz bu səbəbdən cənab Prezidentimizin rəhbərliyi ilə Xocalı soyqırımının tanıdılması məqsədilə ilbəil daha genişmiqyaslı silsilə tədbirlər davamlı olaraq aparılır.
Diplomatlardan tutmuş, sənət adamlarına, yaradıcı insanlara kimi bütün səviyyələrdə hər kəs Xocalı soyqırımının tanıdılması prosesində iştirak edir. Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə təbliği prosesində azdan-çoxdan iştirak etmiş bir şəxs olaraq deyə bilərəm ki, ermənilərin yalançı təbliğat maşını xarici havadarlarının dəstəyi ilə bu sahədə də fəaliyyətdədir. Onlar beynəlxalq rəyi özlərinin xeyrinə dəyişməyə, əsl həqiqətlərin üzərinə kölgə salmağa çalışırlar.
Azərbaycan həqiqətlərini qəbul edən hər kəs gec-tez Xocalı soyqırımını tanıyacaq. Tanımaq istəməyənlərin isə siyasi maraq və vicdan məsələsidir ki, bu onların öz işidir.
- Vahid müəllim, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı. Xocalı ictimaiyyətinin əhval-ruhiyyəsi necədir?
- Dilimizdə “Zülm qiyamətə qalmaz” kimi gözəl bir deyim var .Cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilk öncə tarixi ədalətin bərpa edilməsi baxımından xalqımızın hər bir üzvü kimi Xocalı rayon ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Xarici havadarlarının hərtərəfli dəstəyi ilə ardıcıl olaraq Azərbaycanın tarixi torpaqlarını ələ keçirərək, xalqımıza Xocalı soyqırımı kimi faciələr yaşatmış bədnam siyasətə axır ki, dur deyildi. “Dəmir yumruğun” zərbəsindən “məğlubedilməz”, “döyüşən xalq” mifləri darmadağın edildi.
Ermənilərin 30 il müddətində qurduqları müdafiə istehkamları, əldə etdikləri hərbi texnika, silah-sursat sıradan çıxarıldı, minlərlə canlı qüvvəsi zərərsizləşdirildi və son nəticədə onlar kapitulyasiya aktına imza atmağa məcbur edildilər. Cənab Prezident İlham Əliyevin qurduğu müasir dövrün tələblərinə cavab verən Milli Ordumuzun, Ali Baş Komandan kimi cənab Prezidentimizin qətiyyəti, seçdiyi hərbi taktika və strategiya, xalqımızın monolit güc olaraq cənab Prezidentimizin ətrafında bir yumruq kimi birliyi hesabına möhtəşəm qələbəmiz əldə olundu, illərdən bəri düşmən əsarəti altında olan müqəddəs yurd yerlərimiz işğaldan azad edildi.
Böyük qayıdışın təmin edilməsi istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət Xocalı rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir. Əminik ki, digər işğaldan azad olunmuş rayonlarla yanaşı, biz Xocalı sakinləri də doğma torpaqlarımıza qayıdacağıq və Xocalı soyqırımının ildönümlərini Xocalıda qeyd edəcəyik. Xocalıda soyqırımı muzeyi yaradaraq gələcək nəsillərin burada törədilmiş erməni vəhşiliyini unutmaması təmin ediləcək. Fürsətdən istifadə edərək Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyir, bütün qazilərimizin tezliklə sağalmasını arzulayıram. Uca Yaradan bir daha millətimizə bu kimi qanlı, qadalı hadisələri nəsib etməsin.

 
  • Oxunub:  3960  |  
  • Tarix:  26-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub
16 Aprel 15:50
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
16 Aprel 15:38
SOCAR bu il hasil etdiyi neft və təbii qazın həcmini açıqlayıb
16 Aprel 15:33
Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
16 Aprel 15:24
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
16 Aprel 15:06
Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib – Fərman
16 Aprel 15:02
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilib – Sərəncam
16 Aprel 14:51
YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər
16 Aprel 14:48
ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+10 +13