Ana səhifə »  Müsahibə »  Laçın rayonunun işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq
A+   Yenilə  A-
Laçın rayonunun işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq

Milli Məclisin deputatı Mahir Abbaszadə www.yap.org.az saytına müsahibə verib:
- Mahir müəllim, dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Laçın seçicilərini təmsil edən millət vəkili kimi bu barədə sizin düşüncələrinizi bilmək istərdik...
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə Bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Torpaqlarımızın işğaldan azad olunması münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Təbii ki, qələbəmizdə xalqımızın Prezidentimizə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı.
44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Xatırladım ki, Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş verdi. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. İndi də Şuşa işğaldan azad edildikdən qısa müddət sonra Laçın da azadlığına qovuşdu. Bununla da, hazırda respublikamızın 58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.
- Ermənilər Laçını da tərk edərkən vəhşiliklər törətdilər. Buna münasibətiniz necədir?
- Düşmənlərimiz əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Bir neçə gün öncə Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı.
Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçını da tərk edəndə təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc sakin girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.
- Laçın rayonunun iqtisadi potensialını necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib.
Eyni zamanda, Laçında 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Laçın Dövlət Təbiət Yasaqlığı isə 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20000 hektar ərazidə yaradılıb.
Qeyd edim ki, Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Onu da bildirim ki, Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri abidəsidir. Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
Beləliklə, sonda bir daha vurğulamaq istərdim ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

 
  • Oxunub:  5490  |  
  • Tarix:  04-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA