Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır

Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır

18.02.2020 [09:40]

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu www.yap.org.az saytına müsahibə verib:
- Elxan müəllim, bu günlərdə dünyanın diqqəti 56-cı Münxen Təhlükəsizlik Konfransında idi. Konfransın önəmi, orada müzakirə olunan məsələlərin qlobal təhlükəsizlik kontekstində əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...
- Qeyd edim ki, Davos İqtisadi Forumu dünya üçün hansı əhəmiyyəti daşıyırsa, Münxen Təhlükəsizlik Konfransı da bir o qədər dünya ölkələri üçün vacibdir. Vaxtilə Münxen Təhlükəsizlik Konfransı NATO ölkələri üçün nəzərdə tutulmuşdu. O zaman soyuq müharibə var idi. Soyuq müharibə bitdikdən sonra başqa dövlətlər, keçmişdə rəqib sayılan ölkələr bu platformada iştirak edir. Azərbaycan da hər il bu platformada təmsil olunur. Bütövlükdə, dünyanın təhlükəsizliyi üçün bu tədbirin böyük əhəmiyyəti var. Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır.
Münxen Təhlükəsizlik Konfransında açıq fikirlər söylənilir. Məsələn, ən məşhur toplantılardan biri 2007-də oldu. O zaman Rusiya Prezidenti Vladimir Putin böyük nitq söylədi və dünyanı gözləyən açıq təhlükələrdən söhbət açdı. Eləcə də digər dövlətlərin başçıları da maraqlı çıxışlar etdilər. Bilirsiniz ki, bir çox beynəlxalq tədbirlərin böyük hissəsi qapalı formada keçir və ictimaiyyət oradakı müzakirələrin gedişindən məlumatlı olmur. Amma Münxen Təhlükəsizlik Konfransında açıq diskussiyalar gedir, mətbuat bu müzakirələrin gedişatını izləyir.
- Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı çox mühüm məqamlara toxundu. Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsas istiqamətlərindən bəhs etdi. Necə düşünürsünüz, ölkəmizin regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında rolu nədən ibarətdir?
- Prezident İlham Əliyev enerji təhlükəsizliyi ilə bağlı toplantıda iştirak etdi və ən vacib tezisləri söylədi. Ən vacib tezis odur ki, artıq TANAP layihəsi dördüncü mərhələdə bitəcək və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropaya çatdırılacaq. Bu, Avropanın enerji təhlükəsizliyi üçün də çox vacibdir. Çünki Avropa şaxələndirilmiş yollarla yeni təbii qaz əldə edəcək. Azərbaycan üçün də çox vacibdir ki, Avropa bazarına ilk dəfə çıxacağıq, həm də maliyyə imkanlarını artıracağıq. Bunun siyasi əhəmiyyəti də var. Çünki boru xəttinin keçdiyi ölkələrlə Azərbaycanın əlaqələri daha da güclənəcək. Boru xətti Gürcüstan, Türkiyə, oradan da Avropaya istiqamətlənir. Bunun sayəsində Azərbaycan qazının alıcısı daha çox olacaq. Bir qisim ölkə də var ki, SOCAR həmin ölkələrin qazlaşdırılmasına maraqlıdır. Bu da Azərbaycan üçün çox vacibdir.
Bilirsiniz ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uzun illərdir ki, işləyir. Bu boru xətti vasitəsilə bir çox ölkə neftimizi alır. İndi isə ilk dəfə olaraq Avropa ölkələri Azərbaycan qazını alacaqlar. Qeyd etdiyim kimi, bu hadisənin siyasi əhəmiyyəti ondadır ki, bır sıra ölkələrlə siyasi əlaqələrimiz güclənəcək. Eləcə də iqtisadi və ticari əlaqələrə də müsbət təsir edəcək.
- Dövlətimizin başçısı İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə tarixi həqiqətləri, o cümlədən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və digər mühüm reallıqları diqqətə çatdırdı. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla debatı çox vacib idi. Çünki münaqişənin mövcud olduğu uzun illər ərzində ilk dəfə olaraq iki dövlətin liderləri beynəlxalq aləmin, dünya mediasının gözü qarşısında diskussiya apardılar. Bu diskussiyada Azərbaycan Prezidentinin Ermənistanın baş nazirindən dəfələrlə üstün olduğu açıq-aşkar göründü. Göründü ki, işğalçı kimdir, işğalçının məqsədi nədir, siyasəti nədir və s. Prezident İlham Əliyev bir çox məqamları açdı ki, Dağlıq Qarabağ tarixən Azərbaycana bağlı olub, bu torpağın bizdən qoparılmasına heç vaxt imkan verilməyəcək.
Bir vacib məqamı da qeyd etmək istəyirəm. Ermənilər çox deyirdilər ki, guya 1920-ci illərdə sovetlər hakimiyyəti Dağlıq Qarabağı Azərbayacana verib və buna görə onlar günahkardırlar. Prezident İlham Əliyev də Paşinyanın səhvini tutaraq dedi ki, əgər bolşeviklər günahkardırlarsa, nə üçün onların təmsilçisi olan Stepan Şaumyanın adını daşıyan Stepanakertin adını saxlayırsınız. Yəni burada bir daha ermənilərin ikiüzlülüyü ortaya çıxdı.
Bu debat həm də onu göstərdi ki, danışıqlarda nəticə yoxdur və Ermənistan bundan sonra da çalışacaq ki, münaqişə həll olunmasın. Amma Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan bütün hallarda öz torpaqlarını işğaldan azad edəcək.

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31