Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm tarix yazır
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm tarix yazır

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, 2019-cu il artıq tarixə qovuşdu. Sizcə, ötən il Azərbaycan üçün hansı uğurlarla yadda qaldı?
- Əlbəttə ki, başa vurduğumuz 2019-cu il uğurlu il kimi Azərbaycanın tarixinə yazıldı. Hesab edirəm ki, Azərbaycanın qazandığı uğurlar bütün dünyada yaşayan azərbaycanlıların nailiyyəti kimi dəyərləndirilə bilər. Çünki müasir müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların Vətəni hesab olunur.
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları vacib məqsədlər ətrafında birləşdirir. Bu məqsədlər birlik və həmrəylik, müstəqil dövlətimizin inkişafına və daha da gücləndirilməsinə xidmət etməkdən ibarətdir. Dövlətimizin başçısı İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində qeyd etdiyi kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Cənab Prezident təbrikində onu da bildirib ki, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Məhz bunun nəticəsidir ki, bəşəriyyəti narahat edən bir çox problemlər Bakıda müzakirə olunur, ölkəmiz bu istiqamətdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Ötən il ərzində ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünə, Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.
Ötən il həmçinin TANAP layihəsinin Avropaya birləşən hissəsinin açılışı oldu. Bu da bizim üçün tarixi hadisədir. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Ümumilikdə, Azərbaycan 2019-cu ildə hər bir sahədə möhtəşəm nailiyyətlər əldə edib. Sosial-iqtisadi, humanitar, mədəni sahələrdə mühüm uğurlar qazanıb. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm tarix yazır.
- Ötən il, eyni zamanda, ölkəmizdə mühüm islahatlar həyata keçirildi. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?
- Bəli, islahatlar baxımından ötən il xüsusilə əlamətdar oldu. Bilirsiniz ki, Azərbaycan öz siyasətini bir qayda olaraq zamanın dəyişən tələblərinə uyğun qurur. Bu baxımdan respublikamızda reallaşdırılan islahatlar xüsusilə səciyyəvidir. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, reallaşdırılan islahatlar kompleks səciyyə daşıyır və dövlət siyasətinin bütün istiqamətlərini əhatə edir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində “2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır”, - deyə vurğulayıb.
2019-cu ildə də uğurla davam etdirilən islahatların mühüm bir qismi iqtisadi sektoru əhatə edir. Ötən il milli iqtisadiyyatımızda artım davam edib. Mən iqtisadçı olmasam da, açıqlanan rəqəmlərə əsasən deyə bilərəm ki, qeyri-neft sektorunda istehsalın genişlənməsi ilə paralel şəkildə, ölkəmizdən ixrac da artır. Artıq Azərbaycan şirkətləri xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə vahid ölkə stendində uğurla təmsil olunurlar. Bütövlükdə 2019-cu ildə respublikamızdan qeyri-neft məhsullarının ixracı təxminən 15 faiz artıb ki, bu da məhsullarımızın yüksək rəqabət qabiliyyətinə malik olduğunu, həmçinin “Made in Azerbaijan” brendinə dünya miqyasında inamın artdığını təsdiqləyir. Azərbaycanda həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da mühüm yer tutur. Ölkəmiz bir sıra göstəricilərə görə dünya miqyasında ön sıralarda dayanır.
Bundan başqa, ötən il aparılan kadr islahatları da cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları birmənalı şəkildə dəstəkləyir.
- Həyata keçirilən sosial islahatlar da cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir...
- Təbii ki. Azərbaycan sosial dövlət olduğu üçün xalqın rifah halı dövlətimizin siyasətində başlıca yer tutur. 2019-cu ildə ölkəmizdə reallaşdırılan islahatlar sırasında sosial məzmunlu islahatların əhatə dairəsi daha geniş olub. Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Bu strateji kursa uyğun olaraq respublikamızda 2019-cu ilin əvvəlindən bilavasitə insanların rifah halının daha da yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan iki böyük sosial paket uğurla həyata keçirilib. Ötən il aparılan sosial islahatlar bütövlükdə 4,2 milyon insanı əhatə edir. Bu islahatların maliyyə yükü də kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Prezident İlham Əliyev qeyd edib ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.
- Nizami müəllim, bildiyimiz kimi, 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdu. Bu il çərçivəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdi. Azərbaycanda hər zaman dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub.
Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edildi. Ölkə başçısının bu qərarı bütün xalqımız tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın dahi şairi Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub. Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir. Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətləri olub. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir.
Bilirsiniz ki, il ərzində mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda və dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd olunub. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlər xüsusilə əlamətdar oldu. Eyni zamanda, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün ölkə ərazisində 650 min ağacın əkilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi oldu.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  09-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4