Ana səhifə »  Müsahibə »  “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması həm milli maraqlarımıza, həm də Türk dünyasının maraqlarına uyğundur
A+   Yenilə  A-
“Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması həm milli maraqlarımıza, həm də Türk dünyasının maraqlarına uyğundur

Milli Məclisin deputatı Ramil Həsən www.yap.org.az saytına müsahibə verib:
- Ramil müəllim, bildiyimiz kimi, Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumu imzalanıb. Sizcə, bu razılaşmanın əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində ölkəmiz hər bir sahə üzrə inkişaf edib, nailiyyətlər qazanıb. O cümlədən ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması, dünya siyasətində yerinin və rolunun möhkəmləndirilməsi istiqamətində də çox böyük nailiyyətlər əldə edilib. Bu prosesdə mühüm amillərdən biri Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti, ölkəmizin müəllifi və iştirakçısı olduğu transmilli, qlobal xarakterli layihələrdir. Hesab edirəm ki, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair imzalanmış Anlaşma Memorandumu da məhz bu siyasətin tərkib hissəsidir.
Qeyd etmək lazımdır ki, bu gün Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması da buna nümunədir.
Qeyd edim ki, Azərbaycanın uğurlu neft strategiyasının müəllifi Ümummilli Liderimiz Heydər Əliyevdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində bütün dünyada məşhur olan transmilli şirkətlərlə Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında tarixə “Əsrin müqaviləsi” kimi düşən sənəd imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın hərtərəfli inkişafında müstəsna rolu oldu.
Bilirsiniz ki, “Əsrin müqaviləsi”ndən sonra da Xəzər dənizinin zəngin resurslarının işlənməsinə dair yeni kontraktlar imzalandı. Prezidentimiz İlham Əliyevin Ulu Öndərimizin müəyyənləşdirdiyi neft strategiyasını uğurla davam etdirməsi sayəsində bu sahədə ölkəmiz üçün son dərəcə mühüm olan müqavilələr imzalandı. Bir neçə il öncə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması haqqında sazişin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin həyata vəsiqə alması və s. bunun sübutudur.
Hazırda əksər region dövlətləri, eləcə də Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyini respublikamızın təşəbbüsü və fəal iştirakı ilə yaradılan şaxələndirilmiş mənbələr və dəhlizlər vasitəsilə təmin edirlər. Görünən odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı da zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl respublikamızın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. “Dostluq” yatağının işlənməsi üzrə Memorandumun imzalanması ilə dövlət başçısının verdiyi mesaj həyatda öz təsdiqini tapdı. Bu layihə Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi önəmi artacaq. Memorandumun imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından çox önəmli addımdır.
Düşünürəm ki, bu sənədin imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, Avropanın enerji təhlükəsizliyinin güclənməsinə əhəmiyyətli təsir göstərəcək. Digər vacib məqam isə ondan ibarətdir ki, əldə edilən razılaşmalar türk birliyinin möhkəmlənməsinə də mühüm töhfələr verəcək. Ona görə də bu sənədin imzalanması həm milli maraqlarımıza, həm də Türk dünyasının maraqlarına uyğundur.
- Məlumdur ki, Vətən müharibəsinin başa çatmasından sonra müvafiq razılaşmalara əsasən regionda kommunikasiyaların bərpası nəzərdə tutulur. Kommunikasiyaların bərpası Türk dünyası üçün nə kimi perspektivlər vəd edir?
- 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və xalqı parlaq qələbə qazandı. Bunun nəticəsi olaraq, ötən ilin 10 noyabrında Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İmzalanmış Bəyanatın müddəalarından biri kommunikasiyaların bərpası, nəqliyyat layihələrinin reallaşdırılmasıdır. Bu il yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli bəyanatda isə bu məsələ konkret detallarla öz əksini tapır.
Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev qısa zaman ərzində işğaldan azad edilən bölgələrin dünyanın ən abad, müasir, inkişaf etmiş regionuna çevrilməsi barədə mesaj verib. Düşünürəm ki, kommunikasiyaların bərpası da bu baxımdan çox önəmlidir. Hesab edirəm ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş Azərbaycanın maraqlarına tam uyğundur. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Hər zaman xalqın və dövlətin maraqlarını Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hər şeydən üstün tutaraq Azərbaycanı iqtisadi, siyasi cəhətdən dünyanın ən öndə gedən ölkələrindən birinə çevirməklə yanaşı, Ali Baş Komandan kimi xalqımıza Zəfər bəxş edən Prezident İlham Əliyev görüşdən sonra verdiyi bəyanatda imzalanmış sənədin məqsədinin bölgədə sülhün, iqtisadiyyatın inkişafına yönəldiyini qeyd etdi.
Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Kommunikasiya xətlərinin açılışı, ilk növbədə, Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək.
Şübhəsiz ki, bu layihələrin reallaşdırılması Türk dünyasını, Türk dövlətlərini bir-birinə daha sıx bağlayacaq. Bu amil türkdilli ölkələrin iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, siyasi baxımdan da böyük önəm kəsb edir. Biz bütün bunların bəhrəsini gələcəkdə daha aydın şəkildə görəcəyik.
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq quruculuq və bərpa işlərində də dost ölkələrin şirkətlərinin iştirakı nəzərdə tutulur...
- 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliyin, vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir. Yaşayış binaları, tarixi və dini abidələrimiz dağıdılmış, infrastruktur tamamilə yerlə-yeksan edilmiş, hətta 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonları boşaldılan zaman ermənilər evləri, ağacları yandıraraq ekoloji terror aktları törətmişlər.
Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərə yönəldərək qeyd edib ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz.
Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edib ki, azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirik. Ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb ediləcəklər. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında müharibə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyənlər vardır. Bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək və gələcək üçün planlar hazırlanacaq.
Ümumilikdə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, sadəcə, ölkəmizin deyil, bütün Türk dünyasının böyük zəfəridir. İnanırıq ki, dost və qardaş ölkələr quruculuq və bərpa işlərində fəal iştirak edəcəklər. Bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar. Tezliklə bu torpaqlar bərpa ediləcək, onların əvvəlki şöhrəti, zəngin siması özlərinə qayıdacaq.

 
  • Oxunub:  3360  |  
  • Tarix:  26-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA