Ana səhifə »  Müsahibə »  Seçiciləri daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram
A+   Yenilə  A-
Seçiciləri daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram

98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib:
- Sahibə xanım, parlament seçkiləri gününə qalan vaxt azaldıqca bu mövzuda ictimai müzakirələr daha da genişlənir və deyə bilərik ki, bu gün ictimai rəydə ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdir. Hazırda təbliğat-təşviqat kampaniyası mərhələsindəyik və partiyamızın namizədləri seçicilərlə çoxsaylı görüşlər keçirirlər. İlk olaraq, istərdik kampaniyanın gedişi ilə bağlı fikirlərinizi öyrənək.
- Bəli, haqlısınız, hal-hazırda ölkəmizdə ən çox müzakirə olunan, ictimai gündəmin əsas mövzularından biri, şübhəsiz ki, fevralın 9-u Milli Məclisə keçiriləcək seçkilərdir. Bu da tam təbiidir. Çünki bilirik ki, ölkəmizin demokratik inkişafı baxımından bu seçkilər olduqca əhəmiyyətlidir. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş islahatlar kursunun həyata keçirildiyi bir məqamda qanunverici orqandan gözləntilər də kifayət qədər yüksəkdir.
Mənim namizədliyim mənsub olduğum Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər seçkı dairəsindən irəli sürülüb. Bu, mənim üçün çox qürurverici bir hadisədir və eyni zamanda, çox böyük etimaddır. Bu yüksək etimada görə mən partiyamıza və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Kampaniyanın gedişinə gəlincə, mən və partiyamızın digər namizədləri kifayət qədər fəal maraqlı seçki kampaniyası həyata keçirirlər. Həm qanunvericiliklə müəyyən edilmiş məkanlarda təşkil olunan kütləvi tədbirlərimizdə, həm də fərdi olaraq seçicilərlə keçirdiyimiz çoxsaylı görüşlərdə biz partiyamızın məqsəd və məramını seçicilərə çatdırmağa çalışır, daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırırıq. Hesab edirik və müşahidələrimiz də bu yöndədir ki, seçicilərimiz YAP-ın namizədlərinə dəstəklərini ifadə edirlər.
- Sahibə xanım, Yeni Azərbaycan Partiyası bu seçkilərə kifayət qədər ciddi hazırlaşıb. Hazırda bir çox ekspertlər YAP-ı bu seçkilərin də əsas favoriti hesab edir, partiyamızın qələbə qazanacağını düşünürlər. Sizcə, bu inamı, əminliyi şərtləndirən amillər nədən ibarətdir?
- Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən çox böyük və şərəfli inkişaf yolu keçib. Partiyamız bu illər ərzində xalqımıza və dövlətçiliyimizə layiqli şəkildə xidmət edib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Partiyamız xalqımızın ali mənafeyini dolğun ifadə edir.
Hazırda Yeni Azərbaycan Partiyası 750 min nəfərdən artıq vətəndaşlarımızı öz ətrafında birləşdirir və cəmiyyətin bütün təbəqələrindən olan insanların fəal təmsilçiliyinə şərait yaradıb. Belə ki, bu gün Azərbaycan gəncləri öz siyasi gələcəklərini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayırlar. Onlar burada Azərbaycan dövlətçiliyinə xidmət etmək, özlərini inkişaf etdirmək imkanı qazanırlar. O cümlədən, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizin fəal qadınları üçün də geniş imkanlar təqdim edir. Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır.
Əminliklə vurğulamaq istərdim kı, Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndərimizin ideya və siyasi xəttinə sadiq qalaraq dövlətimizə, xalqımıza uğurla xidmət edəcək. Çünki Ümummilli Liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
- Artıq bir neçə gündür təbliğat və təşviqat kampaniyasına start verilib və YAP-ın namizədləri seçicilərlə çoxsaylı görüşlər keçirir, onlarla daim ünsiyyətdə olursunuz. Ümumi müşahidələriniz necədir, vətəndaşlarımızın ölkəmizdə həyata keçirilən dövlət siyasəti, islahatlarla bağlı rəyi, mövqeyi nədən ibarətdir?
- Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi müasir, müstəqil Azərbaycan dövlətinin möhtəşəm nailiyyətlərini yüksək qiymətləndirir, bununla qürur duyur. Bu da tam obyektiv əsaslara malikdir. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəmizin hərtərəfli dinamik inkişafını hədəfləyən ardıcıl, məqsədyönlü siyasət nəticəsində bu gün respublikamız dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Ölkəmizdə reallaşdırılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil.
Əlbəttə ki, iqtisadi sahədə əldə olunan nailiyyətlər, ölkəmizin maliyyə imkanlarının əsaslı şəkildə artması sosial sahədə də ciddi islahatların həyata keçirilməsinə, inqilabi qərarların qəbul olunmasına imkan verib. Təkcə 2019-cu ildə həyata keçirilən böyük sosial paket nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər əsaslı şəkildə artırılıb. Bütün bunlar isə həm də o gerçəkliyi ifadə edir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Eyni zamanda, həyata keçirilən institusional islahatların da məqsədi vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəlib. ASAN, DOST mərkəzləri kimi layihələr ölkəmizdə insanların obyektiv təqdirini qazanıb. Məmnuniyyətlə vurğulamaq istərdim ki, son dövrlərdə həyata keçirilən kadr islahatları da vətəndaşlarımız tərəfindən müsbət qarşılanır. Ümumi ictimai rəy bu yöndədir ki, kadr islahatları, o cümlədən idarəetmə sahəsində həyata keçirilən genişmiqyaslı islahatların başlıca məqsədi müasir dövrün yeni çağırışlarına cavab vermək, ölkə qarşısında duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək, idarəetmə sisteminin keyfiyyətini yüksəltməkdir.
- Son olaraq, təbliğat kampaniyasının mühüm elementlərindən biri də namizədlərin seçicilərlə görüşlərdə onlara qarşıdakı dövr ərzində görəcəyi işlərlə bağlı verdikləri vədlərdir. Siz əgər yenidən seçicilərin etimadını qazanıb Milli Məclis üzvlüyünə seçilərsinizsə, fəaliyyətinizi əsasən hansı istiqamətdə quracaqsınız?
- Mən Milli Məclisin IV və V çağırış deputatı olmuşam. Keçən 10 il ərzində mənim fəaliyyətim əsasən iki istiqamətdə olub: birincisi, Milli Məclisdə üzv olduğum komitələrin işlərində iştirak etmişəm. Belə ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışam və eyni zamanda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olmuşam. Bu illər ərzində seçicilərimlə çoxsaylı görüşlər keçirmişəm, seçicilərimiz tərəfindən mənə ünvanlanan müraciətlərə baxılıb, onlarla bağlı müvafiq dövlət qurumlarına müraciətlər edilib və məktublar göndərilib, həlli mümkün olan məsələlərin həllinə nail olmağa çalışmışam. Seçicilərimizin müraciətlərində əksini tapan bir sıra məsələləri Milli Məclisin müxtəlif iclaslarında səsləndirmişəm.
Keçən illər ərzində mən AŞPA-da Azərbaycanın nümayəndə heyətinin üzvü olmuşam. Eyni zamanda, AŞPA-nın İrqçilik və ksenofobiya, Gender bərabərliyi alt komitələrinə sədrlik etmişəm. Bunlarla yanaşı, AŞPA-nın Qadınlara garşı zorakılıq üzrə baş məruzəçisi, “Qadınlara garşı zorakılığa yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri olmuşam. 2016-2018-ci illərdə mən AŞPA-nın Miqrantlar, qaçqınlar və köçkünlər məsələləri üzrə komitəsinin sədri seçilmişəm, həmçinin AŞPA-nın Büro və Daimi komitəsinin üzvü kimi ölkəmizi layiqincə təmsil etməyə çalışmışam.
Son iki il ərzində isə mən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəriyəm. Bu illər ərzində mən öz fəaliyyətimdə həmişə çalışmışam ki, beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edim, bu tribunalardan istifadə edib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dolğun və obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırım.
Təbii ki, seçicilərimiz yenidən mənə etimad göstərsələr, bu fəaliyyətimi daha da uğurla həyata keçirmək, partiyamızın rəhbərliyinin etimadını doğrultmaq, seçicilərimizi layiqincə təmsil etmək üçün var gücümlə çalışacağam. Bundan sonra da rayonumuzun və seçicilərimizin qayğılarına diqqətlə yanaşacaq, onları narahat edən məsələlərin həlli üçün əlimdən gələni edəcəyəm. Mən bütün seçicilərimizi 9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa və daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  07-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7