Ana səhifə »  Müsahibə »  Millət vəkili seçilərəmsə, əlimdən gələni edəcəyəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
A+   Yenilə  A-
Millət vəkili seçilərəmsə, əlimdən gələni edəcəyəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Anar İsgəndərov www.yap.org.az saytına müsahibə verib:
- Anar müəllim, Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Parlament seçkilərində iştirak etmək, seçkilərdə hakim partiyanı təmsil etmək sizin üçün hansı məna kəsb edir?
- İlk öncə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri cənab İlham Əliyevə 71 saylı Masallı kənd seçki dairəsindən mənim deputatlığa namizədliyimin irəli sürülməsinə görə təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox böyük etimaddır və bu etimadın məsuliyyətini başa düşürəm.
Bilirsiniz ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Sosial-iqtisadi sahədə, eləcə də məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir. Zamanla ayaqlaşmaq üçün qanunvericilik sahəsində də islahatlara başlanıldı. Milli Məclis Prezidentimizin həyata keçirdiyi islahatlara adekvat fəaliyyət göstərməlidir.
Parlamentin yeni tərkibi elə olmalıdır ki, zamanın çağırışlarına uyğun fəaliyyət göstərib mükəmməl qanunlar qəbul etsin. Dövlətimizin daxili və xarici siyasətdə qazandığı uğurları, ictimai-siyasi prosesləri, nəhəng quruculuq işlərini fikirləşəndə düşünürəm ki, mən nə etməliyəm: millət vəkili seçiləcəyim təqdirdə təmsil etdiyim seçki dairəsinin ərazisindəki məsələlərin həllinə çalışmaq, görülən uğurlu işləri, əldə olunan nailiyyətləri təbliğ etmək lazımdır. 71 saylı Masallı kənd seçki dairəsi üzrə seçicilər mənə etimad göstərəcəyi təqdirdə çalışacağam ki, göstərilən etimadı layiqincə doğruldum.
Mən 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşam. 1963-1973-cü illərdə Kolatan kənd orta məktəbində təhsil almışam. 1973-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam. 1978-ci ildə universiteti bitirdikdən sonra təyinatla Masallı rayonuna göndərilmişəm. 1978-1981-ci illərdə əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan kənd orta məktəbində tarix müəllimi işləmişəm.
1982-ci ilin yanvarından 1984-cü ilin fevralına kimi Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Fəlsəfə kafedrasında çalışmışam. 1984-cü ilin martından Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışmağa başlamışam. 1985-1989-cu illərdə Bakı Dövlət Universitetində aspiranturada təhsilimi qiyabi yolla davam etdirmişəm. 1989-cu ildə Tarixşünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə namizədlik dissertasiyası müdafiə etmişəm. 1989-1999-cu illərdə Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışam. 1999-cu ildə həmin kafedranın müdiri vəzifəsinə seçilmişəm və hal-hazıradək həmin vəzifədə işləyirəm.
2004-cü ilin aprelində “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm. 2004-cü ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı almışam.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı “Tərəqqi”, 2016-cı il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərimə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşam. 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamları ilə Cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı”, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu” ilə təltif edilmişəm. Qürur duyuram ki, dövlətimiz mənim fəaliyyətimə yüksək qiymət verib.
Mən BDU-da çalışsam da, rayonla bağlı adamam. Elə ay yoxdur ki, Masallıda olmayım. Deputatlığa namizədliyimin qeydə alınması üçün imzatoplama prosesində rayonda olarkən mənə yüzlərlə, minlərlə telefon zəngi oldu. Mən bunu şişirtmirəm, həqiqətdir. Şahidi oldum ki, insanlar Prezidentimizi, dövlətimizi sevirlər. İnsanlar dövlətin siyasətini dəstəkləyirlər. Bunun timsalında gördüm ki, insanların mənə münasibəti çox səmimidir və bu səmimiyyət məni ruhlandırdı. 450 imzanı bir kənddən toplaya bilərdim. Doğulduğum kəndin əhalisinin hamısı mənim xeyrimə imza vermək istəyirdi. Amma qanunvericiliyə uyğun olaraq bütün dairə üzrə imza topladım. Mən deputat seçilərəmsə, çalışacağam ki, göstərilən etimadı doğruldum.
- Siz Azərbaycanın tanınmış tarixçilərindən birisiniz. Çox dəyərli elmi-tarixi əsərlərin müəllifisiniz...
- Bir elm adamı kimi fəaliyyətim ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışam. Əsasən 1917-1920-ci illər tariximizi tədqiq etmişəm. Mənim 1997-ci ildə “1918-ci il Mart qırğınının tarixşünaslığı” adlı monoqrafiyam, 2003-cü ildə geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyam çap olunub. Həmin il “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik əsərim də işıq üzü görüb. 2006-cı ildə isə “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)” adlı fundamental əsərim nəşr olunub.
2011-ci ildə isə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası nəşr olunub. 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlarına həsr olunan tədqiqat işini də başa çatdırmışam, əsər 2011-ci ildə ABŞ-da ingilis dilində “Realites of Azerbaijan: 1917-1920” (Azərbaycan reallıqları:1917-1920) adı altında nəşr olunub. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazıb. “Realites of Azerbaijan: 1917-1920” əsəri ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Əsər 2012-ci ildə Azərbaycan dilində nəşr olunub. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, 1918-1920-ci illərdə erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Sovetinin anti-Azərbaycan siyasəti, ingilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və Qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilib.
Bütün bunlardan başqa da mənim əsərlərim nəşr olunub ki, bu işi görmək mənim həm tarixçi, həm də vətəndaş kimi borcumdur.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı uğurla davam etdirilir. Bu baxımdan, Masallı rayonundakı quruculuq işləri haqda nə deyə bilərsiniz?
- Dövlətimizin başçısı Azərbaycanın bütün bölgələrinə, o cümlədən Masallıya böyük qayğı göstərir. Bu qayğının nəticəsində də Masallı rayonunda bu gün inkişaf müşahidə olunur. Hörmətli Prezidentimizin Masallının sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər tapşırıqları olub. Və bu tapşırıqların yerinə yetirilməsi nəticəsində rayonda hər bir sahədə nailiyyətlər var. İstər kənd təsərrüfatında, istərsə də emal, istehsalat sahəsində də gözəl nəticələr əldə edilir.
Məsələn, son illər çayçılığın inkişafı yönündə ciddi addımlar atılır. Masallının əhalisi zəhmətkeş əhalidir, onlar uğuru halal zəhmətdə görürlər. Eləcə də rayonda “ASAN xidmət” Mərkəzi yaradılıb ki, insanlar bu xidmətdən çox razıdırlar. Həmçinin Masallı Olimpiya İdman Kompleksi gənclərin xidmətindədir. Bir sözlə, rayonda hərtərəfli inkişaf gedir, əhalinin rifah halı davamlı olaraq yüksəlir. Rayona gələn qonaqlar şahidi olurlar ki, Masallı, doğrudan da, gözəlləşib, onun insanları zəhmətkeşdirlər. Dövlətimiz rayonumuzun inkişafı üçün əlindən gələni edir.
Qeyd etdiyim kimi, bu proses bütün bölgələrdə gedir. Bütün bunlar isə dövlətimizin gücü sayəsində baş verir. Bilirsiniz ki, dünyada 5 mindən çox xalq var. Elə xalq var ki, sayı 100 milyondan artıqdır, amma heç muxtariyyəti də yoxdur. Dünyada 200 dövlət var. Biz də xoşbəxtik ki, müstəqil dövlətimiz var. Bu gün müstəqil Azərbaycan gündən-günə güclənir. Bizim yeganə problemimiz torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki işğalçı və işğala məruz qalan məlumdur. Torpaqlarımız zəif Azərbaycanın zamanında işğal olunmuşdu, bu gün isə güclü Azərbaycan var. Bütün dünyada Azərbaycanın haqq səsi eşidilir. İnşallah, üçrəngli bayramığımız Azərbaycanın hər yerində dalğalanacaq.
- Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. İnsanlar partiyamızın seçki proqramını necə qarşılayırlar?
- YAP sübut edib ki, sadəcə, vəd vermir, o, ideya irəli sürür, ideya cəmiyyətdə dəstəklənir və uğurla həyata keçirilir. Seçicilərlə görüşdə də bunun canlı şahidiyəm ki, 71 saylı Masallı kənd seçki dairəsinin ərazisində yaşayan insanlar Heydər Əliyev ideyalarına sadiqdirlər, insanların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya böyük məhəbbəti var. Eləcə də partiyamızın da əhali arasında nüfuzu yüksəkdir.
Azərbaycanın dilbər guşələrindən biri olan Masallıda insanlar partiyamızın seçki proqramı ilə yaxşı tanışdırlar, onlar partiyamıza inanır, güvənirlər. Çünki bu rayonda da böyük inkişaf var. Rayonda müasir məktəblər tikilib istifadəyə verilir ki, burada təhsil alanlar bizim gələcəyimizdir, onlara yüksək təhsilin verilməsini dövlətimiz, partiyamız əsas vəzifələrdən biri hesab edir. Eləcə də müasir tibb ocaqları insanların sağlamlığının xidmətindədir. Əhalinin işıq, qaz problemləri ötən illər ərzində həll olunub və bu proses davam edir. Həmçinin yeni yollar istifadəyə verilir, əhalinin rifah halının yüksəlməsi üçün davamlı tədbirlər görülür, pensiyalar, əməkhaqları artırılır və s. Bütün bu möhtəşəm işləri həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz İlham Əliyevdir. Buna görə də hər yerdə YAP-ın təkcə səsi duyulmur, onun gücü görünür. Mən insanların simasında bunu görürəm, onlar partiyamızın seçki proqramını dəstəkləyirlər.
- Anar müəllim, son olaraq seçicilərə nə deyərdiniz?
- Mənim çağırışım qeyri-adi, pafoslu deyil. Mən Masallı rayonunda doğulmuşam, bu ərazinin seçiciləri həmyerlilərimdir. İndiyə qədər necə onların arasında idimsə, seçkilərdə etimad göstərərlərsə, onlara daha da yaxın olacam. Hər birinin evində olacağam ki, onların razılığını, xeyir-duasını alım. Millət vəkili seçilərəmsə, parlamentdə həmin insanların səsi olacağam. Onların sözünü parlament tribunasından səsləndirəcəyəm, problemlərinin həlli ilə bağlı müvafiq qurumlara müraciət edəcəyəm. Mən bu işdə öz məsuliyyətimi dərk edirəm, millət vəkili seçilərəmsə, onların etimadına layiq olmağa çalışacağam. Mənə səs verən insanların vəkili olacağam, əlimdən gələni edəcəyəm ki, onlar mənə səs verdikləri üçün təəssüflənməsinlər.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  18-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

17 Fevral 20:47
Tengiz Txilava: Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17 Fevral 20:31
Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu
17 Fevral 20:20
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
17 Fevral 20:07
Ermənistan müxalifəti: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17 Fevral 17:58
Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb
17 Fevral 17:56
Kürdəmirdə yol tikintisinə 4,9 milyon manat ayrılıb – SƏRƏNCAM
17 Fevral 17:56
UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17 Fevral 17:52
MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar
17 Fevral 17:27
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
17 Fevral 17:06
Ötən il Nəsimi rayonunda 9000 daimi iş yeri açılıb
17 Fevral 16:50
Bakı Dövlət Universitetində “Psixoloji yardım sektoru”nun açılışı olub
17 Fevral 16:45
Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil
17 Fevral 16:38
Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi
17 Fevral 16:34
Rövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək
17 Fevral 16:06
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
17 Fevral 15:52
Dilarə Cəbrayılova: Nikol Paşinyan dünyanın gözü qarşısında aciz vəziyyətə düşdü
17 Fevral 15:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedəcək
17 Fevral 15:25
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
17 Fevral 15:22
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib
17 Fevral 15:20
Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər
17 Fevral 15:10
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi
17 Fevral 15:03
Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçiriləcək
17 Fevral 14:54
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib
17 Fevral 14:44
“The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”
17 Fevral 14:32
Pərvin Kərimzadə: Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi
17 Fevral 14:31
Ekspert: Münxendə keçirilən diskussiya Ermənistan tarixində qara gün oldu
17 Fevral 14:27
Ekspert: İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin ən aşağı kateqoriyasına daxildir
17 Fevral 14:13
Siyavuş Novruzov: MSK-nın qarşısında icazəsiz etiraz aksiyası beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir
17 Fevral 14:01
Musa Qasımlı: Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü
17 Fevral 13:20
Naqif Həmzəyev: Münxen debatı Ermənistanın acizliyinin nümayişi oldu
17 Fevral 12:13
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Yaponiya mətbuatının da diqqətində olub
17 Fevral 12:11
Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələr barədə məqalə yayıb
17 Fevral 11:47
Xəzərin sahili sintetik torlardan təmizlənib
17 Fevral 11:44
Bakı Ali Neft Məktəbi Tallinn Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
17 Fevral 11:32
Seçenov Universitetinin Bakı filialında icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirmə proqramı tədris olunacaq
17 Fevral 11:29
Meksika qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
17 Fevral 11:21
Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini müxtəliflik barəsində məlumatlandırılıblar
17 Fevral 10:59
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 10:38
Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib
17 Fevral 09:45
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
17 Fevral 09:20
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
17 Fevral 09:08
Moldovada yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib
16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA