Ana səhifə »  Müsahibə »  Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
A+   Yenilə  A-
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Trend-ə müsahibəsi:
- Əli müəllim, bu günlərdə Almaniyada “miqrant alveri”nə görə bir qrup azərbaycanlının həbs edilməsi böyük rezonans yaratdı. Məlum oldu ki, bəzi müxalifət təmsilçiləri saxta sənədlərlə bir sıra şəxslərin Avropaya yerləşməsinə yardımçı olublar. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Miqrasiya məsələləri, bir ölkədən başqa ölkəyə köç etmə, mövsümi və ya daimi yaşayış yerini dəyişmə, ayrı-ayrı səbəblərdən bir ölkədən başqa ölkəyə müvəqqəti və ya daimi keçid, normal prosesdir. Müstəqillik dövründə Azərbaycandan xarici ölkələrə köç edənlər, mövsümi və daimi yaşayış yerini dəyişənlər, o cümlədən Azərbaycana xarici ölkələrdən gələnlər, öz daimi yaşayış yerini Azərbaycan seçənlər də var. Bu, təbii prosesdir, normaldır, qloballaşma dövründə, qlobal dünyada bu prosesləri prinsipcə həm dövlətlər, həm də transmilli şirkətlər təqdir edirlər. İnsanların bu istəyini reallaşdırmaq məqsədilə bəzən hüquqi yardım, bəzən bu və ya digər məsələdə ona kömək göstərmək, yol göstərmək üçün müvafiq qurumlara müraciəti də təbiidir. Çünki xarici ölkələrin hər birinin özünün milli qanunvericiliyi var, Avropa Birliyi ölkələrində Avropa şengen viza normaları var, oraya getmək, yerləşmək və qalmağın müddətli planları mövcuddur. Ona görə də insanlar əgər köçməklə bağlı müraciət edənlərə qanunlar çərçivəsində yardım göstərirlərsə, bu, təbiidir. Yox əgər onlar qanunun icazə vermədiyi vasitələrlə, o cümlədən bu insanların həyatı, fəaliyyəti, onların yaşadığı ölkədəki vəziyyəti ilə bağlı sənədləri saxtalaşdıraraq bu işə yardım göstərirlərsə, bunun adı həm Azərbaycanda, həm də xarici ölkələrdə cinayətdir. Ona görə də son zamanlar Azərbaycandan gedən, Avropada yerləşən insanların indi geriyə qayıtma prosesi başlayıb və bu prosesi Azərbaycan dövləti deyil, Avropa dövlətləri başladıb.
- Bəs Almaniyadan deport edilən azərbaycanlıların taleyi necə olacaq, onlarla bağlı hansı tədbirlər görüləcək?
- Avropa dövlətləri artıq miqrant məsələlərində müəyyən nizam-intizam yaratmağa başlayıb və bu insanlar geri qaytarılır. Biz dövlət olaraq hər bir vətəndaşımız üçün cavabdehik, hər bir vətəndaşımızın geri qayıdışında, yerləşməsində müvafiq olaraq Azərbaycan cəmiyyətində özünün həyatını qurmasında lazımi yardımı göstərəcəyik. Hər bir dövlətin vəzifəsi öz vətəndaşına iş üçün, həyat üçün şərait yaratmaqdır. Və geri qayıdanların hər birinin fəaliyyəti müvafiq orqanlar tərəfindən araşdırılır, nə zaman gediblər, niyə gediblər, onların getməsində hansı səbəblər olub, kimlər yardım göstərib, onlara qanuni və ya qeyri-qanuni yolla yardım göstərilib?! Burada həmin o mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq. Bəlli olacaq ki, bu insanlara kimlər və hansı adla, niyə yardım göstərib və bunun müqabilində hansı vəsaiti qazanıblar, əldə etdikləri qazanc qanunidir, yoxsa qeyri-qanuni, vergiyə cəlb olunub, yoxsa olunmayıb. Və yaxud da qanunlara əməl ediblər, yoxsa pozublar. Düşünürük ki, bütün bu məsələlər aydınlaşacaq. Amma dediyim kimi, bu prosesi Azərbaycan dövləti başlamayıb, bunu Avropa dövlətləri başlayıb. Bizim də vətəndaşlar Avropadan qayıdan həmin vətəndaşlar sırasında olduğuna görə biz də bu məsələdə tərəf olaraq iştirak edirik və edəcəyik.
- Bu hadisələr, sözsüz ki, Azərbaycanın imicinə zərər vurur. Bu prosesdə iştirak edən dələduzlara qarşı hansı müvafiq tədbirlərin görülməsi gözlənilir?
- Azərbaycanın miqrasiya orqanı gələn vətəndaşların hər birini qarşılayır, onlarla bağlı müvafiq araşdırmalar aparır. Düşünürəm ki qarşıdan gələn müddətdə biz bu prosesi təşkil edənləri aydınlaşdıracağıq. Bu prosesi Azərbaycanın imicinə zərbə vuraraq həyata keçirənlər, sanki Azərbaycanda söz, mətbuat azadlığı yoxdur adı ilə bir qrup yaradıcı insanları, Azərbaycanda fəaliyyət azadlığı yoxdur adı ilə bir qrup siyasiləşmiş insanları ölkədən çıxarıblar. Azərbaycanda mülkiyyət və əmək hüquqları tapdalanır adı ilə müəyyən iş adamlarını ölkədən çıxarıblar və başqa-başqa adlarla milli mənsubiyyətini dəyişərək azərbaycanlının üstünə erməni adı qoyub, sonra da belə adlandırıblar ki, guya Azərbaycanda başqa millətin, başqa dinlərə mənsub olan insanların yaşamağa haqqı yoxdur, guya burada diskriminasiyaya məruz qalırlar. Yəni bunların hamısı bildiyiniz kimi qanun pozuntusudur, cinayətdir və bunlar araşdırılaraq müvafiq tədbir görüləcək. Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən Almaniya, Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar.
Amma Azərbaycan dövləti hər bir qayıdan vətəndaşına sahib çıxacaq, Azərbaycanda yaşamaq istəyən vətəndaşlarımıza münbit şərait yaradılacaq. Azərbaycan qanunlarını pozmaq istəyən, Azərbaycan qanunlarına, dövlətinə, dövlətçiliyinə qarşı fəaliyyət göstərən insanlar da qanun çərçivəsində qiymətini alacaqlar.

 
  • Oxunub:  3090  |  
  • Tarix:  22-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA