Ana səhifə »  Müsahibə »  Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin çox mühüm istiqamətlərindəndir
A+   Yenilə  A-
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin çox mühüm istiqamətlərindəndir

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- Mehman müəllim, Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə malikdir. Xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərin, ənənələrin qorunması və təbliğinin əhəmiyyəti, eləcə də bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?
- Milli-mənəvi dəyərlər xalqların kimliyinin formalaşmasında müstəsna rola malikdir. Ümumiyyətlə, milli-mənəvi dəyərlər dedikdə, əsas etibarilə, milli ideologiya, mədəni yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk və s. nəzərdə tutulur. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən silinmək təhlükəsi ilə üzləşiblər.
Milli-mənəvi dəyərlərimiz bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir. Bir xalqın və ya ölkənin digər millətlər arasındakı yeri həm də onun milli-mənəvi dəyərlərini nə dərəcədə yaşatması ilə ölçülür. Xalqımız zəngin dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması və təbliği, əlbəttə ki, çox mühüm məsələdir. Hər şeydən əvvəl, bu, bizim milli kimliyimiz, varlığımız və mədəniyyətimizlə bağlıdır. Dəyərlərimizi qorumaq kimliyimizi qorumaq, onları təbliğ etmək isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik.
Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayan, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan ölkədir. Bunu təmin edən ən mühüm amillərdən biri xalqımızın zəngin mənəvi dəyərlərə malik olması, bu dəyərlərin qorunması, yaşadılması, müasir dəyərlərlə zənginləşdirilməsidir.
Ümumiyyətlə, Azərbaycanın tolerantlıq nümunəsi beynəlxalq müstəvidə - dünya miqyasında da yüksək qiymətləndirilir. Ənənə şəklində nəsillərdən nəsillərə ötürülən bu mühit müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir, təqdirəlayiq hal olaraq dəyərləndirilir. Müxtəlif mədəniyyətlərin qovşağında yerləşən müstəqil ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində multikulturalizm və tolerantlığın mərkəzinə çevrilib, respublikamızda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Öz ənənə və dəyərlərini qoruyaraq müasir dünyaya inteqrasiya edən ölkəmiz üçün bu siyasət mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsində biz həm öz tarixi mirasımıza sahib çıxır, həm də dünyada sülhün təbliği, mədəniyyətlər və dinlərarası dostluq münasibətlərinin inkişafında aktiv rol oynayırıq.
- Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin yaşadılaraq gələcək nəsillərə ötürülməsinin tarixi önəmi barədə nə düşünürsünüz?
- Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev qeyd edib ki, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir: “Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xüsusi diqqət yetirib. Xüsusilə də, milli-mənəvi dəyərlərin yaşadılması müstəqillik illərində dövlət quruculuğu prosesində mühüm əhəmiyyətə malik olub. Yəni dövlətin müstəqilliyinin qorunmasını təmin edən əsas sütunlardan biri məhz milli-mənəvi dəyərlər olub. Bu, eyni zamanda, sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində vacib rola malik olub. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olduqdan sonra mənəvi dəyərlərimizin qorunması dövlətin əsas strategiyasına çevrildi. Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası dəyərlərimizin qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin səmərəli nəticələri ilə əlaqədar nə demək olar?
- Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilməsi, maarifləndirmə işinin aparılması, müvafiq proqramların hazırlanması və həyata keçirilməsi, habelə bu sahədə sosial layihələrin reallaşdırılması, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapı, qısametrajlı filmlərin çəkilməsi və digər işlərin ardıcıl surətdə davam etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, tarixdən gələn ənənələrimiz müasir dövrün tələbləri və çağırışları nəzərə alınmaqla daha da zənginləşdirilir.
Bunlarla yanaşı, ölkəmizdə gənclərin milli ruhda tərbiyə almalarına da xüsusi diqqət yetirilir, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Bunun üçün ilk növbədə səmərəli və məqsədyönlü gənclər siyasəti həyata keçirilir. Elə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Könüllülüyün əsasında vətən sevgisi, xalqa xidmət prinsipləri dayanır. Könüllülərin çoxşaxəli fəaliyyəti həm də milli-mənəvi dəyərlərin təbliği kontekstində böyük önəm daşıyır.
- Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını və təbliğini daim diqqətdə saxlayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə genişmiqyaslı fəaliyyət göstərir, əhəmiyyətli layihələr həyata keçirir. Görülən işlərin əhəmiyyəti və qazanılan nailiyyətlər nədən ibarətdir?
- Tamamilə doğrudur, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqətdə saxlayır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə çox mühüm layihələr reallaşdırır, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir. Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünya ictimaiyyətinə dolğun surətdə çatdırılması da çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində tarixi irsimizi əks etdirən digər nümunələrlə yanaşı, Novruz bayramının da UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi isə bu kontekstdə əlamətdar hadisədir.
Bütövlükdə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  20-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30 Mart 11:30
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30 Mart 11:26
Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana
30 Mart 11:20
Hikmət Babaoğlu: Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər
29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA