Ana səhifə »  Müsahibə »  Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir
A+   Yenilə  A-
Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov www.yap.org.az saytına müsahibə verib:
- Kamaləddin müəllim, məlum olduğu kimi, ölkəmizdə davamlı şəkildə reallaşdırılan iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub. Bu islahatların əsas istiqamətləri haqqında sizin fikirlərinizi bilmək istərdik...
- Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Bu gün Azərbaycanın iqtisadi uğurlarını heç kəs inkar edə bilməz. Azərbaycan dünyanın dinamik inkişaf edən ən stabil ölkələrindən biridir.
Prezident İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə cari ilin son 9 ayı ərzində Azərbaycanda iqtisadiyyat sahəsində əldə olunan çox böyük uğurlardan söhbət açılmışdır. Göstərilmişdir ki, bu müddət ərzində qeyri-neft sektorunda artım 3 faiz, qeyri-neft sənayesində isə 15 faizdən çox olmuşdur. Sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilmiş, iqtisadiyyata 10,146 milyon manatdan çox investisiya yatırılmış, ölkəmizin valyuta ehtiyatları 50 milyard dollar təşkil etmişdir. 186 ölkə ilə ticarət əlaqələri yaradılmış, xarici ticarət dövriyyəsi 25,3 milyard dollara çatmışdır. Sevindirici haldır ki, qeyri-neft ixracı 15% artaraq 1,4 milyard dollarlıq səviyyədə qərarlaşmışdır.
Minimum əmək pensiyası 200 manat, minimum əməkhaqqı isə 250 manat miqdarında müəyyən edilmişdir. Təkcə 2 sosial paketlə 4,2 milyon insanın maddi güzəranı xeyli yaxşılaşdırılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkələri sırasına daxil olması, rəqabət qabiliyyəti indeksində ölkəmizin öz mövqelərini daha da yaxşılaşdırması ondan xəbər verir ki, əslində, islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunub saxlanmasına imkan yaradır. Bu məqam, eyni zamanda, beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb olur.
Hazırda ölkənin 33 rayonunda 262 min hektar ərazidə 51 aqropark və fermer təsərrüfatının yaradılması istiqamətində nəhəng işlər görülür. Bu vəzifələrin reallaşdırılmasına dövlət tərəfindən 2,4 milyard manatdan çox vəsait ayrılmışdır.
Təbii ki, bütün bunlar gündən-günə daha da uğurla reallaşdırılan iqtisadi, siyasi və sosial islahatlar nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev son müşavirədə bu islahatlara verilən qiymət və dəstəklə bağlı demişdir: “...Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları da bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər...”
- Kamaləddin müəllim, 2020-ci il icbari tibbi sığortanın bütün respublika miqyasında tətbiq ediləcəyi ildir...
- İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı davamlı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.
Gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bildiyiniz kimi, bu prosesə bir neçə il əvvəl başlanmış, Yevlax, Mingəçevir şəhərlərində və Ağdaş rayonunda pilot layihələr səviyyəsində icbari tibbi sığorta tədbirləri həyata keçirilmişdir.
Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə icbari tibbi sığortanın 4 istiqaməti mövcuddur. Azərbaycanın icbari tibbi sığorta sisteminin tətbiqi zamanı 2 xidmət paketinin təklif edilməsi nəzərdə tutulur.
Birinci paket üçün tələb olunan 29 manatlıq vəsait dövlət hesabına qarşılanacaq. Əlavə xidmətlər paketinin isə 2% əməkhaqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyi planlaşdırılır.
Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sosial sahədə, həqiqətən, inqilabi bir addımdır. Qarşıda duran nəhəng vəzifələrin reallaşdırılması üçün gələn ilin dövlət büdcəsində səhiyyə sahəsinə rekord miqdarda - təxminən 1,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
- Dövlət başçısı İlham Əliyev idarəçilikdə yeni ənənənin əsasını qoydu: artıq dövlət məmurlarını şəxsən özü qəbul edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin kadr siyasətində hansı yenilikləri göstərə bilərsiniz?
- Sualınıza bir qədər düzəliş vermək istərdim. Bu, yeni ənənə deyil. Möhtərəm Prezidentimiz bir qayda olaraq, nomenklatur işçilər, ölkənin müəyyən strukturlarında hansısa vəzifə etibar edilməsi nəzərdə tutulan və ya konkret vəzifədə çalışan ayrı-ayrı şəxslərlə daim görüşür. Dövlət başçısı bu görüşlər zamanı yeni kadrların fəaliyyət perspektivləri, işinin prioritet məqamları ilə bağlı tapşırıq və tövsiyələrini verir. Digər kadrların isə cari işlərin gedişi ilə bağlı hesabatlarını dinləyir. Sadəcə olaraq, bu görüşlərin informasiya təminatı formatı bir qədər dəyişib, təkmilləşib ki, bu da şəffaflığın daha da geniş şəkildə təmin edilməsi məqsədini güdür.
Bildiyiniz kimi, bu yenilik cəmiyyətdə maraqla qarşılanıb və cəmiyyət-dövlət, cəmiyyət-hökumət münasibətlərində bir yaxınlaşma və bir etimadın yaranmasına vəsilə olub.
O ki qaldı kadr siyasətinə, bilirsiniz, bu məsələ çoxdan diqqət mərkəzindədir. Ölkəmizdə idarəçilik, o cümlədən dövlət idarəçiliyi məsələləri, kadrların seçilib yerləşdirilməsi, tapşırılan iş üçün onların məsuliyyətinin artırılması sahəsində ciddi, məqsədyönlü iş aparılır. Özünüz də şahidsiniz ki, uzun illər dövlət və hökumət strukturlarında çalışan yaşlı kadrlar indi könüllü şəkildə öz vəzifələrindən istefa verirlər və bu vəzifələrdə onları cavan, özünü praktik işlərdə yaxşı göstərmiş perspektivli kadrlar əvəzləyirlər. Bu, belə də olmalıdır və cavanlaşma prosesi, ölkənin gələcəyinin gənclərə etibar edilməsi prosesi bu şəkildə tədricən həyata keçirilməlidir.
Bu proses də islahatlar paketinin ayrılmaz hissəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bir neçə gün bundan əvvəl dediyi sözləri xatırlayırsınızmı? “Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, - deyə dövlət başçısı vurğulamışdı.
- Kamaləddin müəllim, oktyabrın 19-da Bakının mərkəzində icazəsiz aksiyaya cəhd edildi. Bəzi politoloqların fikrincə, Azərbaycan dövlətinə və dövlətçiliyinə, xalqa qarşı ən rəzil və yolverilməz üsullarla mübarizə aparmağa cəhd edən siyasi qüvvələr, əslində, bir sıra xarici dövlətlərin və təşkilatların iradəsini ortaya qoymuşdular...
- Bu məsələ son günlər cəmiyyətin gündəmində olan əsas müzakirə mövzularından biridir. Bilirsinizmi, hər bir hadisə baş verərkən, ilk növbədə, bu aksiyanın hansı situasiyadan qaynaqlandığını, kimlərə sərfəli olduğunu, bu işin hansı qrupların və qüvvələrin mənafeyinə uyğun gəlməsini araşdırmaq lazımdır. Bu məqsədlə aksiya ərəfəsində baş vermiş siyasi prosesləri xatırlayaq.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin oktyabrın əvvəlində Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və ondan sonra Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi tezisləri və qətiyyətli bəyanatları, şübhəsiz, Qərbin bəzi siyasi qüvvələrinin, o cümlədən bədnam qonşularımızın və onların züytutanlarının xoşuna gələ bilməzdi. Təkcə Prezidentimizin “Dağlıq Qarabaq Azərbaycanındır və nida!” tezisi dünyanın ən aparıcı KİV-nin manşetinə çıxdı, böyük pozitiv əks-səda doğurdu.
Ölkə Prezidentinin bu ilin 9 ayının sosial-iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə parlaq nitqi və islahatların inkişaf edəcəyi və daha da dərinləşəcəyi ilə bağlı anonsu Azərbaycanı gözü götürməyən xarici qüvvələrin böyük narahatlığına səbəb oldu. Nəhayət, oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv olan dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə görüşünə kölgə salmaq cəhdləri də, əslində, Avropada yazılan ssenarinin Bakıda reallaşması cəhdi idi.
Reputasiyası korlanmış, nüfuzdan düşmüş, ikili standartlarla hərəkət edən bəzi Avropa təşkilatları artıq dünyada ciddi qəbul edilmir, onların fikir və rəyləri bir çox ölkələrdə etimad və etibar doğurmur. Onlar müxalifəti zəif və səriştəsiz olan ölkələrə nüfuz edərək, tarixin səhnəsində bir qədər də duruş gətirmək istəyirlər. Amma bir şeyi anlamırlar ki, nə zaman o zaman, nə də məkan o məkandır...
Biz hamımız əminik ki, xaricdən idarə olunan bu cür aksiyalar bizi islahatlar yolundan sapdıra bilməz, əksinə, cəmiyyətimizə, vətəndaşlarımıza Azərbaycanın daha da inkişafı və rifahı naminə böyük qətiyyət və əzmkarlıq aşılayır.

 
  • Oxunub:  4590  |  
  • Tarix:  26-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA