Ana səhifə »  Müsahibə »  Ölkəmizin daha da inkişafı üçün möhtəşəm layihələr reallaşdırılır
A+   Yenilə  A-
Ölkəmizin daha da inkişafı üçün möhtəşəm layihələr reallaşdırılır

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, artıq 2020-ci ilin ilk ayı arxada qalıb. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans ötən bir il ilə yanaşı, yanvar ayının da ölkəmizin sosial-iqtisadi, siyasi, beynəlxalq mənzərəsinin formalaşmasında əhəmiyyətli uğurlarla yadda qaldığına işıq saldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin ilk ayında bu fikri böyük inam və qətiyyətlə ifadə etmişdir ki, 2019-cu il ölkəmizin tarixinə islahatlar ili kimi daxil olacaq. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans, eyni zamanda, Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər və fikirlər qeyd olunan proqnozun reallıqda öz əksini tapdığını bir daha təsdiqlədi.
Öncə bu məqamı xüsusi qeyd etməliyik ki, bütün inkişafın əsasında ölkəmizdəki sabitlik dayanır. Sabitlik varsa, uğurlu sosial-iqtisadi layihələrdən, təkmil islahatlardan danışmaq mümkündür. Bu sabitliyin təminatçısı isə xalq-iqtidar birliyidir. Xalqımız hər addımda özünə diqqət və qayğının şahidi olur. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi bu birliyi daha da möhkəmləndirməklə yanaşı, davamlı inkişafa geniş yol açır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan konfransda dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bölgəmizdə, postsovet məkanında yaşanan gərginliklərə diqqəti yönəldərək bildirmişdir ki, Azərbaycan sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Aparılan siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Həyata keçirilən siyasətin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən göstərilən etimad yüksək səviyyədədir. Sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.
Ölkədə sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunması iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasını da şərtləndirir. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə yatırılıb. Valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb. 2020-ci ilin ilk ayında valyuta ehtiyatları bir milyard dollar artaraq 52 milyard dollar olub. Bu faktlar dövlətimizin həyata keçirdiyi siyasətin bu gününə və gələcəyinə inamı nümayiş etdirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2011-ci ildə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilə qədərki dövr üçün nəzərdə tutulan əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu günümüzün reallıqları qeyd olunan hədəflərin gerçəkliyini nümayiş etdirir. Təkcə 2019-cu ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz artıb. Əsas prioritet olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Təbii ki, uğurlu statistik göstəricilər təkmil islahatların nəticəsidir. “Doing Business” hesabatında Azərbaycan ötən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Regionların inkişafı, biznes mühitinin yaxşılaşdırılması yeni iş yerlərinin yaradılması deməkdir. Ötən il 98 min yeni iş yeri yaradılıb.
Azərbaycanın bu gün yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi, özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də bu yeniləşmənin, təkmil islahatların, bir-birindən əhəmiyyətli sosial layihələrin icrasına nail olmasının nəticəsidir. Ötən il iki sosial paketin uğurlu icrası 4 milyondan artıq insana sevinc bəxş etdi, onların sosial müdafiəsini gücləndirdi. İki DOST mərkəzinin açılışı sosial xidmət sahəsində şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynadı. Azərbaycan bu mühüm layihələrlə yeniliklərə imza atan ölkə kimi beynəlxalq aləmdə yerini möhkəmləndirdi. Ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlar sırasında yoxsulluqla mübarizə sahəsində əldə olunan nailiyyətlər təqdir edildi. 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idisə, bu gün həmin rəqəm 5 faizdir. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasının prioritetliyini önə çəkdi və bu istiqamətdə əhəmiyyətli Dövlət proqramları təsdiqləndi, uğurla icra edildi.
Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin ilk aylarında idarəçilik sistemində təkmilləşməyə xidmət edən Fərman və sərəncamları qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa yol açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə islahatlar ardıcıl şəkildə aparılır. Kadr islahatları, ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması davamlı uğurlara yol açan əsas amillər sırasındadır.
- Vüqar müəllim, möhtərəm Prezidentimiz İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqeyinə xüsusi diqqət yönəltdi. Bir vətəndaş, mətbuat nümayəndəsi olaraq bu gün ölkəmizə ikili standartlardan yanaşmanı necə şərh edərdiniz?
- Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı göz önündədir. Nəzərə alsaq ki, ölkəmizdə siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması bütün dövrlərdə öz aktuallığını qoruyur, Azərbaycanın nəinki iqtisadi uğurları, eyni zamanda, demokratiya təcrübəsi dünyanın diqqətindən kənarda qalmır. Ən əsası, Azərbaycan demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdir edilir. Bəzi beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqeyi, təbii ki, uğurlarımızı həzm etməyən qüvvələrin çirkin niyyətlərinin məhsuludur. Azərbaycanın demokratiya yolunda inamla irəliləməsini gözü götürməyən, ən əsası, bütün uğurlarımıza qara eynəkdən baxmağa adətkar olan ermənipərəst dairələr mütəmadi olaraq qərəzli hesabatları, qətnamələri ilə dünyanın diqqətini Azərbaycana yönəltməyə cəhd göstərirlər. Dövlətimizin başçısı İlham Əliyevin təkcə işğalçı dövlətin timsalında söylədiyi demokratik dəyərlərin kobud şəkildə pozulmasına biganə yanaşmalar dünyanın ikili siyasətinin aydın mənzərəsini yaradır. Avropa Şurası kimi beynəlxalq qurumlar ədalət meyarını arxa plana keçirib, öz maraqlarını öndə saxlayaraq, ən əsası, beynəlxalq hüququn norma və prinsiplərini, demokratik dəyər anlayışını müxtəlif dövlətlərə zamana və məkana görə tətbiq edirlərsə, artıq onların mövqeyinə inamsızlıq qaçılmazdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd etdiyimiz istiqamətlərdə əldə etdiyi uğurların miqyası genişdir. Ölkəmizdə demokratik təsisatların inkişafı üçün bütün zəruri olan şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, siyasi partiyaların və ictimai birliklərin fəaliyyətinə normal şəraitin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün qanunvericilik təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır. Daim qeyd edildiyi kimi, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın tutduğu yoldur, mövqeyidir, uğurlu gələcəyi üçündür. Azərbaycan müstəqil dövlətdir, heç bir kənar qüvvənin diktəsi ilə oturub-durmur. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil.
- Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu əminlik də ifadə edilmişdir ki, 2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək...
- Əvvəldə də qeyd etdiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin təkmil islahatları davamlı inkişafa hədəflənib. Dövlətimizin başçısı islahatların alternativsizliyini bildirir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılması prioritet məsələlərdəndir. Cənab İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsində də məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir. Azərbaycanda həyata keçirilən gəncləşmə siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun dövlətimizin başçısına ünvanladığı suallar sırasında “Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz” fikri xüsusi yer almışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir: “Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz”.
Təbii ki, zaman dəyişir, həyat yerində durmur. Qarşıda yeni çağırışlar, vəzifələr dayanır. Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.
Son 16 ildə Azərbaycanın hər sahədə qazandığı uğurlara diqqət yetirsək, onların gələcək inkişafımızla bağlı xoş təsəvvür yaratdığını aydın görərik. Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmizi qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Son 16 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Bu baxımdan ki, hər bir ölkənin inkişafında əsas amil sabitlik və iqtisadi tərəqqidir. Dünyada təhlükəsiz ölkə, sabitlik diyarı kimi nüfuz qazanan Azərbaycan həmçinin iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə nail olan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa sosial və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündur. Enerji layihələri dostluq, əməkdaşlıq əlaqələrinin inkişafında körpü rolunu oynayır. Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir. Elə bu faktın özü Azərbaycanın dayanıqlı inkişafının qaçılmaz olduğunun göstəricisidir. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması fonunda neft kapitalının insan kapitalına çevrilməsi ölkəmizin bütün iqtisadi çətinliklərdən uğurla çıxmasına geniş imkanlar yaradır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün informasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, iqtisadiyyatın inkişafında əsas amil olan yeni texnologiyaların inkişafı və tətbiqi kadr hazırlığını zərurətə çevirir ki, Azərbaycanın bu sahədə də uğurları təqdirəlayiqdir.
Azərbaycanın davamlı uğurlarında, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etməliyik. Zamanın sınaqlarından çıxmış “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” tezisinə istinad etsək, Mehriban xanım Əliyevanın tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafı, həqiqətlərimizin təbliği istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətinin əsas istiqamətlərindən biri əhalinin, xüsusilə qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsidir.
Bütün bu uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin böyük inamla söylədiyi “2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək” əminliyinin əsaslarıdır. Cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ümumilikdə son 16 ilin statistikasına diqqət yönəldərək bildirmişdir ki, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik: “Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”.

 
  • Oxunub:  3090  |  
  • Tarix:  08-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6