Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərib

Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:

- Eldar müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 28 ili tamam olur. Partiyamızın yaradılması ərəfəsində ölkəmizdə baş verən prosesləri necə xatırlayırsınız?

- İlk öncə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. YAP Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə daxil olmuşdur. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı. Bu gün ilk dəfə biz YAP-ın ildönümünü torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də, qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtik ki, bu fərəhli anları yaşayırıq. Bu şanlı tarixi yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyev cənablarına borcluyuq və Ona dərin təşəkkürümüzü bildiririk.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə belə əl atırdılar.

Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanması istiqamətində aparılan işlərin daha geniş vüsət alması və həyata keçirilməsinin zəruriliyi Heydər Əliyevin ətrafında birləşən böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də, Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatacaq, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcəkdir. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir”.

- Yeni Azərbaycan Partiyasının yaradılmasına o vaxtkı hakimiyyət hər vəchlə mane olmağa çalışırdı. Bu məqsədlə hakimiyyət tərəfindən müxtəlif təxribatlar da törədildi...

- Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan cavab verdi. Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Onun ölkədəki ictimai-siyasi vəziyyəti hərtərəfli əks etdirən və AXC-Müsavat hakimiyyətinin əsl mahiyyətini açıb göstərən cavab məktubu Azərbaycanda böyük əks-səda doğurdu. Heydər Əliyevin bu cavabından o dövrkü iqtidar təşvişə düşdü və oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Belə bir vaxtda Heydər Əliyevi sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi Onu müdafiə etdi. O dövrkü hadisələr barədə Ulu Öndər Heydər Əliyev belə demişdir: “Biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman - bəziləri bunu da bizə çox gördülər, Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi Daxili İşlər Nazirliyini zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi”.

Bütün təzyiqlərə baxmayaraq, tez bir zamanda ölkənin hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. Əfsuslar olsun ki, həmin dövrdə Bakıda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək mümkün olmadı. Çünki, AXC-Müsavat hakimiyyəti Heydər Əliyevin rəhbərliyi ilə yaradılacaq partiyadan qorxur və onun təsis olunmasına çox böyük maneələr törədirdi. Buna görə də, partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi.

Konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən artıq nümayəndəsi iştirak edirdi. Tədbir şaxtalı bir gündə Naxçıvan Dram Teatrının binasında keçirildi. 4 saat davam edən konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul olundu və Heydər Əlirza oğlu Əliyev partiyanın Sədri seçildi. Yeni yaranmış partiyanın Proqramında bu siyasi qurumun əsas məqsədləri barədə belə deyilirdi: “Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı hüquqi demokratik dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış edən parlament tipli siyasi partiyadır”.

- Yeni Azərbaycan Partiyası hansı zərurətdən yarandı?

- Ulu Öndər Heydər Əliyev YAP-ın yarandığı dövrü belə xarakterizə edirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır”.

Mövcud olduğu dövrdə YAP qəbul etdiyi Proqram və Nizamnaməyə uyğun olaraq, dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Ötən 28 il ərzində Yeni Azərbaycan Partiyası sıralarında siyasətçilərin yeni nəsli yetişmişdir. Bu nəslin ən parlaq nümayəndəsi, dərin fəlsəfi və milli köklərə malik Heydər Əliyev siyasi məktəbinin yetirməsi cənab İlham Əliyev öz çoxşaxəli fəaliyyəti sayəsində geniş xalq kütləsinin dərin rəğbətini qazanmışdır. 2000-ci il parlament seçkilərində İlham Əliyev YAP-ın seçki kampaniyasına uğurla rəhbərlik etdi və bu partiya parlamentdə yerlərin böyük əksəriyyətini qazandı. Partiyanın II Qurultayının qətnaməsində bu barədə belə deyilirdi: “Parlament seçkiləri kampaniyası gedişində yüz minlərlə seçici qarşısında İlham Əliyevin qətiyyətli, məntiqi, praqmatik çıxışları xalqa Onu Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi daha yaxından tanıtmışdır”.

Partiyanın II Qurultayında İlham Əliyev partiya Sədrinin I müavini seçildi. 2003-cü il prezident seçkiləri ərəfəsində isə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmişdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyası çox mühüm bir siyasi qələbə qazandı. Bu seçkilərdə partiya Heydər Əliyev ideyalarına sarsılmaz sədaqət nümunəsi, ən başlıcası isə qələbəyə haqqı olduğunu bütün dünyaya nümayiş etdirdi. Partiyanın namizədi cənab İlham Əliyev ölkə başçısı seçildi.

2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sədaqət andı içərək demişdir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”.

- Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır. Bu barədə də fikirlərinizi bilmək istərdik...

- Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ Prezident seçilməmişdən əvvəl də Ulu Öndərimizin müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin inkişafına, Azərbaycan idmanının yüksəlişinə verdiyi töhfələrlə sübuta yetirmişdir.

Əlbəttə, bu uğurlar heç də asan əldə olunmamış, çox böyük səylər və uzaqgörən siyasət nəticəsində qazanılmışdır. Belə ki, AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi qısa müddət ərzində respublikamızı siyasi, iqtisadi və sosial baxımdan çox acınacaqlı vəziyyətə qoymuşdu. Bu barədə 2005-ci ildə keçirilən partiyamızın III Qurultayında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev belə demişdi: “Yeni Azərbaycan Partiyası 1992-ci ildə çətin şəraitdə .... müxalifət partiyası kimi yaranmışdır. Ancaq indiki bəzi müxalifət nümayəndələrindən fərqli olaraq, Yeni Azərbaycan Partiyası müxalifətdə olan dövrdə heç vaxt Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına müxalifətdə olmamışdır. O vaxtkı iqtidara müxalifətdə olmuşdur və təkcə biz yox, bütün Azərbaycan xalqı o vaxtkı iqtidara müxalifətdə idi. Çünki onların yarıtmaz fəaliyyəti nəticəsində ölkədə anarxiya, hərc-mərclik, total böhran hökm sürürdü. Demək olar ki, ölkəni uçurum kənarına gətirib çıxarmışdılar. Ölkədə gedən proseslər Azərbaycanın gələcəyini sual altında qoymuşdu və ölkə parçalanma ərəfəsində idi. Azərbaycan xalqının müdrikliyi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi”. Bunun nəticəsidir ki, ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, bu gün sağlam qüvvələrin partiyaya axını belə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyadır. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Biz fəxr edirik ki, Ümummilli Liderimizin dediyi bu fikir öz təsdiqini real həyatda əyani surətdə tapır. Bu günlərdə Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının parlaq zəkalı Lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyev cənablarının möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Qarabağın, 30 il ərzində mənfur qonşumuz Ermənistanın işğalında olan ərazilərimizin azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur. 30 ildən çox idi ki Azərbaycan xalqı bu günü gözləyirdi və həmin gün gəldi. Bu şanlı qələbəni bizə bəxş edən isə partiyamızın lideri cənab İlham Əliyevdir. Məhz buna görə bütün Azərbaycan xalqı kimi, partiyamızın üzvləri də böyük fəxrlə deyir: “Yaşasın Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyev”.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  21-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

02 Dekabr 19:20
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO
02 Dekabr 18:36
QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
02 Dekabr 18:31
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
02 Dekabr 18:30
Tarixi Zəfər qazanmaqla Azərbaycan özünü qalib xalq,məğlubedilməz dövlət kimi təsdiq etdi
02 Dekabr 17:42
Həkim-infeksionist: Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var
02 Dekabr 17:28
Livanlı muzdlu-terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilib
02 Dekabr 17:06
Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib
02 Dekabr 16:54
Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
02 Dekabr 16:52
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır
02 Dekabr 16:46
Deputat: Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq
02 Dekabr 16:41
Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar
02 Dekabr 16:38
Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
02 Dekabr 16:05
Səfir: Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək İranın prinsipial mövqeyidir
02 Dekabr 15:44
Deputat: Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir
02 Dekabr 15:40
Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
02 Dekabr 15:39
Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
02 Dekabr 15:37
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
02 Dekabr 15:33
Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır
02 Dekabr 15:31
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
02 Dekabr 15:29
Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır
02 Dekabr 15:13
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
02 Dekabr 15:00
Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
02 Dekabr 14:59
Ağalar Vəliyev: “Laçının işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”
02 Dekabr 14:56
Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq
02 Dekabr 14:50
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb VİDEO
02 Dekabr 14:48
Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
02 Dekabr 14:33
Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
02 Dekabr 14:22
Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 14:20
Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb
02 Dekabr 14:19
Soltan Məmmədov: Azərbaycan Prezidentinin qətiyyəti, xalqın inamına söykənən iradəsi qazanılmış qələbənin əsasını təşkil edir
02 Dekabr 14:07
Kəlbəcər rayonu Söyüdlü qızıl yatağı - VİDEO
02 Dekabr 14:01
“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb
02 Dekabr 13:47
UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb
02 Dekabr 13:37
Paytaxtın Nəsimi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
02 Dekabr 13:34
Azərbaycanda Zəfər Günü təsis edilib - SƏRƏNCAM
02 Dekabr 13:32
Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı
02 Dekabr 13:17
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
02 Dekabr 13:13
Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi
02 Dekabr 13:11
Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq
02 Dekabr 13:09
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
02 Dekabr 13:06
Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb
02 Dekabr 12:21
“Azərkosmos” cari ildə 30 ölkəyə 37,8 milyon dollarlıq xidmət ixrac edib
02 Dekabr 12:19
Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır – Təhlil
02 Dekabr 12:16
Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
02 Dekabr 12:10
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
02 Dekabr 12:08
Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
02 Dekabr 10:09
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə danışılıb
02 Dekabr 10:07
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
02 Dekabr 09:53
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
02 Dekabr 09:32
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
02 Dekabr 09:31
Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02 Dekabr 09:30
Budurmu “Fransa demokratiyası”?!
02 Dekabr 09:25
Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02 Dekabr 09:24
Fəqət Şadlinskaya: Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini yaşayır
02 Dekabr 09:21
Ənvər Haqverdiyev: 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı
02 Dekabr 09:20
Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı
02 Dekabr 09:18
Sabir Rüstəmxanlı: Qərəzli qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır
02 Dekabr 09:17
Elşən Musayev: Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir
02 Dekabr 09:16
Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil
02 Dekabr 09:14
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib

02 Dekabr 09:12
Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02 Dekabr 09:10
Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02 Dekabr 09:07
Tütünçülüyün inkişafı dövlətimizin daim diqqət mərkəzindədir
01 Dekabr 21:57
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir
01 Dekabr 21:43
Uşaqlarda koronavirus infeksiyası
01 Dekabr 21:26
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01 Dekabr 21:24
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:21
“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:18
“Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:16
“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+4 +6