Ana səhifə »  Müsahibə »  Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
A+   Yenilə  A-
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Milli Məclisinin deputatı Kamaləddin Qafarov

-Kamaləddin müəllim, məlum olduğu kimi yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu görüşün əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

-Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlhamƏliyev və Ermənistanın Baş naziri Niko lPaşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə Bəyanatın imzalanması  Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

Məlum olduğu kimi, görüşün məqsədi Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək idi.

Görüşün gündəliyi əvvəlcədən təxmin edilsə də, Ermənistanda, eləcə də təəssüf ki, Azərbaycanda bəzi qüvvələr bu tədbirin keçirilməsi  faktından öz məqsədləri üçün manipulyasiya etməyə çalışırdılar. Erməni tərəfi görüşün N.Paşinyan üçün ölüm-dirim xarakteri daşıdığını daim vurğulayır və onun Moskvadan əliboş qayıdacağının fəlakət olacağı fikirlərini daim ictimailəşdirərək danışıqlar prosesinə təsir göstərməyə çalışırdı.

Azərbaycanda isə radikal müxalifət bu görüşün ölkəmizin guya güzəştlərə məcbur ediləcəyi barədə “dərin mənalı” öncəgörmələr tirajlayırdı.

Nəticə göz qabağındadır. Dörd saata yaxın davam edən görüşün təfərrüatı tam açıqlanmasa da, bu görüş nəticəsində imzalanmış sənəd – üçtərəfli bəyanat ortadadır. Bəyanat, gözlədiyimiz kimi, tam olaraq 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir.

Başqa sözlə, söhbət Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Əslində, Paşinyan həm 10 noyabr, həm də 11 yanvar sənədlərinə imza atmaqla sübut elədi ki, Ermənistanın yaranmış şəraitdə heç bir alternativ çıxış yolu qalmamışdır.Elementar məntiq qanunları da göstərir ki, hərbi, iqtisadi və xüsusilə psixoloji durumu bərbad vəziyyətdə olan Ermənistanın bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.

 -   Azərbaycan bu görüşdən nə qazandı?

-Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair  üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Əldə edilmiş razılaşmaya əsasən, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. İmzalanan bəyanatdan da göründüyü  kimi, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Bu qənaəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm  üçtərəfli görüş zamanı və həm də görüşün yekunlarına dair fikir bildirərkən xüsusi şəkildə vurğuladı. Dövlətimizin başçısı bəyan etdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir və bu proses  regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcəkdir. Prezidentimiz xüsusi olaraq qeyd etdi ki, Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.

-Nəzərdə tutulan kommunikasiyaların gələcəkdə istifadəyə verilməsi ölkəmizə və regiana hansı dividentlər qazandıracaq?

-Prezident İlham Əliyev  bu görüşə yüksək qiymət verərək bildirdi ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. ”Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”.

Tam inamla demək olar ki, Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olmuşdur və əldə edilən razılıq birmənalı şəkildə onun mənafeyinə uyğundur. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, şübhəsiz ki, üçtərəfli əməkdaşlıq formatı da olmayacaqdı.

Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələbləri birmənalı şəkildə regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.Bu, faktiki olaraq “Mehri dəhlizinin” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanılması deməkdir.

Yeni açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaqdır.

Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikasıilə, Tükiyə ilə, eləcə də bütün dünya ilə iqtisadi,  nəqliyyat-logistik   əlaqələri genişlənəcək, ölkəmizin geoiqtsadi əhəmiyyəti durmadan artacaqdır. Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin də qüvvədə olduğunu bir daha xatırlatmış oldu.

-Məlumdur ki, Ermənistan tərəfi bu görüşlə bağlı hansısa şərtlərlə çıxış etmək istəyirdi. Sizcə, Moskva görüşü Ermənistan üçün necə yekunlaşdı?

-Növbəti dəfə fiaskoya uğrayacağını hiss edən Paşinyan hökuməti isə  erməni cəmiyyətində itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, lakin heç bir ölkə, hətta Fransa belə bu məsələdə onu dəstəkləməyə cəsarət etmir. Ona görə də bu məsələyə haqlı olaraq əhəmiyyət və fikir belə verilmədi. Paşinyan administrasiyası məntiqsiz bir şəkildə kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzində 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. Lakin bu cəhdlər də heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

Qeyd etdiyimiz kimi, Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar.  O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.

Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.

Lakin bu üçtərəfli görüşün sonunda dövlət başçılarının keçirdiyi mətbuat konfransında Paşinyan dövlət başçısına yaraşmayan çıxışı ilə göstərdi ki, sanki o, yaranmış reallığı axıra qədər adekvat qiymətləndirə bilmir. Belə ki, həmin mətbuat konfransında həm Rusiya prezidentinin, həm də cənab İlham Əliyevin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumata baxmayaraq, Paşinyan yenə də keçmiş Dağlıq Qarabağın “statusundan”, guya hərbi əsir olan erməni terrorçularının azad olunması məsələsindən danışdı,özünü gülünc vəziyyətdə qoydu və Ermənistana qayıtdıqdan sonra isə etiraf etdi ki, hər iki məsələdə onun dediklərinə əhəmiyyət verən olmayıb.

Vacib bir məqamıqeyd etmək istərdim. Özünün ermənipərəst mövqeyinə baxmayaraq, rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi. Hətta bəzi media strukturları bu görüşdən yalnız Azərbaycanın  maksimum səmərə ilə ayrıldığını xüsusi qeyd etdilər...

 
  • Oxunub:  4230  |  
  • Tarix:  16-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6