Ana səhifə »  Müsahibə »  Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək
A+   Yenilə  A-
Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezideninin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin Trend-ə müsahibəsi:
- Məhərrəm müəllim, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və cənab Prezident İlham Əliyevlə müxtəlif istiqamətlərdə aparılan müzakirələr inkişafın növbəti strategiyasını müəyyənləşdirdi. Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi-strateji əməkdaşlıq və bu əməkdaşlığın perspektivi barədə nə deyə bilərsiniz?
- Bildiyimiz kimi, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi və bu səfər çərçivəsində Prezident İlham Əliyev cənabları ilə çox mühüm müzakirələr aparıldı, ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirəcək sənədlər imzalandı. Həmin sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş” sənədi idi ki, həmin sənədə əsasən Azərbaycan strateji tərəfdaşı olan qardaş Türkiyədən ən yeni və müasir standartlara cavab verən silahlar alacaq. Bu, eyni zamanda, ölkələrimiz arasında uzun illərdir ki, davam etdirilən hərbi əməkdaşlığın daha da şaxələndirilməsi və əsaslı olmasının bariz göstəricisidir.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə də vurğulanıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, o cümlədən, Azərbaycan və Türkiyə dövlətlərinin həyata keçirdikləri birgə qlobal layihələrin hər biri istər regionda, istərsə də dünyada mühüm əhəmiyyət daşıyır. Məhz bu əhəmiyyətlərdən biri də hərbi-strateji əməkdaşlıq reallığıdır. Sirr deyil ki, buna qədər də ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb və müxtəlif vaxtlarda hərbi xarakterli layihələr həyata keçirilib. O cümlədən, iki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Onu da bildirim ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir. Bu baxımdan, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında çoxsaylı mühüm müqavilələr imzalanıb və bu müqavilələr dediyimiz kimi, hərbi-strateji əməkdaşlıq mühitimizi daha da möhkəmləndirməkdədir.
O cümlədən, istər Azərbaycanda, istər Türkiyədə geniş miqyaslı hərbi təlimlər baş tutub, Artıq Naxçıvanda hərbi kontingentlər arasında keçirilən təlimlər də ənənə halını alıb. Bütün bunlar qeyd etdiyim fikirlərin məntiqi təzahürləridir ki, öz dinamikliyi, ardıcıllığı ilə seçilməkdədir.
Biz bir reallıqlardan çıxış edərək, belə qənaətə gəlirik ki, ümumiyyətlə, hər iki ölkənin müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Çünki, Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Hərbi kontingentlərimiz beynəlxalq terrorizmlə mübarizədə də çox mühüm addımlar atıblar, hətta birgə şəkildə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəliblər. Bu mənada, həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyənin hərbi-streteji sahədəki əməkdaşlığının davamlı inkişafı isə bu müttəfiqliyin ayrılmaz hissəsidir.
- Bəs hərbi-texniki əməkdaşlıq səviyyəsi nə dərəcədədir?
- Qeyd edim ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və s. ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur.
Xüsusilə, Prezident İlham Əliyev cənab Ərdoğanla görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Həmçinin, birgə hərbi təlimlər barədə də danışan dövlət başçımız həmin təlimlərin sayının artırılması ilə yanaşı, birgə istehsalın təşkili haqqında da danışıqların aparıldığını vurğulayıb. Artıq belə qənaətə gəlmək olar ki, qarşılıqlı intensiv görüşlər nəticə etibarı ilə bu istiqamətdə növbəti yeni zolaq açdı ki, bu da Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığında birgə silah istehsalı faktorunu önə çıxarır.
- Məhərrəm müəllim, Prezidentlərin görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında fikirlər səsləndirildi, ümumiyyətlə, siz bu münaqişədə Azərbaycanın hərbi gücünü necə dəyərləndirirsiniz?
- Bilirsiniz, Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif xarici səfərlərində daim bu məsələyə toxunur, xalqımızın, dövlətimizin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayacağını bəyan edir. Təəssüf ki, ikili standartlar və bu kimi yanaşmalar artıq uzun illərdir ki, əzəli torpaqlarımızın hələ də işğal altında qalmasına səbəb olmaqdadır. Əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqları azad etmək üçün məhz onun tərəfində olan beynəlxalq norma və hüququndan tam istifadə etmək qüdrətindədir. Bu, həm də o deməkdir ki, artıq Azərbaycanın güclü ordusu, ən müasir standartlara malik, eləcə də silahlarla təchiz olunmuş Silahlı Qüvvələri var. Azərbaycan Silahlı Qüvvələri öz gücünü 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Günnüt zəfərində düşmənə göstərdi və işğalçının layiqli cavabını ən sərt şəkildə verdi. Lakin hərbi sahə ilə yanaşı, diplomatik sahədə də işğalçı Ermənistan hakimiyyətinin cavabı verilib. Buna qədər də qeyd etmək istərdim ki, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan və Türkiyə daim bir-birinə davamlı dəstəklərini nümayiş etdirib. Əbəs deyil ki, prezidentlərin birgə bəyanatlarında ölkə başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə edildiyini xatırlatmaqla yanaşı, Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyini də vurğulayıb, Türkiyənin Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olduğunu bildirib. Həmçinin, Prezident İlham Əliyev cənabları qeyd edib ki, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Dövlət başçımızın “Qarabağ Azərbaycanındır və nida” tarixi bəyanatı, eləcə də, Münhendə Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi və onu bütün mənalarda sarsıtdığı arqumentli cavabları Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik cəhətdən işğalçılar üzərindəki üstünlüyünü ən bariz şəkildə isbatlayıb. Bu baxımdan, cənab Ali Baş Komandanımız münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalı olduğunu inamla bəyan edib. Bax, bu inam amili də belə deməyə zəmin yaradır ki, Azərbaycan dövləti bilavasitə öz hərbi gücünə, hərbi potensialına güvənir. Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğu faktını da unutmamalıyıq.
Azərbaycan yalnız qardaş Türkiyə ilə deyil, hərbi-texniki bazasını, potensialını artırmaq üçün digər bir sıra ölkələrlə də əməkdaşlığını davam etdirir, Rusiya, İsrail, Pakistan, Belarusiya və s. ölkələrlə hərbi xarakterli mübadilələr, silah təchizatları üzrə anlaşmalar aparır. Elə də uzağa getməyərək, cənab Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycan və İtaliya dövlətlərinin hərbi sahədəki əməkdaşlıqlarını genişləndirmək üçün növbəti addımlarını qeyd edə bilərik. Məsələn, həmin səfər çərçivəsində iki ölkə arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalandı. Bütün bu faktlar ölkəmizin hərbi potensialının nə qədər yüksək səviyyədə dayandığını göstərməkdədir.
Mən, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı hesabatına da istinad edərək xatırlatmaq istərdim ki, ötən ilin siyahısına görə, Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub, Ermənistan isə 96-cı yerdədir.
Lakin qardaş Türkiyənin hərbi potensialının ən yüksək mərtəbələrdə yer alması faktı əlbəttə ki, bizi çox sevindirir. Belə ki, Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə hərbi potensialına görə, NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Bax bu reallıq bizləri daha böyük birgə uğurlara imza atmağa doğru yönləndirməkdədir.
Hesab edirəm ki, bu qardaşlıq, bu hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək və ölkələrimizin nəinki region, həmçinin dünya səviyyəsindəki gücünü daha da artıracaq. Bu potensial var və bundan sonra da olacaq.
- Müsahibə üçün çox sağ olun.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  27-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8