Ana səhifə »  Müsahibə »  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi Azərbaycanın növbəti mühüm diplomatik nailiyyətidir
A+   Yenilə  A-
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi Azərbaycanın növbəti mühüm diplomatik nailiyyətidir

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Qoşulmama Hərəkatının müasir beynəlxalq münasibətlər sistemində yerinə və roluna, eləcə də XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyətinə dair fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə qeyd edim ki, Azərbaycan mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, ölkəmizdə regional və qlobal əhəmiyyətli məsələlər, geoiqtisadi və geosiyasi proseslər xüsusi müzakirə predmetinı çevrilir. Bu, hər şeydən əvvəl onu göstərir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Təbii ki, bütün bunlar təsadüfi xarakter daşımır. Respublikamızda nüfuzlu idman, mədəniyyət tədbirlərinin, humanitar forumların, mühüm beynəlxalq görüşlərin keçirilməsini şərtləndirən bir sıra strateji faktorlar mövcuddur. Birincisi, Azərbaycan yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malikdir. Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. İkincisi, Azərbaycan regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Üçüncüsü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, Azərbaycanda etibarlı təhlükəsizlik mühiti hökm sürür, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur.
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Bilirsiniz ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Bəllidir ki, “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə, Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Bəhs olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Dövlət başçısı bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstək kimi qiymətləndirdi.
Əminliklə söyləmək olar ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti uğurlu olacaq. Bəhs olunan tədbirdə vurğulandığı kimi, ölkəmiz sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
- Zirvə Görüşündə Ermənistanın işğalçı, terrorçu siyasətinin mahiyyəti və nəticələri, eləcə də Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, Bakı Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə olundu. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası çərçivəsində mütəmadi olaraq Ermənistanın işğalçılıq siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırılır, erməni yalanları, tarixi faktlar və bugünkü reallıqlar əsasında ifşa edilir. Dövlətimizin başçısı mötəbər beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırır, ölkəmizin milli maraqlarını qətiyyətlə və cəsarətlə müdafiə edir. Bəhs olunan Zirvə Görüşündə də Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı və xalqımıza qarşı digər kütləvi qətliamlar törətməsi, ölkəmizin ərazi bütövlüyünün pozulması konkret faktlar əsasında nəzərə çatdırıldı. Əlbəttə, bu cür hallar informasiya müharibəsində Azərbaycanım Ermənistan üzərində aşkar üstünlüyünün daha da möhkəmlənməsinə, erməni lobbisinin təbliğat maşınının dezinformasıya siyasətinin neytrallaşdırılmasına xidmət edir.
Oktyabrın 26-da başa çatan Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən, özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Məlum olduğu kimi, bu zamana qədər İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Qoşulmama Hərəkatı da indiyə kimi qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edib. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığı ardıcıl və sistemli fəaliyyətin qanunauyğun nəticəsidir.
- Yeri gəlmişkən, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün əhəmiyyətini azaltmaq, bu mühüm beynəlxalq tədbirin üzərinə kölgə salmaq üçün həqiqətə uyğun olmayan fikirlər səsləndirir, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır...
- Antimilli və marginal qruplar növbəti dəfə Azərbaycan dövlətinin milli maraqlarına, xalqın mövqeyinə zidd mövqedən çıxış edirlər. Diqqət yetirsəniz, görərsiniz ki, işğalçı Ermənistan, erməni lobbisi və bir sıra anti-Azərbaycan dairələr bu tədbirlə əlaqədar qərəzli və neqativ məzmunlu informasiyalar dövriyyəyə buraxır, Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Ölkəmizdəki “beşinci kolon”un nümayəndələri də eyni tezisləri ifadə edir, bu isə bir daha radikal müxalifətin ermənipərəst qüvvələrlə sinxron hərəkət etdiyini göstərir.
Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirə ev sahibliyi etməsini, dünyanın diqqətinin Azərbaycanda olmasını, Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsini, Zirvə Görüşündə ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunmasını tənqid obyektinə çevirməyin, bütün bu müsbət reallıqları neqativ məzmunda ictimai rəyə təqdim etməyin bir adı var: Azərbaycanın milli maraqlarına xəyanət və Ermənistanın mövqeyini müdafiə etmək. Bax budur radikal müxalifətin antimilli mahiyyəti!
Şübhəsiz ki, Azərbaycan xalqı dağıdıcı müxalifətin dövlətin maraqlarına, xalqın mənafeyinə zidd mövqeyini ciddi etirazla və hiddətlə qarşılayır.
Ümumiyyətlə, qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin məqsədi vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yaratmaq, Azərbaycanın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaqdır. Lakin xalqdan dəstək almayan marginal qrupların bu cür əməlləri hər zaman iflasa məhkumdur, çünki Azərbaycan xalqı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, ölkəmizin inkişafına və xalqımızın firavan gələcəyinə xidmət edən bu siyasətə alternativ görmür.

 
  • Oxunub:  9240  |  
  • Tarix:  29-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA