Ana səhifə »  Müsahibə »  Bütün məcburi köçkünlər bu gün böyük Qələbənin sevincini yaşayırlar
A+   Yenilə  A-
Bütün məcburi köçkünlər bu gün böyük Qələbənin sevincini yaşayırlar

Milli Məclisin deputatı Aqil Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Aqil müəllim, bu gün Azərbaycan cəmiyyəti qələbə sevincini yaşayır. Bu haqda sizin fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq əks-hücuma başladığı vaxtdan bütün xalqımız yüksək əhval-ruhiyyədə idi. Çünki hər bir vətəndaşımız bu günü səbirsizliklə gözləyirdi. Sentyabrın 27-dən etibarən demək olar ki, hər gün Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumat verilirdi. Təbii ki, bu məlumatları eşidərkən bizlərin sevincinin həddi-hüdudu yox idi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində şanlı Ordumuz, qəhrəman əsgərlərimiz işğalçılara öz gücünü göstərdi. Xain düşmən isə ordumuzun qarşısında aciz qaldığı üçün dinc insanları, döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi qadağan olunmuş silahlarla atəşə tuturdu. Bunun nəticəsində uşaq və qadınlar da olmaqla 100-ə yaxın mülki şəxs həlak oldu. Eyni zamanda, Ermənistan hakimiyyəti müharibə dövründə həm öz ictimaiyyətinə yalan məlumatlar verməklə məşğul oldu, həm də dünya ictimaiyyəti üçün yalan informasiyalar yaymaqla öz işğalçılıq xislətini ört-basdır etməyə çalışdı. Məqsədi o idi ki, Azərbaycanın beynəlxalq imicinə zərbə vursun. Amma məqsədinə nail ola bilmədi. Heç bir qüvvə Azərbaycanı öz haqlı mübarizəsində dayandıra bilməzdi. Belə də oldu.
Müzəffər Ali Baş Komandanımız Vətən müharibəsinin davam etdiyi müddətdə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verərək Azərbaycanın haqq mübarizəsi apardığını, bizim mübarizəmizin beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslandığını beynəlxalq birliyə bəyan etdi. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində böyük üstünlük qazanmış oldu.
İşğalçı Ermənistanın başqa dövlətlərdən yardım istəkləri də heç bir nəticə vermədi. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Nikol Paşinyan noyabrın 10-da birgə bəyanata imza atmağa məcbur oldu. Bu, əslində onun məğlubiyyətə imza atması demək idi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Artıq Ağdam və Kəlbəcər rayonları işğaldan azad olunub. Dekabrın 1-də isə Laçının azad olunması sevincini yaşayacağıq. Sənəddə, həmçinin məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmasının təmin edilməsi və digər məsələlər əksini tapır. Bütövlükdə, bu tarixi sənəd Azərbaycanın maraqlarına cavab verir və bizim qələbəmizdir.
- Siz parlamentdə Kəlbəcər rayonunun seçicilərini təmsil edirsiniz. Bu gün məcburi köçkün həyatı yaşayan insanların, o cümlədən kəlbəcərlilərin əhval-ruhiyyəsi necədir?
- Bu gün bütün məcburi köçkünlər qazandığımız böyük qələbənin sevincini yaşayırlar. Çünki doğma torpaqlarımız işğaldan azad olunub. 30 ilə yaxındır ki, 1 milyona yaxın insan məcburi köçkün həyatı yaşayır. Doğrudur, indiyədək dövlətimiz tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb, bu məqsədlə 100-dən çox müasirtipli qəsəbə tikilib istifadəyə verilib, məcburi köçkünlər üçün aylıq müavinət verilir və onların digər imtiyazları da var. Amma bütün bunlara baxmayaraq, həmin insanlar Vətən həsrəti ilə yaşayırdılar, bu günü həsrətlə gözləyirdilər. Çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Buna görə də müzəffər Ali Baş Komandanımıza və rəşadətli ordumuza sonsuz minnətdarlığımızı bildiririk.
Təbii ki, cənab Prezident İlham Əliyevin noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə bağlı verdiyi müjdə hər bir kəlbəcərlinin sonsuz sevincinə səbəb oldu. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Artıq Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Müdafiə Nazirliyi tərəfindən də rayonumuzun görüntüləri yayılmaqdadır. Bilirsiniz ki, Kəlbəcər respublikamızın ən gözəl, füsunkar bölgələrindən biridir. 30 ilə yaxın müddətdə vəhşi düşmən digər ərazilərdə olduğu kimi, Kəlbəcər rayonuna qarşı da soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri tərk edərkən də, evləri yandırır, meşələri məhv edirdilər. Bütün bunlar dünyanın göz qarşısında baş verdi. Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər. Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Ermənistan bu vandalizmin bədəlini ağır ödəməli olacaq. Ərazilərin minalardan təmizlənməsindən sonra yəqin ki, bu məsələlər həllini tapacaq. Daha sonra isə quruculuq işlərinə başlanılacaq. Artıq dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib, aidiyyəti dövlət qurumları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Sonrakı mərhələdə isə insanlar öz ata yurdlarına qayıdacaq, Kəlbəcərə yeni nəfəs gələcək.
- Sizcə, qısa müddət ərzində böyük qələbənin qazanılmasının əsas amilləri nədən ibarətdir?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb, əhalinin sosial rifahı daha da yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb və dünyada etibarlı tərəfdaş imici qazanıb. Ötən illərdə Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə qlobal səviyyədə enerji və nəqliyyat layihələri həyata keçirilib ki, bütün bunlar beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul edib, ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bütün bunlar isə, haqq işimizdə bizə güclü dəstək verdi.
Təbii ki, ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait, məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu da çox yüksəkdir. Belə bir rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi.
Bundan əlavə, xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Cənab Prezidentin dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək.
Biz bundan sonra da bir olmalıyıq, cənab Prezidentin ətrafında daha sıx birləşməliyik. Bundan sonrakı mərhələlərdə də güclü olmalıyıq. Düşmənimizi tanıyırıq. Ona görə də birliyimizi, ordumuzu daha da gücləndirməliyik ki, düşmən bir daha təxribatlar etməsin. Əgər etsələr, yenə də layiqli cavabları verilsin. Necə ki, bu gün cavablarını alıblar. Artıq düşmən ordusu tamamilə dağılıb, bunu özləri də etiraf edirlər. Həmçinin Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. Onlar bu vəziyyəti yaşamalı idi. Çünki başqasının torpağını işğal etmişdilər. Azərbaycan isə öz torpaqlarını azad etmək uğrunda haqlı mübarizə aparırdı. Ölkəmiz bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi.
- Aqil müəllim, Fransa Senatının qəbul etdiyi qərəzli qətnaməyə münasibətiniz necədir?
- Əlbəttə ki, Fransa Senatının qətnaməsi bizim üçün qəbulolunmazdır. Ona görə də, həm Azərbaycan cəmiyyəti, həm də dünyada sülhsevər, ədalət tərəfdarı olan cəmiyyətlər tərəfindən etirazla qarşılanır. Məlumdur ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu dövlət 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinə səs verib. Hansı ki, həmin qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməsini nəzərdə tuturdu. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Həmsədrlər 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün heç bir addım atmadı. Həmsədrlərdən biri kimi Fransa bu məsələdə tərəf tutmamalı və öz fəaliyyətini beynəlxalq hüquq çərçivəsində qurmalı idi. Amma Senatın verdiyi qərar onu göstərir ki, Fransa özü-özünü inkar edir. Bu ölkə həm BMT Təhlükəsizlik Şurasında səs verdiyi sənədlərə qarşı çıxır, eləcə də həmsədrlik missiyasına zidd addımlar atır. İnanırıq ki, Fransa höküməti Senatın bu qətnaməsini təsdiqləməyəcək. Fransa Senatı öz səhvini başa düşüb Azərbaycan xalqından üzr istəməlidir.

 
  • Oxunub:  3480  |  
  • Tarix:  01-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

25 Yanvar 10:40
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
25 Yanvar 10:20
Neft qiymətləri bahalaşıb
25 Yanvar 09:30
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
25 Yanvar 09:13
Minatəmizləmə Agentliyi yüz kilometrdən çox yolu mina və partlamamış hərbi sursatdan təmizləyib
25 Yanvar 09:11
Şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib
25 Yanvar 09:06
Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur
25 Yanvar 09:05
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı
24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+1 +4