Ana səhifə »  Müsahibə »  General-polkovnik Məhərrəm Əliyev: Ordumuzda görülən müsbət işlər nəticəsində əldə olunan keyfiyyət dəyişiklikləri göz qabağındadır və qürur hissi doğurur
A+   Yenilə  A-
General-polkovnik Məhərrəm Əliyev: Ordumuzda görülən müsbət işlər nəticəsində əldə olunan keyfiyyət dəyişiklikləri göz qabağındadır və qürur hissi doğurur

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin Trend-ə müsahibəsi:
- Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, bu günlərdə Müdafiə Nazirliyinin rəhbər heyəti ilə birlikdə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə olmusunuz. Səfəriniz barədə mətbuatda ətraflı məlumat verilib. Bununla bağlı Sizin təəssüratlarınızı öyrənmək oxucular üçün maraqlı olardı. Təbii olaraq ictimaiyyəti, o cümlədən əsgər ailələrini ilk olaraq Ordumuzda mövcud olan sosial-məişət şəraiti maraqlandırır. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Əvvəla onu qeyd edim ki, ordumuzda görülən uğurlu işlər nəticəsində əldə olunan müsbət dəyişikliklər Müdafiə Nazirliyinin bütün strukturlarında öz əksini tapıb. Əldə olunan nəticə göz qabağındadır və bu hər bir ölkə vətəndaşında qürur hissi doğurur.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bütün bu müsbət dəyişikliklər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prioritet elan etdiyi Ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur.
Ordumuzda mövcud sosial-məişət şəraitindən danışarkən, əgər paytaxt yaxınlığında və yaxud böyük şəhərlərdə dislokasiya olunan hərbi hissələrdən misal çəksəm, istər-istəməz hər kəsdə belə fikir yaranar ki, şəhər mühitində şəraiti yaratmaq mümkündür və bu asan məsələdir.
Lakin istənilən hava şəraitindən asılı olmayaraq Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçularımız üçün qoşunların təmas xəttində, düşmənlə üzbəüz mövqelərdə və 2016-cı ilin Aprel döyüşləri zamanı azad edilən Lələtəpə yüksəkliyində yaradılan şəraitin şahidi olmaq qəlbləri fərəh və qürur hissi ilə doldurur.
Dövlətimizin qayğısı nəticəsində hər yerdə olduğu kimi, döyüş bölgəsində yerləşən hərbi hissələrdə də sözün həqiqi mənasında maddi-texniki təminat məsələləri yüksək səviyyədə həll olunub. Hərbi qulluqçuların xidmət və yaşayışı üçün gözəl şərait yaradılıb. Biz bir daha bunun şahidi olduq və gördüklərimizdən məmnun qaldıq.
- Qoşunların təmas xəttində mövcud əməliyyat şəraiti və şəxsi heyətin xidməti barədə fikirlərinizi öyrənmək də yerinə düşərdi.
- Cəbhəboyu zonada əməliyyat şəraiti ordumuzun tam nəzarətindədir. Şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji durumu, bölmələrimizin döyüş hazırlığı yüksəkdir. Düşmənin bütün fəaliyyəti müşahidə altındadır və onun ehtimal olunan bütün təxribatlarının qarşısını almağa Ordumuz tam hazırdır.
Hərbi qulluqçular üzərlərinə düşən vəzifənin əhəmiyyətini, vacibliyini düzgün qiymətləndirməyi bacarırlar. Şəxsi heyət torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi müqəddəs vəzifəni uğurla yerinə yetirmək üçün daima döyüş hazırlıqlarını artırmaqda davam edir.
- Hərbi qulluqçularla görüşünüz, söhbətləriniz zamanı hansı mövzular Sizin diqqətinizi cəlb etdi?
- İlk olaraq onu qeyd edim ki, söhbətimizin leytmotivi əsasən hərbi vətənpərvərlikdən, yüksək döyüş ruhundan, şəxsi heyətin Ali Baş Komandana, Hərbi Anda, Vətənə sədaqətindən, dövlətimizin hərbi qulluqçuların xidməti-döyüş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətindən və şəxsi heyətin minnətdarlığından ibarət oldu.
Bilirsiniz, səngərdə gecə-gündüz Vətənə sinəsini sipər edən hərbi qulluqçular öz üzərində dövlətimizin diqqət və qayğısını hiss etdikcə, yaşam şəraitindən, ailəsindən, evindən, gələcəyindən nigaran qalmadıqca, onların öz peşəsinə, vəzifəsinə və qarşısında qoyulan tapşırıqların icrasına həvəsi, məsuliyyəti birə-on qat artır. Bu gün Ordumuzun şəxsi heyəti bu qayğını, arxayınlığı hiss edir və vicdanla, var gücü ilə Vətənə xidmətini davam etdirir.
Hamıya məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə, döyüşlər zamanı yaralanmış hərbçilərimizə, hazırda xidmətdə olan hərbi qulluqçulara diqqət göstərir, hərtərəfli dəstək verir və onların qayğılarına həssaslıqla yanaşırlar. Bütün bunlar da təbii olaraq şəxsi heyətin məsuliyyətini, ruh yüksəkliyini artırır, ordumuzun döyüş əzmini daha da gücləndirir.
- Hamımız şahidi oluruq ki, dövlətimizin iqtisadi gücü yüksəldikcə, ölkəmizin hərbi qüdrətinin, Ordumuzun döyüş hazırlığının artırılması istiqamətində də tarixi addımlar atılır, ən müasir silah, sursat və hərbi texnika alınaraq hərbi hissələrimizin istifadəsinə verilir. Bununla bağlı hərbi hissələrimizdə gördükləriniz barədə danışmağınızı xahiş edərdik.
- Tam düzgün vurğuladınız ki, dövlətimizin iqtisadi gücü yüksəldikcə Ordumuz üçün ən müasir silah, sursat və hərbi texnika alınır. Bu da təbii olaraq qoşunların döyüş qabiliyyətini qat-qat artırır və döyüş hazırlığının yüksəlməsinə öz müsbət təsirini göstərir. Cəbhə bölgəsində olarkən bütün bunların da canlı şahidi olduq.
Həqiqətən də, hərbi hissələrimizdə ən müasir döyüş texnikası mövcuddur və şəxsi heyətin bunlardan bacarıqla istifadə edərək düşmən üzərində tam qələbəni təmin edəcəyinə əmin ola bilərsiniz.
- Belə bir deyim var ki, “kadrlar hər şeyi həll edir”. Eyni zamanda ideoloji iş, yüksək döyüş ruhu və hərbi kollektivlərin mənəvi-psixoloji durumu da qələbənin əldə edilmsində əsas amillərdən biridir. Zabitlərimizin, kiçik komandir heyətinin, əsgərlərimizin peşəkarlığı, döyüş ruhu və mənəvi-psixoloji durumu Sizdə hansı təəssüratlar yaratdı?
- Bildiyiniz kimi, döyüş bölgəsində səfərdə olarkən bir sıra hərbi hissələrə və ön xətt mövqelərinə baş çəkdik. Zabitlərin xidmət, döyüş hazırlığı və əməliyyat şəraiti barədə məruzələrini dinlədik. Ən əsası, bütün kateqoriyalardan olan hərbçilərin inamlı davranışı, yüksək döyüş ruhu, qələbə əzmi, mənəvi-psixoloji hazırlığı və peşəkarlığı diqqətimizi cəlb etdi.
Tarix göstərir ki, həqiqətən düşməni məğlub edərək qələbənin qazanılmasında əmri icra edən döyüşçülərin ideoloji hazırlığının, psixoloji durumunun vəziyyəti peşəkarlıqla eyni dərəcədə əhəmiyyət kəsb edir. Zabitlərlə söhbət edərkən bu qənaətə gəldik ki, Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların hazırlıq sistemində bəhs etdiyimiz məsələləri daim diqqətdə saxlayır.
Bu gün Azərbaycan Ordusunda aparılan ideoloji iş, mənəvi-psixoloji hazırlıq, şəxsi heyətdə yüksək əhval ruhiyyə və ruh yüksəkliyini təmin etməyə yönəldilən hərbi vətənpərvərlik tədbirlərinin bir məqsədi var. Bu da Vətənimizi düşməndən qorumaq, işğal edilmiş torpaqları azad edərək ərazi bütövlüyümüzü təmin etməkdir.
Hərbçilərimizin peşəkarlığından danışarkən deyə bilərəm ki, zabitlərimiz, kiçik komandir heyəti, əsgərlərimiz daima öz üzərində çalışır, qazanılan uğurlardan arxayınlaşmır, əksinə müntəzəm olaraq peşəkarlıqlarını artırmaqla məşğul olurlar.
Bildiyiniz kimi, 2014-cü ildən başlayaraq Ali Baş Komandanımız cənab İlham Əliyevin göstərişinə əsasən döyüş təminatını müəyyən edən vəzifələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının intensiv qəbuluna başlanıldı. Bu addım peşəkar ordu quruculuğunun göstəricilərindən biridir. Ön xətt mövqelərində müxtəlif vəzifələrdə 5, hətta 10 ildən çox müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçularla ünsiyyətdə olduqca, onların peşəkarlığı, bacarığı və döyüş hazırlığının yüksəldilməsinə verdikləri töhfəni gördükcə ölkə Prezidentinin bu addımının nə qədər uzaqgörən və vaxtında qəbul edilmiş qərar olduğunun şahidi olduq.
Mətbuatdan da izlədiyiniz kimi Müdafiə nazirinin əmri ilə şəxsi heyət döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması üzrə tapşırıqları icra etdi. Döyüş hazırlığının yüksək olması, zabitlərin və kiçik komandirlərin peşəkarlığı, düzgün qərarlar qəbul edərək əmrlərin dəqiq icrasına nail olmaq bacarığı kimi müsbət keyfiyyətlər də bu tapşırığın uğurla icra edilməsinə zəmin yaradan amil kimi diqqətimizi cəlb etdi.
Həyəcan siqnalı ilə qaldırılma prosesini izlədikdən sonra tam səmimiyyətlə demək olar ki, Ordumuz müxtəlif qoşun növlərinin qarşılıqlı əlaqədə, uzlaşdırılmış hərəkət edən, yüksək döyüş hazırlığına malik vahid hərbi kollektivdir.
Sonda səfər zamanı gördüklərimizi bir cümlə ilə ifadə etmək gərəkdirsə, deyə bilərəm ki, xalqımızın güvənc yeri olan Ordumuz Ali Baş Komandanın istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır.
- Ənənəvi olaraq, sonda, hərbçilərimizə arzularınız nədən ibarətdir.
- Fürsətdən istifadə edərək şəhid ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, hörmətli veteranlarımızı, Müdafiə Nazirliyinin rəhbərliyi başda olmaqla bütün şəxsi heyəti, mülki əməkdaşları, onların ailə üzvlərini və ən nəhayət bu an səngərlərdə ayıq-sayıq dayanan əsgər balalarımızı xalqımızın qədim tarixə malik Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinlərində yeni uğurlar arzulayıram.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  20-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30 Mart 11:30
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30 Mart 11:26
Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana
30 Mart 11:20
Hikmət Babaoğlu: Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər
29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA