Ana səhifə »  Müsahibə »  Əli Əhmədov: İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən lider kimi qəbul olunur
A+   Yenilə  A-
Əli Əhmədov: İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən lider kimi qəbul olunur

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədovun APA-ya müsahibəsi
- 2019-cu il Prezident İlham Əliyev tərəfindən islahatlar ili elan olundu. Bu il ərzində həyata keçirilən islahatları necə dəyərləndirirsiniz?
- Azərbaycan dünyanın ən çox və uğurla islahatlar həyata keçirən ölkələrindən biridir. Müxtəlif beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan ən uğurla islahat keçirən dövlətlərdən biri kimi qeyd olunur. Hesab edirəm ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın inkişaf dinamikasını daha da yüksəldir. Xüsusilə 2019-cu il islahatların daha geniş miqyas aldığı bir dövr kimi, yəqin ki, tariximizə daxil olacaq. Hesab edirəm ki, bu il həyata keçirilən islahatlar Azərbaycanın həm iqtisadiyyatını, həm də həyatımızın bütün sahələrini ciddi şəkildə dəyişdirəcək. Bir şey tamamilə aydındır, 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bir çox sosial paketlər Azərbaycan vətəndaşlarının həyatını, həyat səviyyəsini əhəmiyyətli şəkildə dəyişdirib. Digər islahatlar var ki, onların da bir hissəsi həyata keçirilib, bir hissəsi isə Prezidentin də qeyd elədiyi kimi, bundan sonra da davam etdiriləcək. Güman edirəm ki, bu dəyişikliklər Azərbaycanın inkişafının yeni pilləyə qalxmasını təmin edəcək. Təbiidir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, digər cəhətdən isə həyatımızın bütün sahələri, o cümlədən də idarəetmə sferasında ciddi dəyişikliklərin aparılması nəzərdə tutulub. Bunların bir hissəsi artıq həyata keçirilib, kadr dəyişiklikləri bu islahatların tərkib hissəsidir. Amma söhbət təkcə kadr dəyişikliyindən getmir, bütövlükdə idarəetmənin struktur təkmilləşdirilməsi və yeni dünya baxışının ortaya qoyulması nəzərdə tutulur. Güman edirəm ki, bunlar həm kifayət qədər cəsarətli islahatlardır, həm də böyük gələcəyi olan dəyişikliklər kimi qiymətləndirilə bilər.
- Prezident İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının Sədridir. YAP bu dəyişikliklərə necə uyğunlaşır?
- Təbiidir ki, hər bir dəyişiklik cəmiyyətin yeni keyfiyyət halının formalaşmasına xidmət edir. Əgər dəyişikliklər bütövlükdə kompleks xarakter daşıyırsa, həyatın bütün sahələrini əhatə edirsə, yəqin ki, bütün strukturlar, qurumlar və bütün insanlar bu dəyişikliyə uyğunlaşmağa çalışmalıdırlar. O cümlədən də Yeni Azərbaycan Partiyası bu gün qarşısına qoyduğu vəzifələrdən birini onda görür ki, dəyişikliklərə uyğunlaşsın, partiyaya yeni nəfəs gəlsin. YAP-a mütəmadi olaraq gənc insanlar gəlir, onlar Yeni Azərbaycan Partiyasına özlərinin yeni dünyagörüşünü, yeni baxışlarını gətirirlər. Təbiidir ki, Prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlmək üçün Onun rəhbərlik etdiyi partiya da kütləvi dəyişikliklərə uyğun olmalıdır. Güman edirəm ki, bu dəyişiklikləri ardıcıl surətdə YAP-ın iş prinsipində görəcəyik.
- İslahatlar paketinin bir hissəsi kimi Azərbaycanda növbədənkənar parlament seçkiləri elan olunub. Hakim partiya bu seçkilərə necə hazırlaşır və gözləntiləriniz nələrdir?
- Yeni Azərbaycan Partiyası hazırda daha çox bələdiyyə seçkiləri ilə məşğuldur. Güman edirəm ki, YAP-ın irəli sürdüyü bələdiyyə namizədləri uğur qazanacaq, beləliklə də, Azərbaycan bələdiyyələrində YAP öz mövqelərini qoruyub saxlayacaq. O ki qaldı parlament seçkilərinə, buna hələ vaxtımız var. Seçkinin biri başa çatdıqdan sonra digəri ilə də ciddi şəkildə məşğul olacağıq. Namizədlərin müəyyənləşdirilməsi, onların təsdiq edilməsi və prosedur qaydalarına uyğun şəkildə onların qeydiyyatdan keçməsindən tutmuş seçki kampaniyası strategiyasının hazırlanıb həyata keçirilməsinə qədər ardıcıl surətdə bütün işlərimizi ənənəmizə uyğun olaraq uğurla apara biləcəyik.
- Bu il Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə çıxışı da dünya mediasının gündəmində olub. Bu haqda da fikirlərinizi bilmək istərdik.
- İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən lider kimi qəbul olunur. Təbii ki, Onun beynəlxalq tədbirlərdə çıxışları da diqqət mərkəzində olur və ciddi rezonanslar yaradır. Bu mənada hesab edirəm ki, bu, bir yandan Azərbaycan Prezidenti İlham Əliyevin Özünün şəxsi keyfiyyətləri ilə bağlıdır, digər yandan da lider kimi Ona bəslənən böyük hörmətin, Azərbaycana olan diqqətin ifadəsidir. Təbiidir ki, bu həm də Azərbaycanın mövqeyinin açıq şəkildə Prezident tərəfindən ifadə edilməsinin bariz nümunəsidir. Azərbaycan müstəqil siyasət həyata keçirir. Prezident dəfələrlə qeyd edib ki, “Biz bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan dövlətinin mənafeyinə uyğun şəkildə tam müstəqil siyasət həyata keçirə bilirik. Bunun da kökündə Azərbaycanın iqtisadi potensialı, dövlətçilik ənənələri, tam müstəqillik ideyalarına söykənməsi kimi təməllər dayanır”. Beləliklə də, müstəqil siyasət həyata keçirən dövlətin rəhbərinin səsləndirdiyi bəyanatlar da istər-istəməz dünya miqyasında da, regional səpkidə də kifayət qədər böyük diqqətə səbəb olur. Xüsusilə Dağlıq Qarabağ probleminin həll olunması ilə əlaqədar Prezident İlham Əliyevin çox kəskin mövqeyinin ifadə olunması, hesab edirəm ki, bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar mövqeyinin ifadəsi kimi dərk edilməli, qiymətləndirilməli, ikinci bir tərəfdən isə Azərbaycanın özünə inamının ifadəsi sayılmalıdır. Üçüncü məqam kimi isə bu, dövlət başçısı kimi İlham Əliyevin cəsarətli və prinsipial mövqeyi kimi qiymətləndirilməlidir.
- Bu gün Prezident İlham Əliyevin ad günüdür. Onunla ünsiyyətdə olan, yaxından tanıyan bir şəxs kimi, Sizin də arzularınızı bilmək maraqlı olardı...
- Hər şeydən əvvəl mən İlham Əliyevə möhkəm cansağlığı arzulayıram. İlham Əliyev, sözün həqiqi mənasında, xoşbəxt bir dövlət başçısı və siyasətçidir. Çünki Onun həyata keçirdiyi siyasət insanlar tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır, insanların Ona böyük hörməti və etimadı var. Onun həyata keçirdiyi siyasət uğur qazanır və bunun nəticəsində Azərbaycan XXI əsrdə ən uğurlu gənc dövlətlərdən biri kimi etiraf olunmaqdadır. Siyasətçinin xoşbəxtliyi hər şeydən əvvəl onun həyata keçirdiyi siyasətin uğur qazanmasıdır, nailiyyətlərinin olmasıdır. İkincisi, təbii ki, vətəndaşlarının ona olan hörməti və ehtiramıdır. Bu yaxınlarda keçirilən sosioloji sorğu nəticəsində xalqın Prezident İlham Əliyevə olan etimadının nə qədər böyük olduğunun bir daha şahidi olduq. Bütün bunların hamısından çıxış edərək birmənalı şəkildə deyə bilərik ki, İlham Əliyev, sözün həqiqi mənasında, xoşbəxt dövlət başçısı və xoşbəxt siyasətçidir. Mən arzu edirəm ki, Onun xoşbəxtliyi zaman etibarilə daha çox olsun. Çünki O, nə qədər Azərbaycana rəhbərlik edəcəksə, Azərbaycan bu rəhbərlikdən o qədər fayda və xeyir görəcək.

 
  • Oxunub:  3810  |  
  • Tarix:  25-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA