Ana səhifə »  Müsahibə »  Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir və qəbulolunmazdır
A+   Yenilə  A-
Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir və qəbulolunmazdır
Milli Məclisin deputatı Nəsib Məhəməliyev www.yap.org.az saytına müsahibə verib:

Nəsib müəllim, hazırda Azərbaycan cəmiyyətində möhtəşəm qələbə əhval-ruhiyyəsi davam edir. Bu barədə sizin fikirləriniz bilmək istərdik...

- Hər bir xalq  keçdiyi tarixi yola, mədəniyyətinə, milli mənəvi dəyərlərinə uyğun əlamətdar günləri  bayram olaraq müəyyənləşdirir. Bu bayramların bəziləri mənsub olduğumuz milli-dini, digərləri isə müstəqilliyimiz, onun bərpası, dövlət quruculuğu ilə əlaqədar qeyd olunur. Amma 10 noyabrdan başlayaraq, dünya azərbaycanlılarının qeyd etdiyi Böyük Qələbə bayramının sevinci, bəxş elədiyi xoşbəxt hisslər tam fərqlidir.

XX əsrin sonlarında taleyin hökmü ilə xalqımız sınağa çəkildi. Tarixi  şəraitin yaratdığı boşluqdan sui-istifadə edən bədnam qonşularımız Dağlıq Qarabağı və ətraf rayonları işğal etdi. 30 il ərzində dünya erməniliyinin və havadarlarının dəstəyi ilə güclü müdafiə istehkamları qurmasına baxmayaraq, müzəffər ordumuz cəmi 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Vətən müharibəsində  Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi strategiya və taktika dünya hərb tarixində özünəməxsus yer tutdu. Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşanın azad edilməsi əməliyyatı isə, ən yüksək rəğbətə layiqdir. Bu böyük Qələbədir və Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin xalqa bəxş etdiyi, tariximizə qızıl hərflərlə yazdığı Qələbədir.

Milliyətindən, dinindən, irqindən asılı olmayaraq, hər bir azərbaycanlı bu Qələbənin əldə olunmasının çətinliyini, bütün etik normaları inkar edən, xəstə təfəkkürlü düşmənin əksər güclü dövlətlər tərəfindən dəstəkləndiyini gözəl başa düşür. Xoşbəxtlikdən bütün çətinliklərə  sinə gərməyi bacaran, xalqın maraqlarını hər şeydən üstün tutan, beynəlxalq münasibətlər sistemini, tarixi və geosiyasi reallıqları yüksək səviyyədə mənimsəmiş cənab  İlham Əliyev kimi Liderimiz var. Məhz Onun zərgər dəqiqliyi ilə ölçüb-biçdiyi siyasi-diplomatik, hərbi-strateji gedişləri, 10 milyonluq xalqı öz ətrafında yumruq kimi toplamaq bacarığı, tarixi Qələbəmizi təmin etdi.
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Qazilərimizə şəfa versin. Onların Vətən sevgisi, torpaq uğrunda ölümün gözünə dik baxmaları,  dünya ölkələri arasında Azərbaycanın  nüfuzunu daha da artırdı. Minilliklər keçəcək, dünya durduqca Ali  Baş Komandan və Vətən müharibəsinin bütün iştirakçıları gələcək nəsillər tərəfindən minnətdarlıqla anılacaqlar. Bu möhtəşəm Qələbənin yaratdığı əhval-ruhiyyəni isə sözlə ifadə etmək yox, onu bütün varlığınla yaşamaq lazımdır.

- Artıq Ağdam və Kəlbəcər rayonları qan tökülmədən azad olunub. Dekabrın 1-dək isə Laçın rayonu azad ediləcək...

- Ağdam, Kəlbəcər rayonları, Azərbaycan, Rusiya Prezidentlərinin imzaladığı bəyanata və Ermənistanın baş nazirinin qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq döyüşsüz boşaldılır. Dekabrın 1-ə Laçın  rayonu təhvil veriləcək. Təbii ki, bu 3 rayonun döyüşsüz boşaldılması, Ordumuzun Cəbrayıl, Füzuli,Qubadlı rayonlarını, Hadrutu, Suqovuşanı, Şuşa şəhərini gərgin döyüşlər nəticəsində azad etməsindən keçir. Əlavə itkilər vermədən, bu üç rayonun boşaldılması ölkə Başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində əldə olunub.

Artıq Ordumuzun hissələri Ağdamda və Kəlbəcərdə yerləşiblər. Üçrəngli bayrağımız o bölgələrdə dalğalanır.  İnşallah, dekabrın 1-də Laçında dalğalanacaqdır. Azərbaycan xalqı bununla fəxr edir və qiymətləndirir. Bundan gözəl nə ola bilər.

- Qazanılan qələbədə milli birliyimizin və həmrəyliyimizin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Qələbəni şərtləndirən əsas amillərdən biri milli birlikdir. Uzun illərdən bəri 2016-cı ilin aprel döyüşlərində xalqımız yekdil birlik nümayiş etdirdi. Təəssüf ki, o dövrün geosiyasi reallıqları imkan vermədi ki, işğala son qoyula. Sonra bu ilin iyul ayında Tovuz istiqamətində baş vermiş təxribatlar zamanı xalq ayağa qalxdı və düşünürəm ki, bu günki böyük Qələbəmizin əsası onda qoyuldu. Xalqı yumruq kimi birləşdirmək hər Liderə nəsib olmur. Belə bir xoşbəxtlik cənab Prezident İlham Əliyevə  nəsib oldu. Öz xalqının  tarixinə qalib sərkərdə kimi düşmək isə, ən böyük xoşbəxtlikdir.

- İşğaldan azad olunmuş ərazilərimizin potensialını necə qiymətləndirirsiniz? Sizcə, bu amil ölkəmizə nə kimi iqtisadi dividentlər qazandırır?

- Əvvəla, o ərazilər, erməni daşnaklarının xaotik şəkildə basdırdığı minalardan təmizlənməli, sonra isə kommunikasiya xəttləri çəkilməli, infrastruktur layihələri icra olunmalıdır.
Məlumdur ki, erməni vandalları orada daşı daş üstündə qoymayıblar. Yeni şəhərlər, qəsəbələr, kəndlər salınmalıdır. Məskunlaşma işləri aparılmalıdır. Təkcə bərpa işlərinə milyardlarla vəsait lazımdır. Həyatda özünü təsdiq etmiş bir deyim var: “Təbiət boşluğu sevmir”.
İşğaldan azad olunmuş ərazilər kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaqları, iqlimi, su ehtiyatları ilə digər bölgələrdən seçilir. Yeraltı və yerüstü təbii sərvətlərə, turizm potensialına malikdir. Bərpa və yenidən qurma işlərində yüz minlərlə iş yerləri açılacaq, yerli xammalın emalı nəticəsində sənayenin ayrı-ayrı sahələri inkişaf edəcəkdir. Konkret olaraq Zəngilanın, Kəlbəcərin qızıl yataqları, mineral suları, Ağdamın və digər rayonların şərabçılıq sənayesini  və s. qeyd etmək olar. Bütün bunlar Azərbaycan iqtisadiyyatında, ümumi daxili məhsulun artımında xeyli irəliləyiş deməkdir.

- Nəsib müəllim, Fransa Senatı “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə qəbul edib. Buna münasibətiniz necədir?

- Azərbaycan 44 gün davam edən Vətən müharibəsində beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müdafiə edib, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində müvafiq addımlar atıb. Ölkəmizin haqq işi qələbəmizlə nəticələnib. Görünür, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında öz haqqını bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat edir. Bunlardan biri də Fransadır.

Bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə beynəlxalq hüquqa tamamilə ziddir. Qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Bu sənəd BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, həmin qətnamələrin qəbul edilməsinə Fransa da səs verib, Senatın bu addımı öz-özünü inkar mənası verir. Təbii ki, bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir. Bu sənədin qəbul olunması ilə Fransanın həmsədr kimi neytralığı pozulmuş olur.

Bilirsiniz ki, məsələ ilə bağlı Milli Məclis Fransa Senatının qərarı ilə bağlı etiraz bəyanatı qəbul edib. Azərbaycan parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib. Qəbul olunmuş bəyanatda Azərbaycan hökumətinə çağırış edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət olunsun. Eyni zamanda,  Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın. Bəyanatda həmçinin, Azərbaycanla Fransa arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlərin görülməsi də töbsiyə edilir. Bütün bunlar çox doğru addımlardır. Fransa və digərləri anlamalıdır ki, müstəqil Azərbaycan dövləti güclüdür və onunla diqtə dili ilə danışmaq mümkün deyil.

 
  • Oxunub:  3600  |  
  • Tarix:  28-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

25 Yanvar 11:53
Nazir: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək
25 Yanvar 11:48
Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
25 Yanvar 11:47
İlon Mask Yer kürəsini qlobal istiləşmədən xilas etmək üsulunu tapan alimə 100 milyon dollar mükafat vəd edib
25 Yanvar 11:46
Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
25 Yanvar 11:34
UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi
25 Yanvar 11:32
Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
25 Yanvar 11:30
Keçən il informasiya və rabitə müəssisələri 2,2 milyard manatlıq xidmətlər göstərib
25 Yanvar 11:23
Ölkə başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənib - Baş prokuror
25 Yanvar 11:21
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır
25 Yanvar 11:18
ABŞ Prezidenti Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib
25 Yanvar 10:40
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
25 Yanvar 10:20
Neft qiymətləri bahalaşıb
25 Yanvar 09:30
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
25 Yanvar 09:13
Minatəmizləmə Agentliyi yüz kilometrdən çox yolu mina və partlamamış hərbi sursatdan təmizləyib
25 Yanvar 09:11
Şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib
25 Yanvar 09:06
Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur
25 Yanvar 09:05
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı
24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+1 +4