Ana səhifə »  Müsahibə »  Bu gün Şuşadan ucalan azan səsi bütün Qarabağa yayılmaqdadır!
A+   Yenilə  A-
Bu gün Şuşadan ucalan azan səsi bütün Qarabağa yayılmaqdadır!

Milli Məclisin deputatı Fatma Yıldırım www.yap.org.az saytına müsahibə verib:
- Fatma xanım, bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış qələbəni böyük coşqu ilə qeyd edir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyanat bizim Qarabağda zəfərimizi təsdiqlədi. Düşmən öz imzası ilə məğlubiyyətini, kapitulyasiyasını bütün dünyaya “bəyan etdi”. Azərbaycan dövləti isə həm hərbi, həm də siyasi qalibiyyətini, gücünü nümayiş etdirdi. Azərbaycan Prezidentinin səsləndirdiyi “Qələbə bizimdir!”, “Qarabağ Azərbaycandır!” şüarları bu bəyanatla bir daha təsdiqləndi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında böyük ruh yüksəkliyi ilə irəliləyərək yüzlərlə kəndi işğalçılardan təmizlədi, əlçatmaz zirvələri fəth etdi. Biz 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza nəhayət ki, qədəm qoyduq. Bu, sözün əsl mənasında, şanlı Qələbədir. Bu gün Şuşadan ucalan azan səsi bütün Qarabağa yayılmaqdadır!
Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə illərdir aparılan danışıqlar prosesi səmərəsiz oldu, heç bir nəticə vermədi. Həmsədrlər münaqişənin həlli üçün vaxtında ciddi addım atmadı, düşmənin son aylarda ard-arda törətdiyi təxribatlara susaraq lazımı tədbirlər görmədilər. Belə olan halda, dövlətimiz bu münaqişəni gələcək nəsillərə saxlamadı, Müzəffər Ali Baş Komandanın əmri ilə təxribatlara son qoymaq və düşmənin yeni ərazi iddialarının qarşısını almaq məqsədilə ordumuz əks-həmlə əməliyyatlarına başladı. Qarabağı görməyən gənclərimiz misilsiz şücaət göstərərək düşmənin bütün niyyətlərini, məqsədlərini məhv edərək tarixi ədaləti bərpa etdi, dədə-baba torpaqlarımızı işğaldan qurtardı. Biz elə bir zəfər qazandıq ki, ermənilər türkün gücünü hələ uzun illər unutmayacaqlar. Prezident İlham Əliyevin dediyi kimi, “bir də dönüb biz tərəfə baxa bilməyəcəklər”.
- İmzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Üçtərəfli bəyanatın əsas məqamlarından biri də odur ki, Dağlıq Qarabağın statusu artıq müzakirə mövzusu deyil. Bu, bizim tarixi uğurumuzdur. İllərdir danışıqlar masasında ən çox müzakirə olunan status məsələsinin birdəfəlik bağlanması çox böyük əhəmiyyət kəsb edir. Bu bəyanatla biz bir daha göstərdik ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Qarabağ bizim əzəli torpağımızdır və heç bir güc bu həqiqəti dəyişdirə bilməz. Eyni zamanda, dağlıq və keçilməsi çətin olan Kəlbəcər, Ağdam və Laçının qan tökülmədən geri qaytarılmasına düşməni məcbur etdik. Bununla da bu torpaqlarda ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin qarşısını aldıq. Biz onları dədə-baba torpaqlarımızdan həm də siyasi yolla çıxartmağa nail olduq. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik vəziyyət tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.
Naxçıvanın blokadadan azad olunması da çox müsbət haldır. Belə ki, Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılması böyük strateji əhəmiyyətə malikdir. Bu yol qonşu ölkələrlə iqtisadi əlaqələrimizi gücləndirərək Azərbaycanın daha da inkişaf etməsinə xidmət göstərəcək və gələcək bir çox regional layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
- Razılaşmalara əsasən Kəlbəcər və digər rayonları tərk edən ermənilər yenə də öz xislətlərini nümayiş etdirir, evləri və meşələri yandırırlar. Buna münasibətiniz necədir?
- Ərazilərimizdə qeyri-qanuni məskunlaşmış ermənilərin gedərkən evləri, meşələri yandırması, hər şeyi daşıyıb aparması ekologiyaya vurulan böyük ziyandır. Noyabrın 10-dan başlayaraq birgə bəyanat əsasında köç edən ermənilər zəbt etdikləri evləri talan edib yandırır, hətta meşələrimizə qarşı ekoloji terror törədirlər. Onlar ağacları kəsərək özləri ilə aparırlar. Hətta heyvanları belə qəddarlıqla tələf edirlər.
Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin üzvü kimi bu məsələdən çox narahatam və bunu şiddətlə qınayıram. Ermənilərin bu çirkin əməllərini təkcə Azərbaycana yox, həmçinin bəşəriyyətin ekoloji tarazlığına vurulan ziyan kimi qiymətləndirirəm. Beynəlxalq aləm və bilavasitə ekologiya sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlar niyə susurlar?! Niyə bu vandalizmin və barbarlığın qarşısını almaq üçün ciddi addımlar atmır, lazımı münasibət bildirmirlər?! Əminəm ki, vaxt gələcək, ekologiyamıza vurulan ziyana və torpaqlarımızda törətdikləri bu cinayətlərə görə ermənilər cavab verəcəklər.
- Bütün bunlar həm də o deməkdir ki, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılacaq...
- Azərbaycanın işğaldan azad olunan torpaqlarında yaşayışın təmin olunması üçün zamana ehtiyac var. Həmin ərazilər minadan təmizlənməli, orada infrastruktur qurulmalıdır. Dövlətimiz bu istiqamətdə bütün tədbirləri görəcək və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Birgə bəyanatla məsələnin hərbi yolla həlli mərhələsi artıq başa çatıb. Bundan sonrakı diplomatik həll mərhələsində də birliyimizi davam etdirməliyik. Bizim görüləcək hələ çox işlərimiz var. Dağıdılmış bütün şəhərlərimiz, kəndlərimiz yenidən tikiləcək və oraya yenidən həyat qayıdacaq. Biz bütün bunları birlikdə edəcəyik.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  18-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

02 Dekabr 19:44
Kazanda 6-cı İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Forumu keçirilib
02 Dekabr 19:41
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
02 Dekabr 19:37
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət ünvanlayıb
02 Dekabr 19:29
Deputat: 30 ilə yaxın müddətdə “qalib” ədası ilə lovğalanan Ermənistanın çöküşü qaçılmazdır
02 Dekabr 19:20
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO
02 Dekabr 18:36
QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
02 Dekabr 18:31
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
02 Dekabr 18:30
Tarixi Zəfər qazanmaqla Azərbaycan özünü qalib xalq,məğlubedilməz dövlət kimi təsdiq etdi
02 Dekabr 17:42
Həkim-infeksionist: Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var
02 Dekabr 17:28
Livanlı muzdlu-terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilib
02 Dekabr 17:06
Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib
02 Dekabr 16:54
Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
02 Dekabr 16:52
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır
02 Dekabr 16:46
Deputat: Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq
02 Dekabr 16:41
Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar
02 Dekabr 16:38
Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
02 Dekabr 16:05
Səfir: Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək İranın prinsipial mövqeyidir
02 Dekabr 15:44
Deputat: Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir
02 Dekabr 15:40
Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
02 Dekabr 15:39
Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
02 Dekabr 15:37
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
02 Dekabr 15:33
Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır
02 Dekabr 15:31
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
02 Dekabr 15:29
Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır
02 Dekabr 15:13
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
02 Dekabr 15:00
Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
02 Dekabr 14:59
Ağalar Vəliyev: “Laçının işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”
02 Dekabr 14:56
Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq
02 Dekabr 14:50
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb VİDEO
02 Dekabr 14:48
Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
02 Dekabr 14:33
Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
02 Dekabr 14:22
Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 14:20
Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb
02 Dekabr 14:19
Soltan Məmmədov: Azərbaycan Prezidentinin qətiyyəti, xalqın inamına söykənən iradəsi qazanılmış qələbənin əsasını təşkil edir
02 Dekabr 14:07
Kəlbəcər rayonu Söyüdlü qızıl yatağı - VİDEO
02 Dekabr 14:01
“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb
02 Dekabr 13:47
UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb
02 Dekabr 13:37
Paytaxtın Nəsimi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
02 Dekabr 13:34
Azərbaycanda Zəfər Günü təsis edilib - SƏRƏNCAM
02 Dekabr 13:32
Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı
02 Dekabr 13:17
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
02 Dekabr 13:13
Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi
02 Dekabr 13:11
Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq
02 Dekabr 13:09
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
02 Dekabr 13:06
Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb
02 Dekabr 12:21
“Azərkosmos” cari ildə 30 ölkəyə 37,8 milyon dollarlıq xidmət ixrac edib
02 Dekabr 12:19
Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır – Təhlil
02 Dekabr 12:16
Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
02 Dekabr 12:10
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
02 Dekabr 12:08
Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
02 Dekabr 10:09
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə danışılıb
02 Dekabr 10:07
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
02 Dekabr 09:53
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
02 Dekabr 09:32
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
02 Dekabr 09:31
Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02 Dekabr 09:30
Budurmu “Fransa demokratiyası”?!
02 Dekabr 09:25
Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02 Dekabr 09:24
Fəqət Şadlinskaya: Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini yaşayır
02 Dekabr 09:21
Ənvər Haqverdiyev: 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı
02 Dekabr 09:20
Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı
02 Dekabr 09:18
Sabir Rüstəmxanlı: Qərəzli qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır
02 Dekabr 09:17
Elşən Musayev: Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir
02 Dekabr 09:16
Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil
02 Dekabr 09:14
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib

02 Dekabr 09:12
Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02 Dekabr 09:10
Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02 Dekabr 09:07
Tütünçülüyün inkişafı dövlətimizin daim diqqət mərkəzindədir
01 Dekabr 21:57
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir
01 Dekabr 21:43
Uşaqlarda koronavirus infeksiyası
01 Dekabr 21:26
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+4 +6