Ana səhifə »  Müsahibə »  Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
A+   Yenilə  A-
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyiniz irəli sürülüb. Bununla bağlı sizin düşüncələrinizi bilmək istərdik...
- Mən uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məhz ilk dəfə 2000-ci ildə Yeni Azərbaycan Partiyasının siyahısında deputatlığa namizəd olmuşam və parlamentin üzvü seçilmişəm. 2003-cü ildən Milli Məclisdə komitə rəhbəriyəm. Partiyamız tərəfindən yenə mənə etimad göstərilib. Bu etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.
Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, hər yeni seçkidə partiyamızın sıraları da yenilənir. Yəni, yeni, gənc partiya üzvləri seçkilərə qatılırlar. Hesab edirəm ki, bu, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyətinin bir təzahürüdür. Partiyamızda yaşlı nəsil ilə gənc nəsil arasında varislik prinsipi mövcuddur. Xatırlayıram ki, 2000-ci ildə mən də millət vəkili seçiləndə daha gənc idim, o zaman gənc olaraq daha yaşlı nəsli əvəz edirdik. Bu baxımdan, YAP-ın bu fəaliyyəti təqdirəlayiqdir və digər partiyalar üçün də nümunədir.
- Yeri gəlmişkən, budəfəki seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlər arasında kifayət qədər yeni simalar var...
- Əlbəttə ki, bu, partiya rəhbərliyinin qərarıdır və bu qərarı dəstəkləyirik. Namizədlər arasında həm hazırkı millət vəkilləri, həm də müxtəlif sahələri təmsil edən yeni insanlar var. Mən ilk dəfə namizədliyi irəli sürülən şəxslərin bəzilərini tanıyıram. Xüsusilə hüquqşünas həmkarlarım barədə deyə bilərəm ki, onlar xaricdə təhsil almış peşəkar insanlardır. Və əminəm ki, onlar seçkilərdə uğur qazanacaqlar və parlamentdə peşəkar hüquqşünasların sayı artacaq.
- Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə namizədliyiniz 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən irəli sürülüb. Təbii ki, yeni seçkilərdə ötən illər ərzində görülmüş işlərin hesabatı verilir. Bu baxımdan, təmsil etdiyiniz bölgələrin sosial-iqtisadi mənzərəsi necədir?
- Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında olduğu kimi, Yevlax-Mingəçevir bölgəsində abadlıq-quruculuq, yenidənqurma işləri həyata keçirilir. Bu baxımdan, mənim təmsil etdiyim seçki dairəsinin ərazisi də istisna deyil. Xüsusilə vurğulamaq istəyirəm ki, Mingəçevir şəhərində çox ciddi quruculuq işləri gedir, yeni iş yerləri açılır. Mingəçevirdə Yüksək Texnologiyalar Parkı, Mingəçevir Sənaye Parkı fəaliyyət göstərir ki, burada sənaye müəssisələri fəaliyyət göstərir, müxtəlif məhsullar istehsal olunur və s. Kür Olimpiya Avarçəkmə Mərkəzi regionun ən böyük idman komplekslərindən biri kimi fəaliyyət göstərir. Eyni zamanda, Mingəçevirdə abadlıq və quruculuq işləri bu gün də davam etdirilir. Yəni, Mingəçevirlə bağlı bir çox problemlər öz həllini tapıb.
Amma qarşıda duran bir sıra məsələlər var. Bu, ilk növbədə istilik-təchizat sisteminin yenidən qurulmasıdır. Çünki Mingəçevir çox müasir şəhərdir. Bu məsələ investisiya proqramında nəzərdə tutulub. Cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla Mingəçevirdə yol tikintisi ilə bağlı işlər görülməkdədir. Həmçinin Mingəçevir seçicilərini narahat edən vacib məsələlərdən biri 1949-cu ildə tikilmiş, qəzalı vəziyyətdə olan evlər idi və biz bu məsələ ilə bağlı dövlət başçısına müraciət etmişik. İnanırıq ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.
Bütövlükdə isə həqiqətən Mingəçevir şəhərində çox ciddi işlər gedir. Faktiki olaraq Mingəçevir təkcə ölkəmizin deyil, regionun ən gözəl şəhərlərindən və turizm mərkəzlərindən birinə çevrilməkdədir. Amma bununla yanaşı iş yerləri məsələsi daim gündəmdədir. Çünki Mingəçevir həm də gənclər şəhəridir. Şəhər rəhbərliyi də, müvafiq dövlət qurumları da Mingəçevirə investisiya qoyulması, yeni iş yerlərinin açılması yönündə çalışırlar. Biz bu məsələdə birlikdə fəaliyyət göstəririk. Həmçinin nəzərdə tutulur ki, bu il Mingəçevirdə bir neçə uşaq bağçası-körpələr evinin, məktəblərin əsaslı təmiri ilə bağlı işlər görülsün. Bütövlükdə, Mingəçevirdə görülən işləri çox pozitiv qiymətləndirirəm. Qeyd edim ki, şəhər rəhbərliyi insanlarla çox sıx təmasdadır. Biz də millət vəkili olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
- Bəs Yevlax rayonu ilə bağlı vəziyyət necədir?
- Yevlaxa gəlincə, mənim təmsil etdiyim dairə daha çox Yevlaxın kəndləri ilə bağlıdır. Bilirsiniz ki, cənab Prezidentin Yevlax rayonuna hər zaman xüsusi diqqəti olub. Uzun illər orada quruculuq işləri ilə bağlı müsbət tendensiyalar mövcud olub. Müasir məktəblər, yeni xəstəxana binası tikilib, kəndlərin qaz, işıq, su ilə təmin olunması üçün müəyyən işlər görülüb. Amma təəssüf ilə qeyd etmək lazımdır ki, Yevlax rayonunun sabiq icra başçısı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bilməmiş və korrupsiyaya qurşanmış bir şəxs olmuşdu. Hüquq-mühafizə, təhlükəsizlik orqanları bu məsələ ilə bağlı tədbirlər görüblər.
Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, YAP-ın Yevlax rayon təşkilatı da sabiq icra başçısının əməlləri ilə bağlı öz mövqeyini bildirib. Çünki YAP üzvü olan məmurlar, sıravi vətəndaşlar, ictimaiyyət nümayəndələri bu məsələ ilə bağlı narahatlıqlarını bildirirdilər və əlbəttə ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu tədbirlərin əsası var.
Hazırda cənab Prezident tərəfindən təyin olunmuş icra başçısı isə tam müasir tələblərə uyğun olaraq şəffaf fəaliyyət göstərir. Və Yevlax rayonunda tamamilə fərqli bir ab-hava mövcuddur. Biz birgə səylərlə yığılmış bir sıra problemlərin həlli ilə bağlı tədbirlər həyata keçiririk. Görülən işlərdə dövlətimizin başçısının son dövrlərdə çıxışlarındakı tezislər əldə rəhbər tutulur. Rayon əhalisi bilir ki, bundan sonrakı fəaliyyət daim ictimaiyyətin, cənab Prezidentin nəzarətindədir və hər bir kəs bu tezislərə uyğun olaraq fəaliyyət göstərməlidir.
Bir daha vurğulamaq istəyirəm ki, çox təqdirəlayiq haldır ki, partiya üzvü olaraq biz rayonda baş vermiş neqativ hallara iradımızı bildirmişik, bununla bağlı partiya rəhbərliyinə də məlumatlar çatdırılıb. Təbii ki, məhkəmə-hüquq sistemi bu əməllərin qiymətini verəcək.
Yevlax rayonu kənd təsərrüfatı baxımından da vacib rayondur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi rayonda bir sıra vacib layihələr həyata keçirmək niyyətindədir. Bununla bağlı işgüzar danışıqlar aparılır. Kəndlərdə məktəblər, uşaq bağçaları yeniləşdirilir. İçməli su məsələsi də var ki, “Azərsu” ASC bu yöndə ciddi tədbirlər həyata keçirir. Mingəçevirdən çəkilən su xəttindən həm də Yevlaxın bir sıra kəndlərinə su verilməsi ilə bağlı mövcud olan bir sıra lokal problemlər də öz həllini tapmaqdadır.
Bir sıra məsələlər var ki, onların həllinə daha geniş proqramların icrası yardım edə bilər. Çünki Yevlaxın bir sıra kəndlərində ciddi şoranlıq problemi mövcuddur. Amma bir daha vurğulamaq istəyirəm ki, rayon rəhbərliyi, əlaqədar təşkilatlarla birgə bu məsələlərin qısa zaman kəsiyində həllini tapması üçün əlaqəli şəkildə fəaliyyət göstəririk.
- Əli müəllim, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz? Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Əminəm ki, həm Mingəçevirdə, həm də Yevlaxda insanlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyən, Ona sədaqətlə xidmət edən YAP-ın namizədlərini yenə də dəstəkləyəcəklər. Vətəndaşlar əmin ola bilərlər ki, biz də onları parlamentdə həmişə olduğu kimi, şərəflə təmsil edəcəyik, onların yanında olacağıq.
Mən Yevlax və Mingəçevir seçicilərini Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıram. Seçiciləri Heydər Əliyev siyasətinə xidmət edən, Prezident İlham Əliyevə sədaqətli olan namizədlərin yanında olmağa səsləyirəm!

 
  • Oxunub:  3300  |  
  • Tarix:  29-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7