Ana səhifə »  Müsahibə »  Moskva görüşü nəticəsində Azərbaycan 44 gün döyüş meydanında və 10 noyabrda siyasi müstəvidə qazandığı qələbəni daha da irəli apardı
A+   Yenilə  A-
Moskva görüşü nəticəsində Azərbaycan 44 gün döyüş meydanında və 10 noyabrda siyasi müstəvidə qazandığı qələbəni daha da irəli apardı

Milli Məclisin deputatı Əziz Ələkbərli www.yap.org.az saytına müsahibə verib:
- Əziz müəllim, yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu görüşün əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti cənab Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş noyabrın 10-da tərəflər arasında imzalanan Bəyannamənin maddə-maddə həyata keçirilməsi istiqamətində irəliyə doğru atılmış növbəti uğurlu addım oldu. Görüşün anonsu əvvəldən verildiyindən Ermənistan ictimaiyyəti bir neçə gün əməlli-başlı həyəcan yaşadı, Paşinyanın Moskvaya getməsinin qarşısını almaq üçün çağırışlar, hətta hava limanına gedən zaman yolları kəsmək üçün cəhdlər edildi. Təbii ki, ermənilərin bu hərəkətləri başa düşülən idi. Məğlub ölkənin məğlub vətəndaşı noyabrın 10-da tərəflər arasında imzalanmış kapitulyasiya sənədinin mərhələ-mərhələ yerinə yetiriləcəyini, əks təqdirdə bunun Ermənistan üçün çox ağır nəticələr verə biləcəyini çox yaxşı bilirdi. Lakin özünün olmayan oyuncağı əlindən geri alınmış və onun bir daha geri qaytarılmayacağını bilən uşağın çarəsiz halda özünü yerə çırpıb şivən qoparmaqdan başqa bir yolu da yoxdur və heç kəs də bu haqqı ona qadağan etmək fikrində deyil.
Amma Azərbaycan xalqı bu görüşü təmkinlə gözlədi, çünki qalib bir ölkənin qalib vətəndaşı bilirdi ki, bu görüşə 44 gün içində düşməni darmadağın edən, Qarabağda erməniyə heç bir status verilməyəcəyini və Azərbaycanın bir qarış torpağının da işğal altında qalmayacağını dəfələrlə bəyan edən müzəffər Ali Baş Komandanı gedir. O, nə vaxt nəyi necə etmək lazım gəldiyini hamıdan yaxşı bilir. Həmişə nə deyibsə, onu da edib və heç kəs deyə bilməz ki, bu ölkədə torpaqlarımızın işğaldan azad edilməsini kim isə cənab Prezident İlham Əliyevdən daha artıq istəyir.
Nəhayət ki, bu görüş baş tutdu. Dünya bu görüşü, necə deyərlər, nəfəsini içinə çəkərək izlədi. Biz də izlədik. Bir tərəfdə şax duruşu ilə müzəffər Ali Baş Komandanımız, digər tərəfdə Ermənistanın aylardır “nə oldu, Paşinyan?” sualına cavab verə bilməyən büzüşmüş, məğlub baş naziri. Dörd saata yaxın davam edən görüşün təfərrüatlarını tam bilməsək də, bu görüş nəticəsində imzalanmış sənəd - üçtərəfli bəyanat ortadadır. Bəyanat, gözlədiyimiz kimi, tam olaraq 10 noyabr Bəyannaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir.
Başqa sözlə, söhbət Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək “Zəngəzur dəhlizi”ndən gedir. Əslində, Paşinyan həm 10 noyabr, həm də 11 yanvar sənədlərinə imza atmaqla sübut etdi ki, Ermənistanda yeganə ağıllı adamdır, çünki hərbisi, iqtisadiyyatı və xüsusilə psixoloji durumu bərbad vəziyyətdə olan Ermənistanın bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə, Azərbaycanla normal münasibətlər qurmaqdır. Lakin bu üçtərəfli görüşün sonunda dövlət başçılarının keçirdiyi mətbuat konfransında Paşinyan dövlət başçısına yaraşmayan çıxışı ilə göstərdi ki, biz onun ağlı barədəki düşüncələrimizdə heç də haqlı olmamışıq, o da elə başqa ermənilərlə eyni ağılda imiş. Belə ki, həmin mətbuat konfransında həm Rusiya Prezidentinin, həm də cənab İlham Əliyevin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumata baxmayaraq, Paşinyan yenə də keçmiş Dağlıq Qarabağın “status”undan, guya hərbi əsir olan erməni terrorçularının azad olunması məsələsindən danışdı və təzədən özünü gülünc vəziyyətdə qoyaraq etiraf etdi ki, hər iki məsələdə onun dediklərinə əhəmiyyət verən olmayıb.
Mənim isə görüş haqqında yekun fikrim budur ki, bu görüş və bu bəyanatla Azərbaycan 44 gün döyüş meydanında və 10 noyabrda siyasi müstəvidə qazandığı qələbəni daha da irəli apardı.
- Regionun gələcəyi baxımından mühüm faktor olan kommunikasiyaların açılması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini nə dərəcədə gücləndirəcək?
- Bəli, dediyim bütün məsələlərə rəğmən, biz kommunikasiyaların açılmasına razılıq verdik. Çünki Azərbaycan həmişə humanist ölkə olub, biz xalq olaraq da həmişə son tikəmizə qədər qonşularımızla paylaşmağa üstünlük vermişik. Bundan əlavə, bizim üçün vətəndaşımızın rifahı hər şeydən irəli olub. 30 ildir əhalimizin Naxçıvanda yaşayan kəsimi blokadadan əziyyət çəkir, biz onların rahatlığı naminə Ermənistan kimi terrorçu bir dövlətə və erməni kimi xalqımızın qanına susamış yaramaz bir topluma dirçəlmək şansı veririk.
Heç şübhəsiz, Azərbaycanın bu humanizmi beynəlxalq güclər və humanitar təşkilatlar tərəfindən də layiqincə qiymətləndirilməlidir. Azərbaycanın bu mövqeyi, təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini də gücləndirəcək. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin əsas subyektlərindən biridir, lakin Azərbaycan həm də Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm geostrateji mövqeyə, böyük tranzit imkanlarına malik bir ölkədir. Bundan sonra Azərbaycanın bu mövqeyi daha da möhkəmlənəcək. Bu kommunikasiyaların açılmasına şərait yaratmaqla biz təkcə özümüzün yox, həm də bir çox dövlətlərin, xüsusilə region ölkələrin iqtisadi və ticari inkişafına yaşıl işıq yandırmış olduq.
- Əgər Ermənistanda revanşistlər bu razılaşmaları pozmağa cəhd göstərsələr, kommunikasiyaların açılmasına mane olsalar, onda proseslər hansı məcrada dəyişə bilər?
- Əslində, bu gün bu kommunikasiyaların açılması tək Azərbaycana yox, həm də və bəlkə daha çox region ölkələrinə, o cümlədən Rusiyaya, ən çox da Ermənistana lazımdır. Son 30 ilin təcrübəsi göstərdi ki, bu kommunikasiyalarsız da Azərbaycan öz iqtisadi inkişafını təmin edə bilər və etdi də. Amma bu gün ortada onillər boyu bütün regional layihələrdən kənarda qalmış, üstəlik, 44 günlük müharibə nəticəsində iqtisadiyyatı darmadağın olmuş, İrana çıxış imkanları məhdudlaşmış, Azərbaycan torpaqlarının işğalı sayəsində onillər ərzində bir sıra dövlətlərin və xarici şirkətlərin siyasi və iqtisadi maraqlarını özünə cəlb edərək onların imkanlarından faydalansa da, artıq bu gün bu imkanlardan da məhrum olmuş, region dövlətləri ilə münasibətləri daha da kəskinləşmiş bir Ermənistan var.
Bu gün Ermənistan bir dövlət olaraq tamamilə məhv olmaq təhlükəsi qarşısındadır. Əgər bu gün bu kommunikasiyalar açılmasa, Ermənistan yeni bir müharibə məcburiyyətində qala və ərazilərinin böyük bir hissəsini çox asanlıqla itirə bilər. Ermənistanda bunu çox yaxşı dərk edirlər, amma ənənəvi erməni xislətini ortaya qoyurlar, guya ki, bu kommunikasiyaların açılması ilə ermənilər Azərbaycana və region dövlətlərinə çox böyük güzəştə gedirlər və bunun müqabilində onlara hansısa yeni imtiyazlar verilməlidir. Amma bu dəfə keçməz! Bu kommunikasiyalar müqabilində biz ermənilərə çox böyük güzəşt - Laçın dəhlizi vermişik. Əgər ermənilər kommunikasiyaların açılmasına mane olurlarsa, buyursunlar, biz Laçın dəhlizini bağlaya bilərik. Nəticədə İrəvandan daşıyıb Qarabağa tökdükləri ermənilərini onların özlərinə qaytararıq. Onda bilirsiniz nə baş verəcək? Onda Ermənistanda vətəndaş müharibəsi başlayacaq və qan su yerinə axacaq.

 
  • Oxunub:  3810  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA