Ana səhifə »  Müsahibə »  Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!
A+   Yenilə  A-
Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev www.yap.org.az saytına müsahibə verib:
Son günlərdə respublikamızın ictimai-siyasi həyatında gedən pozitiv işlər, həyata keçirilən kadr və struktur islahatları, cəmiyyətdə formalaşan sağlam xalq-iqtidar birliyi, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik istər ölkə daxilində, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.
Bununla belə, ölkəmizdə özünü müxalifət adlandıran bəzi “siyasətçilər”, yalnız iqtidar partiyasına deyil, eyni zamanda, müstəqil dövlətçiliyimizə, xalqımıza qarşı dağıdıcı radikalizm və qeyri-konstruktiv anti-Azərbaycan, antimilli qüvvələrin davranışı, eləcə də son dövrlərdə bir qədər də “fəallaşması” Azərbaycan cəmiyyətində birmənalı olaraq bəyənilmir və pislənilir. Bu məsələlərlə bağlı Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyevin fikirlərini öyrəndik.
- Şəmsəddin müəllim, respublikamızdakı mövcud ictimai-siyasi vəziyyəti, cəmiyyət həyatında gedən proseslərlə bağlı hazırkı situasiyanı necə qiymətləndirirsiniz? Müxalifətin son bir ayda müşahidə etdiyimiz “fəallığının” hər hansı bir sosial-iqtisadi səbəbi varmı?
- Təbii ki, heç bir zəmini yoxdur. 2018-ci ildən başlayaraq ölkəmiz tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub, cəmiyyətdə əsaslı keyfiyyət dəyişiklikləri baş verir. Bu mənada postneft dövrünün yeni iqtisadiyyatının qurulması və şaxələndirilməsi, idarəetmədə rəqəmsallaşmanın, şəffaflığın yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində effektiv sosial islahatlar paketinin reallaşdırılması, institusional islahatların dərinləşdirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi mühüm addımlardır. Həmçinin əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində effektiv sosial islahatlar paketi reallaşdırılır, sistemli struktur və kadr islahatları həyata keçirilir, gənc kadrlara, savadlı mütəxəssislərə geniş meydan təqdim olunur. Möhtərəm Prezidentimizin son kadr islahatları bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Ölkəmizdə hər bir vətəndaşın öz sözünü və fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi üçün hətta dünyanın əksər ölkələrinə nümunə ola biləcək səviyyədə bütün şərait mövcuddur. Bir sözlə, müstəqilliyimizin xüsusilə son 16 ilində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş və sivil vətəndaş cəmiyyətinin inkişafı üçün hər cür şərait yaranmışdır. Belə olan təqdirdə, özünü “Milli şura” adlandıran müxalifət qüvvələrinin icazəsiz mitinqlər keçirmək niyyətləri və cəhdləri heç bir sağlam düşüncəyə sığmır. Dəfələrlə bu destruktiv müxaliflərin mitinq keçirmələrinə razılıq verilməsinə baxmayaraq, onlar müəyyən bəhanələrlə, əslində isə kifayət qədər ictimai dəstək, tərəfdar toplaya biləcək gücdə olmadıqlarından həm imtina edirlər, həm də şəhərin mərkəzi küçə və meydanlarında, nəqliyyatın və əhalinin gediş-gəlişinin intensiv olduğu yerlərdə, hətta metronun xüsusi mühafizə zonalarında yerləşən məkanlarda icazəsiz mitinqlər, yürüşlər keçirməyə və beləliklə ictimai asayişi kobud şəkildə pozmağa cəhd göstərirlər. Mütəmadi olaraq icazəsiz mitinqlərə cəhd edən radikalların bu cür canfəşanlıqlarının nədən qaynaqlandığı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır. Hesab edirəm ki, nəinki partiya funksionerləri, vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bu məsələlərə öz münasibətini bildirməlidirlər. Çünki müxalifətin qeyd olunan davranışı anti-Azərbaycan, antimilli qüvvələr tərəfindən müstəqil dövlətçiliyimiz və xalqımızın əleyhinə yönəlmiş təxribatlardır. Unutmamalıyıq ki, bizim bir Vətənimiz, güclü müstəqil dövlətimiz var, o da Azərbaycandır!
- Məlum həqiqətdir ki, hazırda müxalifətin cəmiyyətdə elektoratı, sosial dəstəyi çox zəifdir və reytinqləri də getdikcə aşağı düşməyə meyillidir. Bu qüvvələrin sosial şəbəkələrdə dağıdıcı destruktiv təbliğatı, insanları mitinqlərə çağırışları və s. fəaliyyətlərinin məqsədi də əsasən bəllidir. Sizin bu məsələlərə münasibətinizi bilmək maraqlı olardı.
- Çox düzgün və haqlı sualdır, özlərini müxalifət adlandıran bu radikal qüvvələrin məqsədi nədir? Cavab isə aydındır: ölkədə gedən pozitiv işlərə kölgə salmaq, ictimai-siyasi sabitliyi, asayişi və əmin-amanlığı pozmaq, vətəndaş-polis qarşıdurması yaratmaq, qəsdən özlərinə xəsarət yetirmək və ya polisi buna təhrik edərək sanki hakimiyyət tərəfindən onlara qarşı zor tətbiq edilirmiş kimi görüntülər yaratmaq, bununla da Azərbaycanın gündən-günə yüksəlməkdə olan beynəlxalq imicinə və nüfuzuna xələl gətirmək, ölkəmizdə guya demokratiyanın, insan haqları və azadlıqlarının pozulduğu haqqında xarici mətbuatda, xüsusilə sosial şəbəkələrdə, internet TV kanallarında səsləndirdikləri əsassız, sərsəm, tərbiyəsiz, şər-böhtan və qarayaxmalarla dolu bəyanatlarını sübut etməyə çalışmaq, ən başlıcası isə, maliyyələşdirildikləri mənfur, Azərbaycanın uğurlarını gözü götürməyən, ölkəmizi xaos, anarxiya, vətəndaş qarşıdurması və itaətsizliyi ocağına çevirmək arzusunda olan xarici dairələrin məmnunluğunu qazanmaq, eləcə də onlardan aldıqları hər cür dəstəyi itirməməkdir.
Son günlərdə biz müxalifətin daha bir siyasi fiaskosunun şahidi olduq. 2 noyabr icazəsiz mitinqinə hazırlıq və təyin olunan vaxta bir gün qalmış mitinqin müxalifət tərəfindən müxtəlif bəhanələrlə təxirə salınması özünə müxalifət deyən qüvvələrin əsl simasını, daha doğrusu, simasızlığını və məqsədlərini bir daha nümayiş etdirdi. Müxalifətin birdən-birə öz mövqeyini 180 dərəcə dəyişdirməsi onların gücsüzlüyünün, cəmiyyətdə ictimai dəstəyinin yox dərəcədə olmasının bariz nümunəsidir. Azərbaycan cəmiyyəti bir daha şahid oldu ki, müxalifət olan-qalan elektoratını da itirmək ərəfəsindədir və xaricdən onlara verilən dəstəklə hərəkət etdiklərinə görə artıq xalqın, ictimaiyyətin haqlı qınağına çevrilmişlər.
- Bildiyimiz kimi, müxalifətin mövcudluğu demokratik vətəndaş cəmiyyətinin zəruri tərkib elementidir. Bu tezisi oxucularımız üçün bir az açıqlaya bilərsinizmi?
- Əgər qısa desək, bu sualın cavabını belə ifadə etmək olar: vətəndaşların etimadını, rəğbətini qazanaraq seçkilərdə üstünlük əldə etməklə sivil və demokratik yolla hakimiyyətə gəlmək. Bu baxımdan müxalifətin məhz seçki ərəfəsində fəallığının daha da artması başadüşüləndir və qanunlarımız da nəinki buna mane olmur, hətta geniş imkanlar yaradır. Ölkəmizdə bir sıra müxalifət partiyaları mövcuddur ki, onlar yaradılmış bu imkanlardan və demokratik mühitdən yararlanaraq öz sağlam siyasi mübarizəsini davam etdirirlər. Misal olaraq göstərmək olar ki, bu gün Milli Məclisdə rəsmi qeydiyyatdan keçmiş on iki partiyanın nümayəndələri təmsil olunur və seçilmiş deputatların 41%-ə qədəri bitərəf və qeyri-iqtidar partiyasının üzvləridir. Bütün bunlara rəğmən, məlum dağıdıcı müxalifət qüvvələri hər dəfə seçki öncəsi proseslərdə xoşagəlməz, qanunazidd və iyrənc hərəkətləri ilə yadda qalır, həlledici məqamda - seçkilərdə iştirak etmir, hər vəchlə seçkiləri boykot etməyə çalışır, hətta səsverməyə gəlməyərək öz vətəndaşlıq borclarını belə yerinə yetirmirlər, seçici fəallığını azaltmaq və seçkilərin baş tutmaması üçün bütün qanunsuz yollara əl atırlar, hakimiyyətə çevriliş, dağıdıcılıq, hərc-mərclik, anarxiya yolu ilə gəlmək istəyirlər. Budəfəki cəhdləri ilə onların hələ də öz ənənəvi qaragüruhçu əməllərindən əl çəkmədiklərini, köhnəfikirli və uğursuz liderlərindən hələ də təmizlənmədiklərini, çox az sayda olsa da, gənc üzvlərindən öz çirkin mənafelərinə uyğun istifadə edərək onların siyasi karyeralarının önünə sədd çəkdiklərini və əvvəlcədən uğursuzluğa məhkum olduqlarını bir daha nümayiş etdirdilər.
Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsində olmasına baxmayaraq, dırnaqarası müxalifətçilər hələ də anlamırlar ki, bu, Prezident və ya parlament seçkiləri deyil, bir kəlmə də olsun bələdiyyə seçkilərindən danışmırlar, namizədlərini irəli sürmürlər, bütün seçkilərdə olduğu kimi, konstruktiv platforma ilə deyil, özlərinə xas eyni şablon şüarlarla, əsassız və cəfəng fikirlərlə çıxış edirlər. Lakin dərk etmirlər ki, nə bugünkü müstəqil, azad, demokratik və qüdrətli Azərbaycan dövləti doxsanıncı illərin Azərbaycanıdır, nə də o illərdə hakimiyyəti zorla ələ keçirən Xalq Cəbhəsi-”Müsavat” cütlüyünün səriştəsiz, rüsvayçı və xəyanətkar fəaliyyəti nəticəsində böyük bəlalara və vətəndaş qarşıdurmalarına düçar olmuş xalqımız həmin xalqdır. Azərbaycan xalqı müdrik xalq olaraq hər zaman yaxşını pisdən, ağı qaradan çox gözəl seçmək qabiliyyətinə malikdir. Son dövrdə aparılan sosial sorğular təsdiq edir ki, Azərbaycan xalqı bu qüvvələrə qətiyyən etimad etmir, ölkə başçımız, partiyamızın lideri cənab İlham Əliyevin reytinqi cəmiyyətdə 93%-dən də yüksəkdir.
- Qeyd etdiyiniz kimi, müxalifət hazırda bələdiyyə seçkiləri haqqında danışmır. Onlar əsasən dövlət əleyhinə çağırışlar edir, ayrı-ayrı məmurların ünvanına qarayaxmalar və şər-böhtanlarla məşğuldurlar. Bu, nə ilə bağlıdır?
- Mən bu suala yuxarıda qismən cavab verdim. Amma əlavə etmək istəyirəm ki, bələdiyyə seçkilərində maraqlı olmayan dağıdıcı müxalifətin son dövrdə belə “fəallaşmasının”, hər həftə piket, mitinq keçirilməsi üçün dəridən-qabıqdan çıxmasının məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi və asayişi pozmaqdır. Bu tələblərin arxasında başqa məqamlar dayanır və müxalifətin bu kimi davranışının səbəbləri gün kimi aydındır. Azərbaycan son 16 ildə möhtəşəm uğurlara imza atıb, dinamik, dayanıqlı və davamlı surətdə inkişaf edir, müstəqil xarici siyasət yürüdür, iqtisadiyyatı yüksək artım templəri ilə böyüyür, şaxələnir, gündən-günə neftdən asılılığını azaldır, ÜDM-də qeyri-neft sektorunun payı ilbəil yüksəlir, xarici borc göstəricilərinə görə dünya ölkələri arasında ən əlverişli mövqelərdə yer alır, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılmasına nail olub, dünyanın çox güclü ordularından birinə sahibdir, əhalinin sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşıb, xüsusilə cari ilin əvvəlindən başlayaraq iki mərhələdə inqilabi sosial islahatlar paketinin reallaşdırılması nəticəsində 4,2 milyondan çox əhalinin rifahı yüksəlib, bu məqsədlə hər il 3,9 milyard manatdan çox əlavə vəsait nəzərdə tutulub və bütün bunların ardıcıl olaraq davam etdirilməsi üçün real zəminlər formalaşdırılmışdır. Ölkə başçısının güclü siyasi iradəsi və apardığı cəsarətli, müstəqil, praqmatik siyasəti sayəsində qısa müddətdə ictimai həyatımızın istisnasız olaraq bütün sahələrində əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nüfuzunu ildən-ilə yüksəldir, beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə irəlilədir, dünyada və regionda söz sahibinə çevirir, beynəlxalq təşkilatlarda ölkəmizin maraq və mövqeyinə olan dəstəyi getdikcə artırır. Şübhəsizdir ki, bütün bunlar həm bizim təbii düşmənlərimizi, həm də onları dəstəkləyən bəzi bəlli qüvvələri narahat edir, buna görə də onlar hər vasitə ilə ölkəmizin güclənməsinin və qüdrətlənməsinin qarşısını almağa, pozitiv işlərə kölgə salmağa çalışırlar. Belə vasitələrdən biri də iradəsiz, əqidəsiz, xəyanətkar, şəxsi maraqlarını milli maraqlardan üstün tutan daxili “qüvvələri” ələ almaq və onlardan oyuncaq kimi istifadə etməklə öz çirkin niyyətlərinə nail olmaqdır. Məsələyə yalnız bu prizmadan yanaşdıqda bilərəkdən və ya bilməyərəkdən fəaliyyətlərində xarici qüvvələrin tapşırıqlarını rəhbər tutan radikal müxalifətin dağıdıcı hərəkətlərinin əsas motivlərini başa düşmək o qədər də çətin deyildir.
- Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ problemidir. Ölkə rəhbərimizin son beynəlxalq tədbirlərdə bu məsələni dünya ictimaiyyətinin, dövlət başçılarının diqqətinə çatdırmasının, sizcə, ciddi nəticələri olacaqmı? Müxalifətin bu məsələ ilə bağlı münasibətini necə qiymətləndirirsiniz?
- Yaxşı sualdır. İlk öncə qeyd edim ki, möhtərəm Prezidentimizin son beynəlxalq tədbirlərdəki çıxışları, sözün əsl mənasında, tarixi və cəsarətli bəyanatlardır. Bu çıxışlar hər bir azərbaycanlının qəlbində böyük qürur, fərəh və problemin həlli ilə bağlı ümid hisslərini gücləndirdi. Əminliklə deyə bilərik ki, ölkə başçısının bu bəyanatlarından sonra Dağlıq Qarabağ məsələsinin həll olunması istiqamətində yeni bir pozitiv siyasi mərhələ başlayır. Yuxarıda qeyd etdiklərimizə məntiqi ardıcıllıqla yanaşsaq, son iki ay ərzində ölkəmizdəki radikalların daha çox “fəallaşma”sının digər səbəbləri də üzə çıxır. Qeyd olunduğu kimi, cənab Prezident Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, bundan iki ay öncə Paşinyanın Xankəndində dediyi “Qarabağ Ermənistandır və nöqtə” sərsəm ifadəsinə tutarlı cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi”, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında “MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, “erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir”, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə “dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz” kimi ən ali tribunalardan səsləndirdiyi çağırışları ilə diplomatiya tariximizdə müdafiə taktikasından hücum taktikasına keçidin parlaq təzahürü olaraq Paşinyanı, sözün əsl mənasında, siyasi “nokaut” vəziyyətinə saldı və Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsində prinsipial mövqeyindən heç bir zaman geri çəkilməyəcəyini, Ermənistanın faşizmi dəstəkləyən neofaşist və dinimizə qarşı vandallıq edən islamofob xislətini bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.
Bir neçə gün əvvəl isə Bakı növbəti qlobal miqyaslı bir tədbirə - 120 dövlətin üzv, 17 dövlət və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu və BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat hesab olunan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısına ev sahibliyi etdi. Ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmək üçün olduqca geniş təsirlərə malik olan bu mötəbər qlobal platformada cənab Prezident İlham Əliyev Öz çıxışında Ermənistanın işğalçılıq siyasətini, ölkəmizə qarşı törətdiyi soyqırım və hərbi cinayətləri, işğal etdiyi ərazilərdə talançı və qanunsuz iqtisadi fəaliyyətləri haqqında məsələlərə geniş yer ayıraraq bir daha Ermənistanın dünyada sülhə, tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əngəl olan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz və saymazlıqla yanaşan dövlət kimi həqiqi simasını üzə çıxardı. Bütün bu hadisələrin fonunda nə edəcəyini bilməyən Ermənistan rəhbərliyi hələ də təşviş və qorxu içərisindədir və Paşinyanın təcili olaraq Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmasını da məhz bu təşvişin əlamətlərindən hesab etmək olar. Çünki işğalçı Ermənistanın rəhbərliyi artıq dərk edir ki, Azərbaycan müharibə qərarı qəbul etsə, çox qısa müddətdə nəinki işğal altında olan əraziləri azad edəcək, hətta ordumuz tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur və İrəvana kimi gedib çıxacaq. Ona görə də heç bir şübhə yoxdur ki, erməni lobbisi və ölkəmizi sevməyən digər qüvvələr bu səbəblərlə Azərbaycan iqtidarının diqqətini Dağlıq Qarabağ probleminin həllindən yayındıraraq yalnız daxili məsələlərlə məşğul olmağa cəlb etmək üçün Əli Kərimli və onun kimi digər müxalifət dairələrindən ölkəmizdə ictimai-siyasi asayişi pozaraq qarşıdurma yaratmaq üçün çox məharətlə istifadə edirlər.
Lakin erməni lobbisi və onların dəyirmanına su tökən dağıdıcı küçə müxalifəti bilməlidir ki, Azərbaycan bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaq, müstəqil Azərbaycan dövlətinin bu gün istər xarici, istərsə də daxili düşmənlərinə layiqincə cavab verməyə qadir olan həm hərbi-siyasi, həm inzibati, həm də iqtisadi gücü və iradəsi vardır. Bu gücün bünövrəsində sarsılmaz xalq-iqtidar birliyi və güclü lider faktoru dayanır. Digər tərəfdən isə təhlükəsizliyimizin və ictimai asayişimizin keşiyində şərəflə dayanan hüquq-mühafizə orqanlarının ayıq-sayıq, çevik və təmkinli fəaliyyəti ilə fərqlənən təqdirəlayiq əməkdaşları, Azərbaycan polisi vətəndaşlarımızı bu dağıdıcı və gözü dönmüş radikallardan çox məharətlə qoruyaraq hətta Avropa polisinə də örnək göstərdi. Avropada təşkil olunan etiraz aksiyalarında şahidi olduğumuz qeyri-insani davranışlara yol vermədən asayişi pozanları qanunlarımıza hörmətlə yanaşmağa və riayət etməyə çağırdılar, müvafiq xəbərdarlıqlara məhəl qoymayanları isə müvafiq qaydada tənbeh etdilər və cəzalandırdılar. Bu, belə də olmalıdır, çünki qanuna tabe olmamağın adekvat cəzası olmalıdır. Bu hadisələrdən hamılıqla bir daha dərs almalıyıq, müstəqil dövlətçiliyimizi bütün təxribatlardan göz bəbəyimiz kimi qorumalıyıq, dağıdıcı qüvvələrə heç bir şans verməməliyik, unutmamalıyıq ki, dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır, hakimiyyətə gəlməyin yeganə yolu isə demokratik və azad seçkilərdir.
Mən müxalifət düşərgəsində olan və Vətəninə, dövlətinə, millətinə sadiq olan gənclərə səslənirəm: Bu gün Azərbaycanın yeganə problemi düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsidir. Dövlət idarəçiliyindən tamamilə bixəbər olan köhnəfikirli və xəyanətkar qüvvələri öz sıralarınızdan süpürüb atın. Müstəqil Azərbaycan dövlətinə, xalqımıza, milli-mənəvi dəyərlərimizə xidmət edin. Bizim xalq olaraq milli varlığımız müstəqil dövlətçiliyimizin olmasındadır. Bizim bir Vətənimiz var, o da Azərbaycandır!

 
  • Oxunub:  3090  |  
  • Tarix:  05-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA