Ana səhifə »  Müsahibə »  Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
A+   Yenilə  A-
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı proseslər hələ də davam etməkdədir. Bu prosesləri necə qiymətləndirirsiniz?
- Bu seçkilər digərlərindən kifayət qədər fərqli idi. Birinci dəfə idi ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilirdi. Seçki prosesi dedikdə, burada həm iştirakçıların sayı, həm ictimai-siyasi mühit, həm də qanunvericilik üzrə hər bir vətəndaşın öz namizədliyini irəli sürməsi üçün yaradılan demokratik şərait bütövlükdə ehtiva olunur. Şərtlər yüngül formada idi. Belə ki, əvvəllər namizədlərdən qeydiyyata düşmək üçün 2000 imza tələb olunurdusa, bu dəfə bu say 450-yə endirilmiş, partiyaların namizədlər irəli sürə bilməsi və onların təbliğat-təşviqatı ilə məşğul olması, azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün tam münbit şərait yaradılmışdı. Eyni zamanda bu, referendumdan sonra Azərbaycanda ilk parlament seçkiləri idi. Burada yaş həddində də fərq var idi. Əvvəllər 25 yaşı tamam olan şəxslər namizədliyini irəli sürə bilirdisə, burada artıq yaş həddi aradan götürülmüşdü. Çoxpartiyalı sistem daha da inkişaf etmiş, 20-yə yaxın siyasi partiyanın nümayəndəsi namizəd kimi təmsil olunmuşdu. Ümumilikdə, seçkidə iştirak edən namizədlərin sayı 2000-i ötmüşdü. Qeydiyyat prosesindən istər siyasi partiyalar, istərsə də namizədlər tərəfindən hər hansı şikayət yox idi. Kim müraciət etmişdisə, o insanlara imza vərəqələri verildi, imza vərəqələrini doldurub müvafiq sənədlərlə birgə təqdim edən şəxslər də qeydiyyata alındı. Azad və hər bir şəxs üçün bərabər şəraitdə mübarizə aparmaq üçün şərait yaradıldı. Hər bir şəxs qanunla icazə verilən məkanlarda istənilən sayda seçici ilə görüşmək, eyni zamanda qapı-qapı təşviqat aparmaq hüququna malik idi. İndiyə qədər seçicilərlə görüşlərə kiminsə müdaxiləsinin olması ilə bağlı narazılığa rast gəlmədim. Azərbaycan İKT səviyyəsi baxımından həm dünyanın, həm də Avropanın inkişaf etmiş ölkələrindən biridir. Ölkəmizdə hər bir vətəndaş internet resurslarından istifadə etməyi bacarır. Əvvəlcə irad tutulurdu ki, namizədlərə televiziyada vaxt verilsin. İndi isə televiziyaya ehtiyac yoxdur. Kifayət qədər internet televiziyaları və internet resursları vasitəsilə öz platformasını insanlara təqdim edə bilərdi. Azərbaycanın hər bir ucqar kəndində internet var. Bu baxımdan da namizədlərin öz təbliğatını aparmaq üçün həm zaman, həm də resurslar baxımından geniş imkanları var idi. Nəticədə hamımız namizədlər arasındakı gərgin mübarizənin şahidi olduq.
- Növbədənkənar parlament seçkilərinin keçirilməsi hansı zərurətdən irəli gəldi?
- Bununla bağlı YAP Siyasi Şurasının qərarı var və bu qərar parlament üzvləri tərəfindən də dəstəkləndi. Partiyanın 68 nəfər deputatı fəaliyyət göstərirdi. Onların təşəbbüsünə Milli Məclisin digər üzvləri də səs verdilər. Seçki zərurətinin əsas motivi ondan ibarətdir ki, ölkədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusilə də, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra demək olar ki, bütün strukturlarda çox ciddi və çoxşaxəli islahatlar gedir. İstər Nazirlər Kabinetində, istər nazirliklərdə, istər Prezident Administrasiyasında və məhkəmə hakimiyyətində, istərsə də ayrı-ayrı strukturlarda bu islahatların şahidi olduq. Bu islahatların daha da sürətlənməsi və geniş vüsət alması üçün parlament də bu prosesə öz töhfəsini verməli idi. Seçkinin yekun nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən hələlik təsdiq olunmasa da, indidən demək olar ki, lider namizədlər arasında kifayət qədər istedadlı, bacarıqlı, təhsilli, Azərbaycanı təmsil edə biləcək şəxslər var. Azərbaycanı təkcə ölkənin daxilində deyil, eyni zamanda beynəlxalq platformalarda da təmsilçilik məsələsinə geniş önəm verilir. Çünki Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən çox böyük ədalətsiz addımlar atılır. Artıq hər dəfə bunun şahidi oluruq. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, sapı özümüzdən olan baltalar və digərləri Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Bu baxımdan istər Avropa Şurası, istər ATƏT, istər NATO, istərsə də Qara Dəniz Parlament Assembleyasında kifayət qədər bacarıqlı, qabiliyyətli, Azərbaycan xalqını təmsil edə biləcək insanlar tələb olunur ki, həmin şəxslər yeni düşüncə, baxış və proseslərə müasir yanaşma tərzi ilə fərqlənərək qarşıda duran strateji məsələlərə tutarlı münasibət bildirsinlər. Əminəm ki, yeni formalaşacaq parlamentdə də bu cür şəxslər təmsil olunacaq.
- Bəziləri buraxılmış parlamentlə yeni formalaşacaq parlament arasında fərq olmayacağını düşünür. Sizin bu məsələyə münasibətiniz necədir? Yeni formalaşacaq parlament bundan öncəki parlamentdən nə ilə fərqlənəcək?
- Bu səhv fikirdir. Götürək Yeni Azərbaycan Partiyasını. YAP tərəfindən 20-dən artıq keçmiş deputat olmuş şəxslərin namizədliyi irəli sürülmədi və onlar seçkidə iştirak etmədi. Bundan başqa icra strukturlarında vəzifəyə təyin olunanlar və s. şəxslər var idi ki, onların da yeri boş idi. Boş olan yerlərin sayı 12 idi. Eyni zamanda digər siyasi partiyalardan olan, bitərəf deputatlardan da bəziləri bu seçkilərdə namizədliyini irəli sürmədi. Səhhəti və yaşı ilə bağlı namizədliyini irəli sürməyənlər də oldu. Təxminən keçmiş parlamentdən 45 nəfərin namizədliyi bu dəfə irəli sürülmədi. Bu artıq parlamentin 30%-dən çox hissəsi deməkdir. Parlament o vaxt tam dəyişir ki, kataklizmlər, üsyanlar, çevrililşlər baş verir. Onda da belə keçmiş deputatlardan yeni parlamentdə təmsil olunanlar olur. Özünü doğruldan insanların yenidən namizədliyinin irəli sürülməsi siyasi partiya tərəfindən məsləhət bilinirsə, həmin şəxslər bir daha namizədliyini irəli sürə bilərdi.
- YAP-ın siyahısından kənar öz namizədliyini irəli sürən YAP üzvləri olmuşdu. Bu şəxslərdən neçəsi sonradan namizədliyini geri götürdü, neçəsi partiya sıralarından uzaqlaşdırıldı?
- Bunu əzbər deyə bilərəm. 123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz var idi. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək namizədliyini irəli sürmüşdü. Onlardan 101 nəfəri partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürdü. 135 nəfərlə isə söhbət aparıldı. Partiyanın nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunların hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəli sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyanın təşkilatlarından xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdülər. Həmin şəxslərə izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək.
- Bəs seçki prosesində YAP sıralarına yeni üzvlər qoşuldumu?
- YAP sıralarına çoxlu sayda insanlar qoşulur. Ölkə başçısı bu ili “Könüllülər ili” elan edib. Artıq YAP-ın könüllüləri formalaşıb. Həm seçki, həm sosial, həm humanitar, həm də ekoloji layihələr üzrə könüllülər ordusu formalaşıb. Bir il öncədən biz bu prosesləri həyata keçirirdik. Amma bilmirdik ki, ölkə başçısı bu ili “könüllülər il”i elan edəcək. YAP hər zaman könüllülərin qüvvəsindən istifadə edib. Partiyada kifayət qədər gənc könüllülər var. Demək olar ki, hər bir namizədin əhatəsində 100-dən artıq partiya fəalı iştirak edirdi. 11000 nəfər könüllü isə seçki qərargahlarında təmsil olunurdu. Bunların böyük əksəriyyəti gənclər idi. Bu könüllülərin hamısı seçki prosesində aktiv şəkildə iştirak edirdi. Xatırladım ki, biz bundan qabaq bələdiyyə seçkilərini yeni qurtarmışdıq. Bələdiyyə seçkilərində də bizim xeyli sayda gənclərimiz bələdiyyə üzvü seçiliblər. Bizim namizədlərin bütün proseslərini partiya həyata keçirib.
- Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrini etibarsız sayıb. Bu dairələrdən ikisində YAP-ın irəli sürdüyü şəxslər lider namizəd idi. 33 saylı Xətai birinci seçki dairəsində Hüseynbala Mirələmov və 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli. Buna partiyanın münasibəti necədir? Sizcə, həmin dairələrdə səsvermənin nəticələri niyə ləğv edildi?
- Şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edildi. Həmin dairələrdə maraqlı tərəflər çox idi. Onlar da çalışırdılar ki, orda təxribat yaratsınlar. Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər.
- Bəs həmin dairələr üzrə YAP yenidən namizəd irəli sürəcəkmi? Bu dairələr üzrə YAP nə etməyi düşünür?
- MSK və Konstitusiya Məhkəməsi tərəfindən birinci nəticələr elan olunandan sonra ikinci nəticələrlə bağlı partiyanın rəhbər strukturu hansı qərarı verəcəksə, bu qərara uyğun hərəkət ediləcək.
- Milli Məclisə düşən YAP namizədləri arasında təsadüfi şəxslərin olması da iddia edilir. Məsələn, ən gənc lider namizəd olan Səbinə Xasıyeva. Bu şəxslərin parlamentə düşməsini siz necə qiymətləndirirsiniz?
- Həmin şəxslərə səs verənlər onların mənsub olduğu partiyanın siyasətini əsas götürürlər. Baxmayaraq ki, mən özüm 4 çağırış Milli Məclisin deputatı olmuşam. Mənə səs verənlər də mənə səs vermir, Heydər Əliyev siyasi xəttinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə, sosial layihələrin həyata keçirilməsinə, bu siyasətin davamlılığına səs verirlər. İnsanlar ayrı-ayrı şəxslərə yox, davamlı siyasətə səs verirlər.
- Yəni burada partiyanın rolu namizədlərin özündən üstün tutulur?
- Təbii ki.
- Bəs həmin şəxslər insanların partiyaya olan inamını doğrulda biləcəklərmi?
- Heç kim anadan deputat doğulmayıb. Mərhələ-mərhələ onlar öyrənməlidir. Müəyyən dövr keçməlidir. YAP olaraq bizim fərqimiz, əsas resursumuz Azərbaycanda görülən işlər, müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitlik, sosial layihələrin həyata keçirilməsi və s. işlər idi. Bu siyasəti də həyata keçirən partiyanın Sədridir. Ona görə də insanlar partiyanın Sədrinə, qurucusuna səs verirlər.
- Neftçala Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi. Keçirilən əməliyyat nəticəsində saxlanılanlar arasında 61 saylı Neftçala Seçki Dairəsindən YAP-ın namizədi Gültəkin Sadıqovanın da adı çəkilirdi. Ümumiyyətlə, namizədlərin toxunulmazlığı məsələsinə görə G.Sadıqovanın saxlanılması qanunauyğun idimi?
- Bu kimi istənilən məsələdə məhkəmənin qərarı olmalıdır. Bu məsələ ilə bağlı da məhkəmə qərarı var idi. Yalnız Milli Məclisin üzvlərinin toxunulmazlığının aradan götürülməsi üçün parlamentdə məsələ qaldırılır. Milli Məclis razılıq verdikdən sonra həmin şəxslər məsuliyyətə cəlb olunur. Bundan sonrası isə aydın prosesdir. Yerdə qalan şəxslər-istər bələdiyyə üzvü, istər digərləri ilə bağlı məhkəmənin qərarı olarsa, bu qərar əsasında proseslər həyata keçirilir.
- Partiya olaraq, bu məsələ ilə bağlı araşdırma aparmısınızmı?
- Neftçalanın icra başçısı yeganə icra başçısıdır ki, YAP üzvü deyil. Orada saxlanılan şəxslərlə bağlı istintaq gedir. İstintaq nəticəsində aşkarlanacaq ki, onlar hansı qanunsuz əməllər törədiblər. Ümumiyyətlə, son dövrlərdə Prezident İlham Əliyev hər çıxışında bir daha xatırladır ki, məmurların əhali ilə rəftarı dəyişməlidir. Xatırladım ki, korrupsiyaya qarşı elə Ümummilli Lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman ilk dəfə hakimiyyətə gəldiyi gündən mübarizə aparıb və bu gün də həmin siyasət uğurla davam edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da korrupsiya hər zaman olub. Lakin əsas olan bu ictimai bəla ilə mübarizə aparmaq və siyasi iradə ortaya qoymaqdır. Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi var və bu quruma geniş səlahiyyətlər verilib. Bilirsinizmi, vəzifəli şəxsin borcu vətəndaşa xidmət göstərməkdir. Vəzifəli şəxslərin başqa adlar altında vətəndaşlardan rüşvət alması yolverilməz və qəbuledilməzdir. Artıq digərləri də bu məsələlərdən dərs götürməlidir.
- Yəni bundan sonra da bu kimi əməliyyatların şahidi olacağıqmı?
- Prezident İlham Əliyevin bir fikrini xatırladım. Prezident bildirib ki, bu cür qanunsuz əməl edənləri nəinki işdən çıxaracaq, hətta onları cəzalandıracaq.
- Seçkinin nəticələrindən narazı qalan şəxslərin keçirdiyi aksiyalara, mitinqlərə münasibətiniz necədir?
- Xalqın arasına çıxa bilməyənlər MSK-nın qarşısında mitinq keçirmək istəyirlər. Mandatı seçici verir, MSK yaxud Məzahir Pənahov vermir. Etiraz etmək hüququ Azərbaycanda qanunla təsbit olunur. Hər kəsin etiraz etmək hüququ var və bunun da yolları var. Ancaq bu insanların seçkidə iştirakının əsas mahiyyəti beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail olmaqdır. Onsuz da biz Azərbaycanda nə cür seçki keçirsək də, onların ölkəmizə qarşı olan qərəzli mövqeyi dəyişməyəcək. Onların özlərinin bildikləri qərar qovluqlarında hazırdır. Beynəlxalq təşkilatların Azərbaycanda göstərdiyi fəaliyyət sadəcə şoudur. Mən ATƏT-in də, DTİHB-nin də, AŞPA-nın da nümayəndələri ilə kifayət qədər görüşlər keçirmişəm. Parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndəri də bu görüşdə iştirak edirdi. Həmin görüşdə iqtidar partiyasını sadəcə mən təmsil edirdim. Görüşdə iştirak edən digər deputatlar Azərbaycan Xalq Cəbhəsi Partiyasinin ya sədr müavini, ya nazir olmuş şəxsləri idi. Xalq Cəbhəsinə sonradan gələn 2-3 nəfər bu görüşdə iştirak etmirdi. Elçibəyin müavinlərinin hamısı bir neçə dəfə parlamentdə deputat kimi təmsil olunublar. Amma beynəlxalq təşkilatlar üçün onların fikri əsas deyil. Məsələn, Asim Mollazadə, Əli Məsimli, Fazil Mustafa, Fərəc Quliyev Elçibəyin müavini olub, Tahir Kərimli Ali Məhkəmənin sədri, Fəzail Ağamalı sosial-təminat naziri, Fərəc Quliyev İcraiyyə Komitəsinin sədri, Qüdrət Həsənquliyev müşavir, Əli Məsimli Baş nazirin müavini olub. Bunların hamısı AXCP-dən gələnlər olsa da, beynəlxalq təşkilatlar sadəcə Əli Kərimlinin və Cəmil Həsənlinin fikirlərini əsas götürürlər. Amma Əli Kərimli və Cəmil Həsənli də 2 dəfə parlamentdə təmsil olunublar. Təhlillər aparanda görürsən ki, beynəlxalq təşkilatların ölkəmizə yanaşması tamamilə ədalətsiz yanaşmadır. Yəni müxalifətdə olan şəxslər seçilibsə, deməli müxalifət deyil, seçilməsə, yaxud seçkiyə getməsə deməli müxalifətdir. Mitinq keçirmək istəyən şəxslər sadəcə olaraq, bilirdilər ki, onlara heç 3 adam səs verməyib. Amma onlar beynəlxalq təşkilatların əlinə sənəd vermək üçün prosesdə iştirak etməyə cəhd göstərirlər.
- Yeni formalaşacaq parlament bundan öncəkilərdən nə ilə fərqlənəcək? “Lal deputat” tendensiyasına son qoyulacaqmı?
- Yanaşma tərzi bu formada olmamalıdır. Ali məktəbə sənəd verib qəbul olmayan şəxslər yazır ki, “lal deputatlar, “kar deputatlar”. Burada müxtəlif kateqoriyalar var. İnsanlar var ki, sadəcə seçici ilə işləyir, insanlar var ki, beynəlxalq təşkilatlarla çalışır, insanlar da var ki, bilavasitə qanunvericilik fəaliyyəti ilə məşğul olur. Məsələn, Böyük Britaniyanın parlamentində hər kəs danışmır ki... Orada hər fraksiyadan 1-2 nəfər danışır. Mən ABŞ Konqresində 3 dəfə 1 ay müddətində kursda olmuşam. Həmçinin Böyük Britaniya Parlamentində. Orada zalda 450 deputatdan sadəcə 30-40 nəfər iştirak edir. Orada əsas səsvermədir. Deputatın fəaliyyətinə sadəcə seçici qiymət verə bilər. Kənarda oturan şəxslər bunu edə bilməz və bu qiymət də seçkidə verilir.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  26-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA