Ana səhifə »  Müsahibə »  Torpaqlarımızın işğaldan azad olunması aqrar sahənin inkişafını daha da sürətləndirəcək
A+   Yenilə  A-
Torpaqlarımızın işğaldan azad olunması aqrar sahənin inkişafını daha da sürətləndirəcək
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev www.yap.org.az saytına müsahibə verib:

-Tahir müəllim, Azərbaycanda aqrar sektorun potensialı və inkişaf perspektivləri haqqında nə deyə bilərsiniz?

-Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının tarixən ən mühüm sahələrindən biri olmuş, ölkənin ümumi inkişafında, əhalinin sosial - rifah halının yaxşılaşmasında, yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynamışdır. Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1970-80- ci illərdə ölkənin kənd təsərrüfatı daha sürətlə inkişaf etmiş, Azərbaycan keçmiş sovet ittifaqının ən çox kənd təsərrüfatı məhsulları istehsal edən regionlarından birinə çevrilmişdir. Ümummilli Liderin yüksək təşkilatçılığı sahəsində həyata keçirilən tədbirlər bu sahədə uzun illər hökm sürən durğunluğu, geriliyi aradan qaldırıb, bir inqilabi sıçrayışı təmin etməklə bərabər, həm də kənd təsərrüfatı məhsullarının sənaye istehsalı imkanlarını artırmış, yeni emal müəssisələrinin, fabrik və zavodların fəaliyyətinə təkan vermişdir.

Pambıq, taxıl, üzüm, barama, çay yarpağı, heyvandarlıq məhsulları tədarükü və istehsalı sahəsində əldə olunan rekord göstəricilər görülən əsaslı işlərin - ilk növbədə bacarıqlı, savadlı kadrların yetişdirilməsinin, təsərrüfatlara yeni texnologiyanın tətbiqinin, çox ciddi meliorativ tədbirlərin həyata keçirilməsinin, qabaqcıl təcrübənin öyrənilib yayılmasının, tapşırılan işə məhsuliyyətin artırılmasının və nəzarətin gücləndirilməsinin nəticəsi idi. Keçmiş ittifaq səviyyəsində bir çox qərar və proqramların qəbul etdirilməsi, layihələrin hazırlanıb həyata keçirilməsi həm respublika iqtisadiyyatının sürətli inkişafını təmin edir, insanların maddi vəziyyətini yaxşılaşdırır, həm də Azərbaycanı tanıdır, şöhrətləndirirdi. Respublikada sağlam mənəvi mühit yaradılır, milli ruh yüksəlir, bəşəri dəyərlər təbliq edilir, vətəndaşların vətən, xalq təəssübkeşliyi yeni uğurlara zəmin yaradırdı. Heydər Əliyevin qurduğu, yaratdığı inkişaf etdirdiyi Azərbaycanın nailiyyətləri ən mötəbər tribunalardan səsləndirilirdi. Kənd təsərrüfatı sahəsində əldə olunan nəticələr, istifadəyə verilən pambıq, üzüm emalı zavodları, toxuculuq fabrikləri, müasir heyvandarlıq kompleksləri, su anbarları, kollektor - drenaj şəbəkələri, insanlara göstərilən qayğı - diqqət, yaradılan işgüzar şərait rəhbərin gərgin zəhməti, uzaqgörənliyi, sabaha inamı, torpağa, xalqa məhəbbəti sayəsində meydana gəlmişdi və yeni uğurlara yol açırdı.

Çox təəssüflər olsun ki, illərlə ağır zəhmət, küllü miqdarda maliyyə vəsaiti hesabına yaradılan, inkişaf etdirilən kənd təsərrüfatı 1990 - cı illərin əvvəllərində az bir müddətdə daxildə olan bədxahlar tərəfindən AXC hakimiyyəti dövründə acınacaqlı vəziyyətə salındı. Kolxozların maddi - texniki bazası, emal zavodları, cins heyvandarlıq kompleksləri, maşın- traktor parkları, təcrübə- sınaq məntəqələri dağıdıldı, oğurlandı, ucuz qiymətə satıldı. Çox sayda mal- qara tələf edildi, texniki avadanlıqlar, maşın- traktorlar sıradan çıxarıldı. Kənd təsərrüfatı sahələrinə ikinci ağır, dağıdıcı zərbə erməni təcavüzkarları tərıfindən vurulmuşdur. Belə ki, bərəkətli torpaqlarımızın 20 faizi azqın düşmən tərəfindən işqal olunmuş və həmin ərazilərdə mövcud olan yüzlərlə kənd təsərrüfatı xarakterli obyektlər dağıdılmış, məhv edilmişdir. Yüz minlərlə mal- qara, işlək maşın - mexanizmlər, çoxsaylı emal müəssisələri, zavodlar düşmən əlinə keçmişdir. 7 relikt göl və su anbarı ciddi antropogen təsirlərə məruz qalmış, su tutumu 500 milyon kubmetr Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir və bu göllərdən, su anbarlarından uzun müddət istifadə edilə bilməməsi ölkənin kənd təsərrüfatını xeyli geri salmışdır.

-Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti ölkəmizin aqrar sektoruna da çox ciddi təsir edib...

Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Ərazilərdə qəstən törədilmiş yanğınlar nəticəsində torpağın üst, münbit qatı və canlı aləm məhv edilmişdir. Torpaqların uzun müddət əkilməməsi , becərilməsi onun korlanmasına səbəb olmuşdur ki, bu da gələcəkdə həmin torpaqlardan yüksək məhsul əldə etməyə zəmanət vermir. İşqal nəticəsində hidrotexniki qurğuların, kollektor- drenaj şəbəkələrinin, kanalların, su hövzələrinin dağıdılması küllü miqdarda vəsaitlə ölçülür və əgər torpaqlarımız işqal altında olmasaydı bu gün aqrar sahə daha sürətlə inkişaf etdirilər və iqtisadiyyatımızın ən qabaqcıl sahəsinə çevrilə bilərdi. Əlbəttə ki, işğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231,056 əkin, 352 min hektara yaxın örüş - otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi əkilib- becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi. Təəssüflər olsun ki, erməni təcavüzkarlarının işğalı nəticəsində əhalimiz öz torpaqlarını əkib becərməkdən məhrum olmuş və bu dövrlərdə yüz min tonlarla kənd təsərrüfatı məhsulu itirilmişdir.

Yüz minlərlə insan öz məşğuliyyətindən, əkib – becərməkdən, məhsul istehsal etməkdən, torpaqları saflaşdırmaqdan, maddi vəziyyətini yaxşılaşdırmaqdan iş yerindən uzaq düşmüşdür. Torpaqların deqradasiyaya uğraması və milli genetik resursların, məhsul və ərzaq anbarlarının məhv edilməsi, kənd təsərrüfatı texnikası və avadanlıqları parklarının sıradan çıxarılması, toxum istehsalı və təchizat sisteminin aradan qalxması, kənd təsərrüfatı mütəxəssislərinin itirilməsi və ya aqrar fəaliyyətdən məcburən uzaqlaşdırılması və digər hallar sözsüz ki, respublikanın kənd təsərrüfatına ciddi mənfi təsir göstərmişdir. Mütəxəssislərin hesablamalarına görə, işğal kənd təsərrüfatına 20 milyard manata yaxın ziyan vurmuş, aqrar sahənin inkişafını xeyli dərəcədə ləngitmişdir. Ancaq bütün bunlara baxmayaraq,  2003-cü ildən 2020-ci ilə kimi Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. 2019-cu ildə əvvəlki ilə müqayisədə 7,2 faiz artım əldə edilmişdir ki, bu da aqrar sahədə ildən - ilə inkişafın göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirdiyi çox mühüm tədbirlər, qəbul olunmuş qanunlar, tərtib edilmiş proqramlar, layihələr, yol xəritələri, imzalanmış fərman və sərəncamlar ölkədə kənd təsərrüfatının inkişafına öz töhfələrini vermişdir. Barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır.

-Ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı üçün görülən işləri necə dəyərləndirirsiniz?

-Dövlət başçısı tırıfindən “Aqrar sahədə idarə etmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” keçən il imzalanmış fərmanlar kənd təsərrüfatının inkişafına qayğı və diqqəti əks etdirməklə yeni uğurların qazanılmasına imkan yaradır. Dayanıqlı inkişaf prinsiplərinə arxalanaraq rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və emal sektorunu formalaşdırmaq, islahatları sürətləndirmək, qabaqcıl təcrübəni öyrənib tətbiq etmək, idarəetməni təkmilləşdirmək, vəzifələrin aktuallığını qiymətləndirmək məhsuliyyəti yüksəltmək, sahibkarlığın inkişafına dəstək vermək, qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək qarşıda duran başlıca vəzifədir.

Ölkədə kənd təsərrüfatının inkişafı bilavasitə suvsrms və meliorasiya sisteminin təkmilləşdirilməsini tələb edir və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması yüksək məhsul istehsal edilməsi üçün əhəmiyyətlidir. Prezident cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirənin keçirilməsi bu baxımdan xarakterikdir. Ölkə rəhbəri müşavirədəki çıxışında demişdir: “Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər və mövcud çatışmamazlıqlar bundan sonra aradan qaldırılsın, vahid idarəetmə mexanizmi yaradılsın, ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planı icra edilsin. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100% olmalıdır”. Əlbətdəki dövlət başçısının rəhbərliyi, diqqət və qayğısı sayəsində ölkənin meliorasiya və su təsərrüfatı da xeyli inkişaf etdirilmiş, son illər bu sahədə əsaslı tədbirlər görülmüşdür. Belə ki, bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, maddi - texniki baza xeyli yaxşılaşmış, ümumi su tutumu 465 min m.kub olan 4 su anbarı tikilmiş, 3 su anbarı bərpa edilmiş, 4500 km. suvarma kanalı 1500 km. boru xətti 3000 km. kollektor - drenaj şəbəkəsi tikilmiş, təmir və bərpa edilmiş 2619 ədəd subartezian quyusu qazılmış, 462 min ha. sahədə torpaqların su təminatı və 286 min ha. sahənin melioratik vəziyyəti yaxşılaşdırılmışdır. 194 min ha. yeni suvarılan torpaq əkin dövriyyəsinə cəlb edilmiş, 206 km sel və daşqınlara qarşı mübarizə tədbiri həyata keçirilmişdir. Bu ilin ötən dövrü ərzində 25 km suvarma kanalının tikilməsi, 31 km suvarma boru kəmərinin çəkilməsi, 6,9 km növ kanalının, 14 km boru xəttinin təmir edilməsi, nəzərdə tutulan 443 ədəd subartezian quyusundan 215 ədədinin qazılıb verilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.

-Tahir müəllim, məlumdur ki, Azərbaycan Ordusu tərəfindən torpaqlarımız erməni işğalından azad edilməkdədir. Ərazilərimizin işğaldan edilməsi aqrar sahənin inkişafı baxımından nələr vəd edir?  

-2020 - ci il xalqımız üçün çətin, məsuliyyətli, həm də şərəfli, uğurlu bir ildir. Azərbaycan xalqı bu il iki mənfur düşmənə- koronavirusa və bu virusdan da amansız olan erməni təcavüzkarlarına qarşı mübarizə aparır. Pandemiya bütün dünyada olduğu kimi ölkəmizdə də müəyyən problem yaratmış, əvvəlcədən bir çox qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq virus insanlardan yan keçməmiş, kənd təsərrüfatında çalışanların işinə ciddi manelər törətmişdir. Ancaq buna baxmayaraq sahibkarlar, torpaq sahibləri xəstəliklə mübarizə tədbirlərinə əməl etməklə bərabər öz işlərini də davam etdirmişlər. Taxıl yığımında və tədarükündə elə ciddi bir gerilik olmamışdır. Məhsul vaxtında toplanmışdır. Demək olar ki, nəzərdə tutulan nəticə əldə edilmişdir. Heyvandarlıq məhsulları istehsalı da qənaətləndiricidir. Pambıqçılar pandemiyanın və müharibənin törətdiyi çətinliklərə baxmayaraq bol məhsul yetişdirmişlər və bu gün pambıq yığımı müvəffəqiyyətlə davam edir.

Kənd təsərrüfatının digər sahələrində də elə bir ciddi çətinliklər, gerilik müşahidə olunmur. İnsanlar əkib becərdikləri məhsulu raket yağışı, top, güllə atəşi altında yığıb tədarük etməkdən çəkinmirlər. Onlar dövlətimizin başçısına, Ali Baş Komandanımıza böyük ümid və inam bəsləyir, torpaqlarımızın azqın düşməndən tez bir zamanda tam azad olunacağı günü səbirsizliklə gözləyirlər. Dağılan təsərrüfatlar, viran edilən evlər, dağıntılar, çətinliklər, şanlı ordumuzun zəfər yürüşü müqabilində onların gözündə heçdir. Xalqımız torpaqlarımızın azadlığı uğrunda hər bir çətinliyə dözməyə qatlaşmağa hazırdır. Bu ölkə rəhbərinə ünvanlanan müraciətlərdə, səsləndirilən fikirlərdə, söhbətlərdə özünü aydın göstərir. Xalq Ali Baş Komandanla, şanlı ordumuzla birdir və bu birliyin, həmrəyliyin, müstəqilliyin, qələbənin yolunda hər bir kəs nəinki evindən - eşiyindən canından keçməyə belə hazır olduğunu nümayiş etdirir. Əlbəttə ki, vətənə, torpağa sədaqət, məhəbbət ifadəsi olan bu birlik, səfərbərlik qələbəmizi daha da yaxınlaşdırır və düşmənə ağır, sarsıdıcı zərbələr endirən müzəffər ordumuzun, igid əsgər və zabitlərimizin sücaəti sayəsində işqal altında olan bütün ərazilərimizin sözsüz ki, erməni təcavüzkarlarından azad ediləcəyini reallaşdırır. Qələbə Azərbaycan iqtisadiyyatının, onun önəmli olan sahəsi kənd təsərrüfatının inkişafına da böyük təkan verəcək və işqaldan azad olunan torpaqlarımız insanların əliylə bol- bəhrəli taxıl, pambıq, üzüm sahələrinə çevriləcək, xarabazarlığa çevrilən şəhər və kəndlərimiz, ata- baba yurdları abadlaşacaq, üzə güləcəkdir. Hünər, zəhmət, ədalət, halallıq Azərbaycanı daha yüksək zirvələrə ucaldacaq, dövlətimiz öz rəhbərinin - cənab İlham Əliyevin siyasəti, əməli, torpağa, xalqa məhəbbəti, sədaqəti ilə daha da yüksələcək, şöhrətlənəcək və tarixə yeni-yeni qələbə səhifələri yazacaqdır. Azərbaycan daha da inkişaf edəcək, xalqımız xoşbəxt və firavan yaşayacaqdır.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  07-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq

22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb
22 Yanvar 13:49
Keçən il əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
22 Yanvar 13:47
Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
22 Yanvar 13:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
22 Yanvar 13:35
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
22 Yanvar 13:07
“Bu sənəd energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir”
22 Yanvar 13:02
Teledərslər tədris ilinin sonunadək davam edəcək
22 Yanvar 13:00
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
22 Yanvar 12:52
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
22 Yanvar 12:45
Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
22 Yanvar 12:39
İbtidai siniflər növbəli şəkildə dərsə başlayır
22 Yanvar 12:36
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
22 Yanvar 12:18
Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
22 Yanvar 12:16
Naqif Həmzəyev: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir
22 Yanvar 12:11
Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq
22 Yanvar 11:54
Nazir: Ötən il “ƏDVGeriAl” çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb
22 Yanvar 11:38
Şuşada yeni yarımstansiya tikilir
22 Yanvar 11:35
Balakəndə iki gündə 174 tibb işçisi peyvənd olunub
22 Yanvar 11:33
Azərbaycan əhalisinin sayı 10 milyon 123 min 400 nəfərə çatıb
22 Yanvar 11:31
Dövlət Xidməti: Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir
22 Yanvar 10:50
Fevralda müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə başlanılacaq
22 Yanvar 10:48
DİN: Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb
22 Yanvar 10:28
Yevlaxda əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb
22 Yanvar 10:22
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir
22 Yanvar 09:37
“Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram”
22 Yanvar 09:33
Əli Kərimlinin antimilli şurası
22 Yanvar 09:31
“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” təcrübəsini yüksək dəyərləndirib
22 Yanvar 09:30
Anar Məmmədov: Kommunikasiyaların bərpası region dövlətlərinin maraqlarına cavab verir
22 Yanvar 09:29
YAP Ağdaş rayon təşkilatı şəhidlərin, itkin düşən hərbçilərin ailələri ilə və qazilərlə görüşləri davam etdirir
22 Yanvar 09:27
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib
22 Yanvar 09:25
Fəzail Ağamalı: Kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur
22 Yanvar 09:23
Fazil Mustafa: 10 noyabr Bəyanatının ruhuna zidd hər hansı bir davranış Ermənistan üçün fəlakətlə nəticələnə bilər
22 Yanvar 09:21
Əsli Kazımova: Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir
22 Yanvar 09:20
Qulamhüseyn Əlibəyli: Dövlət başçısının Şuşaya səfəri cəmiyyətdə böyük inam və qürur hissi ilə qarşılanıb

22 Yanvar 09:19
“Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...

22 Yanvar 09:17
Ermənistanda siyasi böhran dərinləşir
22 Yanvar 09:11
Koronavirusa yoluxanlar sonrakı mərhələlərdə vaksinasiyaya cəlb olunacaqlar
22 Yanvar 09:08
Gənclərin azərbaycançılıq ideologiyası əsasında və vətənpərvərlik ruhunda yetişdirilməsində milli filmlərin də böyük rolu var
21 Yanvar 23:24
Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib
21 Yanvar 23:15
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanın Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
21 Yanvar 20:16
Bakı Şəhər Prokurorluğunda ötən il görülmüş işlərin vəziyyətinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
21 Yanvar 20:02
Bu dəfə Azərbaycan xalqı 20 Yanvar hadisələrinin ildönümünü tamam başqa əhval-ruhiyyədə qeyd etdi
21 Yanvar 19:59
Siyasi ekspert: Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır
21 Yanvar 18:46
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb
21 Yanvar 18:26
Azərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb
21 Yanvar 18:24
Şəmkirdə COVID-19 pandemiyasına qarşı vaksinasiyaya start verilib
21 Yanvar 18:01
Prezident İlham Əliyev: Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar
21 Yanvar 18:00
Hikmət Babaoğlu: Anlaşma Memorandumu regionda yeni tərəfdaşlığın inkişaf perspektivləri baxımından əhəmiyyətlidir
21 Yanvar 17:45
Prezident İlham Əliyev: Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir
21 Yanvar 17:43
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan və Azərbaycan Xəzərin sülh, mehriban qonşuluq zonasına çevrilməsinə böyük töhfə verirlər

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə0 -2