Ana səhifə »  Müsahibə »  Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
A+   Yenilə  A-
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri, əməkdar iqtisadçı Məmməd Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Məmməd müəllim, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Sizcə, Ulu Öndərimizin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu nədən ibarətdir?
- Zəngin dövlətçilik tarixinə malik Azərbaycan bu gün dünya siyasi arenasında layiqli yer tutan, etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu mərhələyə - bugünkü yüksəliş və inkişaf dövrünə asanlıqla çatmayıb. Azərbaycanın müstəqil, qüdrətli ölkə kimi tərəqqi yoluna çıxmasında lider amili əvəzsiz - həlledici rol oynayıb. Bəli, biz bu gün böyük qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Yəni Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır: bu nüans ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Yəni xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə əvəzsiz işlər görülüb. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Bu gün qədirbilən Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Heydər Əliyevin əziz xatirəsini daim öz qəlbində yaşadır. Çünki Heydər Əliyev Azərbaycanı xaosdan, tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb, respublikamızın sürətli yüksəlişini - inkişafını təmin edib, müstəqilliyimizi daimi və əbədi etməyə nail olub. Bütün bu nailiyyətlərin təməlini təşkil edən başlıca amil Ümummilli Liderin Öz xalqının rifahı üçün böyük fədakarlıqlar nümayiş etdirərək yorulmaz və səmərəli fəaliyyət göstərməsi idi. Xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən, vətənpərvər şəxsiyyət olan Heydər Əliyev fəaliyyətinin bütün dövlərində xalqa ləyaqətlə xidmət edib, Azərbaycanı inamla irəliyə aparıb.
- Bu gün Azərbaycanın hər bir guşəsində Ulu Öndər Heydər Əliyev böyük ehtiramla anılır. Onun xalqımız qarşısındakı xidmətləri tariximizə qızıl hərflərlə yazılıb...
- Ulu Öndər Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü.
Yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi elə də asan və rahat olmayacaqdı. Əslində, Azərbaycanda dövlətin transformasiyası totalitar rejimdən demokratik cəmiyyətə keçidi təmin etməyə istiqamətlənmişdi. Buna isə radikal addımlarla nail olmaq mümkün deyildi. Bu mənada Ulu Öndər Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.
Bu gün gündən-günə tərəqqi edən Azərbaycanın hansı guşəsinə baxsan, gözümüzün önündə Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımız üçün gördüyü möhtəşəm işlər canlanır. Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, təhlil olunur və əsl qiymətini alır.
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sığorta sahəsinin inkişafı ilə bağlı xidmətləri haqqında da fikirlərinizi bilmək istərdik...
- Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda sığorta sahəsi yeni inkişaf yoluna qədəm qoymuşdur. Belə ki, ölkəmizdə milli sığorta bazarı ötən əsrin 90-cı illərinin ortalarında formalaşmağa başlamışdır. Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclis tərəfindən “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik olmuş, milli sığorta bazarının yaranmasına şərait yaradılmışdır.
Sığorta bazarının daha da inkişaf etdirilməsi məqsədilə 1996-cı ildə MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Qanunu qəbul edildi.
Müstəqilliyimizin ötən dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış Fərman və sərəncamlar, qəbul olunmuş qanunlar, qərarlar və digər normativ-hüquqi aktlar respublikada sığorta bazarının inkişafına zəmin yaratmışdır. Ali Baş Komandanın yeni formalaşan silahlı qüvvələrin hərbçilərinə, daxili işlər orqanlarının əməkdaşlarına diqqət və qayğının təzahürü olaraq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunlar qəbul edilmişdir.
1994-cü il 20 sentyabrda Azərbaycan üçün çox əhəmiyyətli olan “Əsrin müqaviləsi” imzalanandan sonra bu işi həyata keçirən Beynəlxalq Əməliyyat Şirkətinin bütün risklərinin frontiq sığortası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilmişdir. Şirkət Londonun “Lloyd” sığorta korporasiyasının “Secviq” broker qrupu vasitəsilə Beynəlxalq Əməliyyat Şirkətinin risklərini sığortalayaraq beynəlxalq təkrar sığorta bazarında tanınmışdır.
Respublikada iqtisadiyyatın və sığortanın inkişaf etdirilməsi ilə əlaqədar 1995-ci ildə İngiltərənin “Adam Smit” Universitetinin təşəbbüsü ilə keçirilən və mənim də iştirak etdiyim simpoziumda Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın bütün sahələri kimi sığorta bazarının inkişafı ilə bağlı çıxışında da belə demişdir: “Sığorta - Azərbaycan üçün nisbətən yeni və axıra qədər öyrənilməyən sahədir. Biz şübhəsiz ki, sığorta işini inkişaf etdirməliyik, lakin bu işi düzgün və peşəkarcasına yerinə yetirməliyik”.
Onu da qeyd etmək istəyirəm ki, mən 28 yaşımda Bakı Əmanət Bankının rəisi vəzifəsinə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə təyin edilmişdim. Hər zaman tutduğum məsul vəzifələrdə Ulu Öndərin etimadını doğrultmağa çalışmışam.
- Hazırda Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev siyasətinin bu gün dövlətimizə qazandırdığı uğurlar barədə nə deyə bilərsiniz?
- Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ölkəmiz sosial-iqtisadi inkişaf və dünya sisteminə inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə edib. Ən böyük nailiyyətlərimizdən biri də ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində sosial-iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yarandı.
Bu gün Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 16 ildə davam etdirilən siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan hər keçən gün ərzində yeni-yeni uğurlar əldə edir. Məhz bu uğurların fonunda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmiz, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət, həmçinin müxtəlif sahələri əhatə edən islahatlar öz müsbət nəticələrini verməkdədir.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sığorta bazarına təsirsiz ötüşməyib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün sığorta bazarının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Bu gün ölkə həyatının bütün sferalarında olduğu kimi, mühüm sahələrdən biri olan sığorta bazarının inkişaf etdirilməsi, təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun təşkil edilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvafiq normativ-hüquqi aktlar təsdiq edilir.
Onu da deyim ki, ölkə iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının inkişafı, əhalinin maddi rifah halının gündən-günə yaxşılaşdırılması sığorta işinin inkişafına əsaslı zəmin yaradır. Bu məqsədlə Dövlət Sığorta Şirkəti əhaliyə daha dolğun sığorta təminatı yaratmaq üçün 8 icbari və 29 könüllü növ üzrə sığorta xidməti göstərir.
Həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının dinamik inkişafı, əhalinin maddi rifah halının yaxşılaşdırılması sığortanın mütəmadi inkişafına geniş zəmin yaradır.
Qeyd etmək lazımdır ki, Dövlət Sığorta Şirkəti ölkənin sığorta bazarında hər zaman lider yerlərdə olmuşdur. Şirkət uğurlu fəaliyyətinə, fiziki və hüquqi şəxsləri keyfiyyətli sığorta ilə təminatına və xidmətlərinə görə dəfələrlə beynəlxalq və milli mükafatlara layiq görülmüşdür.

 
  • Oxunub:  4110  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4