Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq

Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq

24.01.2020 [10:17]

24 saylı Nizami birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Mustafayev www.yap.org.az saytına müsahibə verib:
- Elnur müəllim, hazırda ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Sizcə, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hansı uğurlarla gedir?
- Bilirsiniz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi, elmi, hərbi, mədəni, təhsil və sosial sahələrdə respublikamızda əhəmiyyətli uğurlar əldə edilmişdir. Cənab Prezident İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.
Hazırda sosial müdafiə, iqtisadi islahatlar, o cümlədən vergi, hüquq, idarəetmə, eyni zamanda mədəniyyət, idman, təhsil və ictimai həyatımızın digər sahələrində dərin müsbət dəyişikliklər müşahidə edirik. Bu müsbət dəyişikliklər və islahatlar həm də sahibkarlıq, kommersiya və biznes fəaliyyətinin inkişafı üçün münasib mühit yaratmışdır. Aparılan mühüm çoxşaxəli islahatlar nəticəsində ölkədə işsizlik səviyyəsinin aşağı salınması istiqamətində önəmli addımlar atılaraq yeni-yeni iş yerləri açılmış, bu da ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsinə və işsizlik səviyyəsinin enməsinə səbəb olmuşdur.
Başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmiş, ölkəmizin dayanıqlı inkişafı təmin olunmuşdur. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir.
Eləcə də ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun, Dünya Bankının və digər beynəlxalq iqtisadi-maliyyə qurumlarının hesabatlarında Azərbaycandakı biznes mühiti, iqtisadiyyatda rəqabətlilik, islahatlar və digər vacib göstəricilər yüksək qiymətləndirilir. Həmin hesabatlarda Azərbaycan dünya ölkələri arasında öncül yerlərdən birini tutur.
Azərbaycanda həmçinin möhkəm ictimai-siyasi sabitlik, güclü vətəndaş həmrəyliyi və Prezident-xalq birliyi mövcuddur.
Bütün bunlar, qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin nailiyyətləridir. Təbii ki, Yeni Azərbaycan Partiyası bu nailiyyətlərin fövqündə parlament seçkilərinə böyük inamla gedir. Bu mənada, xalqımız Heydər Əliyev ideyalarının parlaq daşıyıcısı olan, Prezidentimiz cənab İlham Əliyevin siyasətinin ən fəal təbliğatçısı və dəstəkçisi Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Ona görə də partiyamız seçkilərə böyük inamla gedir və onun qələbə qazanacağı şübhəsizdir.
- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Məlumdur ki, yüksək templə gedən bu dərin, ciddi və çoxsahəli islahatların fonunda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi zəruri idi. Və təsadüfi deyil ki, Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə Milli Məclisin müraciəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünün nəticəsidir. Bu təşəbbüsün verilməsi ilə Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi olmasını bir daha təsdiq etmiş oldu.
Göründüyü kimi, davamlı və inklüziv inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlər tələb edir ki, qanunvericilik sahəsində daim təkmilləşmə həyata keçirilsin. Həm də qeyd etmək istərdim ki, inkişafımızın indiki mərhələsində innovativ texnologiyaların resurslarından və yanaşmalarından idarəetmədə istifadə etmək zərurətə çevrilib. Bu isə öz növbəsində qanunvericilikdə hər hansı boşluğun aradan qaldırılması üçün zəruri bir vasitədir.
Hesab edirəm ki, qanunvericilik sahəsində aparılan islahatlar da ölkəmizin ümumi inkişafına mühüm töhfələr verəcək. Bu istiqamətdə yeni seçiləcək millət vəkillərinin üzərinə böyük məsuliyyət düşür.
- Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslər təqdim olunur. Seçki prosesini izləyən mərkəzlər, siyasi ekspertlər də hesab edirlər ki, parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır. Bu barədə nə deyə bilərsiniz?
- Parlament seçkilərində Yeni Azərbaycan Partiyası layiq bildiyi şəxslərin deputatlığa namizədliyini irəli sürüb. Bu mənada, formalaşmış ictimai rəy çox düzgündür. İnanıram ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqi ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər nəticəsində yeni seçiləcək millət vəkilləri qanunvericilik sahəsində islahatların həyata keçirilməsində, ölkənin davamlı inkişafında, effektiv və şəffaf qanun yaradıcılığı fəaliyyətində növbəti keyfiyyət pilləsinə keçəcəkdir. Və bütün bunlar Azərbaycan Respublikası vətəndaşlarının həyat şəraitinin davamlı yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq Azərbaycan Respublikasının vətəndaşlarının xidmətində olmağa hazıram.
- Qanun yaradıcılığı fəaliyyətinin hansı sahələrində sizin təcrübəniz yararlı ola bilər?
- Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəf və məsuliyyətdir. Bu etimada görə partiyamızın rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, qanun yaradıcılığı sahəsində mənim təhsilim, uzunmüddətli beynəlxalq və yerli iş təcrübəm faydalı ola bilər.
Məlumat üçün bildirim ki, ali məktəbi beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətimə gənc yaşımdan Azərbaycanda başlamışam.
Sonra isə uzunmüddətli dövrlər ərzində bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Hollandiya, İspaniya, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan və digər ölkələrdə iqtisadiyyatın fərqli sektorlarında maliyyə, iqtisadi və idarəçilik məsələlərilə məşğul olmuşam. Dünya miqyasında tanınmış şırkətlərdə işləmişəm, bu şirkətlərdə yüksək vəzifələr tutmuşam, müasir idarəetmə və biznes fəaliyyətinin effektiv aparılması sahəsində layihələr həyata keçirtmişəm. Audit üzrə Azərbaycanda və Rusiyada müvafiq lisenziyalara sahib olmuşam, hazırda isə korrupsiya və dələduzduq araşdırmaları üzrə sertifikatlaşdırılmış ekspertlərin beynəlxalq assosiasiyasının üzvüyəm.
2012-ci ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət Neft Şirkətinin müxtəlif müəssisələrində çalışmışam, innovasiyaların və islahatların tətbiqinə aid bir neçə layihələrə rəhbərlik etmişəm. Hal-hazırda isə SOCAR PETROLEUM Qapalı Səhmdar Cəmiyyətinin baş direktorunun innovasiyalar üzrə müavini vəzifəsində çalışıram. Bir neçə xarici dili sərbəst istifadə etməyi bacarıram.
Biznesin fərqli sahələrində innovasiyaların tətbiqi, iqtisadi və maliyyə, audit və müşavirlik, korrupsiya halları və maliyyə pozuntularının araşdırılması, istehsalat və xidmət, kiçik, orta və böyük layihələrin idarəedilməsi və sair sahələrdə uzunmüddətli beynəlxalq və yerli iş təcrübəsinə malik olan peşəkar olaraq qanun yaradıcılığı fəaliyyətində vicdanla çalışmağa hazıram.
- Elnur müəllim, son olaraq seçicilərinizə nə demək istərdiniz?
- Mən seçiciləri seçki günü fəal olmağa çağırıram. İnanıram ki, seçicilərin hər biri fevralın 9-da səsvermə məntəqələrinə gələrək cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə, bugünkü davamlı islahatlara öz dəstəyini ifadə edəcək.
Seçicilərin hər birinin Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə daha güclü Azərbaycan naminə səs verəcəyinə qəti inanıram.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31