Ana səhifə »  Müsahibə »  Siyavuş Novruzov: Paşinyanın Soçidə, Aşqabadda vəziyyəti ağırlaşan kimi Əli Kərimli burda mitinq keçirmək istəyir
A+   Yenilə  A-
Siyavuş Novruzov: Paşinyanın Soçidə, Aşqabadda vəziyyəti ağırlaşan kimi Əli Kərimli burda mitinq keçirmək istəyir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi:
- YAP son vaxtlar tez-tez müşavirələr, gənclərlə görüşlər keçirir. Bu görüşlərdə partiya üzvləri sosial şəbəkələrdə aktiv olmağa, xüsusən radikal çıxışlara qarşı əks-arqumentlərlə çıxış etməyə çağırılır. Bundan başlamağınızı istərdik?
- Partiyanın proqramına uyğun olaraq görüşlər keçirilir. Bildiyiniz kimi, bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. YAP hər zaman seçkilərə uzunmüddətli dövrdə hazırlaşır. Bununla əlaqədar görüşlər keçirilir, müvafiq tapşırıqlar verilir. Hazırda YAP-ın 750 mindən çox üzvü var və onlar 8 min ilk təşkilatda birləşib. Biz çalışırıq ki, təşkilat sədrləri ilə görüşək. Çünki bütövlükdə partiya üzvlərinin hamısı ilə birlikdə görüşmək mümkün deyil. Bundan əlavə, cənab Prezident tərəfindən ölkəmizdə hazırda sosial, iqtisadi, kənd təsərrüfatı, məhkəmə-hüquq və digər sahələrdə islahatlar aparılır.
Bildiyiniz kimi, bir neçə gün bundan öncə cənab Prezident İlham Əliyev Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmə xidmət edən insanların qəhrəmanlaşdırılması ilə bağlı tarixi bəyanatla çıxış edib. Hazırda məlum olduğu kimi, dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycan xalqının devizinə çevrilib. Azərbaycan xalqı bu şüar ətrafında birləşərək torpaqlarımızı azad etməyə hazırdır və xalq Prezidentlə birgədir. Bu gün beynəlxalq hüququn normaları beynəlxalq təşkilatlar tərəfindən, təəssüf ki, yerinə yetirilmir, onlara ikili standartlarla yanaşılır. Neçə illərdir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Amma son anda gəlib deyirlər ki, siz razılaşın, razılaşdıqdan sonra biz də razı olacağıq. ATƏT-in Minsk qrupunun 3 böyük dövlətinin nümayəndələri əgər bizim əsirlikdə olan iki nəfərimizi geri ala bilməyiblərsə, 20 faiz ərazimizi necə alacaqlar? Artıq bu suallar qoyulmalıdır. Cənab Prezident tərəfindən də hər zaman bu məsələlər beynəlxalq təşkilatlarda, konfranslarda qaldırılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyi qeyd olunur. BMT-də başqa bir ölkə ilə bağlı sənəd qəbul edilən zaman isə mürəkkəbi qurumamış yerinə yetirilir. Bu baxımdan insanların geniş şəkildə maarifləndirilməsinə ehtiyac var. Çünki bu gün bəzi qüvvələr var ki, Ermənistan tərəfindən maliyyələşir. Erməni təbliğatını aparır, Ermənistanda “demokratiyanın” çiçək açdığını deyirlər. Ancaq özlərini azərbaycanlı adlandırırlar. Onların nəslini, kökünü araşdıran zaman isə görürsən ki, gedib başqa tərəfə çıxır. Çünki xalqını, dövlətini sevən bunları etməz. Bu baxımdan da biz insanlarla görüşürük, onların təkliflərini, problemlərini dinləyirik və lazımi orqanlara çatdırırıq. Gənclərin daha aktiv şəkildə bu məsələlərə qoşulmasının zərurət olduğunu onların diqqətinə çatdırırıq. Deyirik ki, bu vətən sizindir, ona görə vətənin müdafiəsi siyasi baxışından asılı olmayaraq, hər bir vətəndaşın borcudur.
- YAP zaman-zaman müxtəlif aksiyalar təşkil edir, çağırışlar edir. Bu yaxınlarda YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülməsi ilə bağlı çağırış etmişdi. Bu məsələ nə yerdə qaldı?
- Hazırda bununla bağlı proses gedir. Sonuncu toplantıda da belə bir məsələ qaldırıldı ki, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyində də belə bir fond yaradılsın və vətəndaşlar həmin fonda pul köçürsünlər. Təbii ki, dövlət bununla bağlı müəyyən addımları atır. Həmin fonda yığılan vəsait müəyyən təbliğat-təşviqat işlərinə, kitabların çapına yönləndirilə bilər. YAP-ın bu istiqamətdə təşəbbüsləri çoxdur. Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülməsi ilə bağlı təşəbbüsə YAP-ın bütün rayon və şəhər təşkilatları qoşulub, aktiv şəkildə iştirak edib və edirlər. Elə rayon təşkilatımız var ki, Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manatdan çox vəsait köçürüb. Milli Məclisin bəzi deputatları da öz əməkhaqqının 20-30 faizini həmin fonda köçürüblər. Hətta partiya üzvü olmayan deputatlar da bu təşəbbüsə qoşulublar. Bundan əlavə, bu il “Nəsimi ili” olduğundan bütün respublika ərazisində 650 min ağac əkiləcək. Həmçinin partiya tərəfindən kimsəsiz ailələrə dəstək aksiyası keçirilir. YAP mütəmadi olaraq belə aksiyaların keçirilməsi təşəbbüsü ilə çıxış edib və bundan sonra da edəcək.
- Siz həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədrisiniz. Bildiyimiz kimi, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişikliklər əsasən nələrdən ibarət olacaq?
- Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Biz İspaniyada, Türkiyədə, İranda, Rusiyada və s. ölkələrdə tədbirlər keçiririk. Hər dəfə yeniliklərin şahidi oluruq. Bu baxımdan da bu sahə üzrə kifayət qədər təcrübə toplanır, müxtəlif ölkələrin bu sahə ilə bağlı qanunvericiliyi öyrənilir. Baxmayaraq ki, Azərbaycanda insanların əksəriyyəti İslam dininə etiqad edir, ölkəmiz Avropanın bir hissəsidir. Bizim həm də Qərb və Şərqlə geniş əlaqələrimiz var. Azərbaycan onlarda olan dəyərlərin ən yaxşılarını əxz edərək özündə tətbiq edir. Bu baxımdan da qanunda müəyyən dəyişikliklərin edilməsinə zərurət var. Zaman keçdikcə, proseslər inkişaf etdikcə, qanuna da dəyişikliklər edilməlidir. Bu baxımdan da biz “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edəcəyik. Azərbaycanda qəbul edilən “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun dünya ölkələri tərəfindən bəyənilir. Hətta bəzi ölkələr bu qanundan yararlanır. Ümumiyyətlə, sahəsindən asılı olmayaraq, ekstremizm çox mənfi bir şeydir. Dində olanda isə ikiqat mənfidir. Din azaddır. Allaha çatmağa müxtəlif yollar var. Allah birdir və hamı tərəfindən qəbul edilib. Kim hansı yolu tutubsa, ona məcburiyyət olmaz. Düzdür, müəyyən qüvvələr var ki, şirnikdirməklə, pulla ələ almaqla, digər şeylərlə insanları aldadıb yoldan çıxarır. Amma qanunda əksini tapan, qeydiyyatdan keçən dinlər Azərbaycanda azaddır. Hazırda “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin üzərində iş gedir.
- Bir ara deputat həmkarlarınız Özbəkistanda yaltaqlığın qadağa olunduğunu əsas gətirərək, bu qanunun ölkəmizdə də tətbiq edilməsini təklif etmişdilər. Buna münasibətiniz nədir? Sizcə, buna ehtiyac varmı?
- Bu, nəzəri məsələdir. Biri onu həqiqət kimi, digəri isə yaltaqlıq kimi qəbul edə bilər. Yaltaqlanmağa Şərqdə yanaşma bir cürdür, Qərbdə başqa cür. Bu, tarixən gələn məsələlərdir. Ona görə hesab edirəm ki, yaltaqlığı hər hansı qanunla yox, təbliğatla, insanları inandırmaqla aradan qaldırmaq olar. Yoxsa qanun qəbul etdik, kim onu məhkəməyə verəcək ki, qanunu pozaraq yaltaqlıq edib. Bunun özü anormal bir şeydir.
- Bir neçə gün öncə Müsavat Partiyasının qurultayı keçirildi və Arif Hacılı yenidən başqan seçildi. Yəqin, siz də izlədiniz ki, qurultayla bağlı kifayət qədər narazılıq, fərqli açıqlamalar oldu. Müsavatın qurultayı barədə fikrinizi bilmək maraqlı olardı...
- Mən Müsavat Partiyasının qurultayını sonacan izlədim. 30 il keçməsinə baxmayaraq, 1990-cı illərdən bir qarış qabağa getməyən qurultay keçirildi. Hətta mən deyərdim ki, sovetlər birliyi dövründə kolxozların ümumi yığıncaq iclasları Müsavat Partiyasının qurultayından daha yaxşı keçirilirdi. Əvvəla, onu qeyd edim ki, qurultay qanunvericiliyə, partiya nizamnaməsinə, ümumi təlimatlara uyğun şəkildə keçirilmədi. Tamamilə şəxsi məqsədlər üçün keçirildi. Arif Hacılının ilk dəfə başqan seçilməsindən başlayaraq Müsavat Partiyasının qurultayının hamısı bu formada həyata keçirilib. Xatırlayırsınızsa, birincidə Rauf Arifoğlu Müsavatı tərk elədi və qurultayın demokratik keçirilmədiyi barədə çıxış etdi. İkincidə isə Tural Abbaslı ilə Qubad İbadoğlu partiyanı tərk elədi. Budəfəki qurultayda da Tofiq Yaqublu və Yadigar Sadıqlının orada iştirakı, sadəcə, fon yaradırdı. Bu məsələ artıq qurultaya qədər həll olunmuşdu. Əvvəla, Müsavatın Aparat rəhbəri Gülağa Aslanlı qurultay nümayəndələrini özü seçmişdi. Deyirlər ki, Müsavat Partiyasının milyonlarla üzvü var. 10 nəfərə 1 nəfər qurultay nümayəndəsi nəzərdə tutulmuşdu. Bu da eləyir 390 nəfər. Yəni Müsavat Partiyasının bütövlükdə Azərbaycanda 4 min üzvü var. Bunu digər namizədlərin fikirləri ilə də əsaslandıra bilərəm. Məsələn, Yadigar Sadıqlı deyib ki, biz 300 nəfərdən artıq insanı Məmməd Əmin Rəsulzadənin abidəsinin qarşısına yığa bilmirik. Bunu da biz demirik ki! Bunu partiyada başqanlığa namizəd olan şəxs deyir. Bəs biz niyə deyirdik ki, onlar niyə məhz şəhərin mərkəzində mitinq keçirmək istəyirlər? Çünki elə yer istəyirlər ki, onlara icazə verilməsin və yerin verilməməyini bəhanə gətirərək mitinq keçirməsinlər. Əgər sənin tərəfdarın varsa, yerin önəmi olmamalıdır. Bunun məsələyə aidiyyəti yoxdur. O baxımdan da deyirəm ki, Arif Hacılı qurultaya gələn vaxt artıq başqan seçilmişdi. Çünki qurultay nümayəndələrinin 90 faizi onun adamları idi. O qurultay, sadəcə, bir şou idi. Digər bir məsələyə də diqqətinizi çəkim. Debat vaxtı sosial şəbəkələrdə Tofiq Yaqublunu dəstəkləyirdilər. Bunlar da Əli Kərimlinin adamları idi. Bunu oxuyan kimi adam bilir. Digər maraqlı bir məqam isə ondadır ki, başqanlığa namizədlər çıxışlarında Dağlıq Qarabağla, sosial layihələr, gənclərlə partiya daxili münasibətlər, demokratiya ilə bağlı məsələlərə toxunmadılar. Arif Hacılı əvvəlcədən seçildiyinə görə təşəkkürünü bildirdi, Tofiq Yaqublu çıxışını “Milli şura”nın agenti olmadığına həsr etdi, Yadigar Sadıqlı isə qeyd elədi ki, Müsavat, ümumiyyətlə, fəaliyyət göstərmir. İsa Qəmbərin isə seçkiyə bilavasitə müdaxilə etməsi antidemokratik məsələdir. Onlar mitinqdə necə qışqırmağı, piketdə polisə özünü çırpıb həbs olunmağı və digər məsələləri yaxşı bilə bilərlər, amma seçki məsələsində onlara maarifləndirici kurslar və treninqlər keçə bilərəm. Hesab edirəm ki, Müsavat Partiyasının qurultayı şou idi. Bunlar, sadəcə, müsavat adını mənimsəyiblər. Məsələn, siz tərəzinin bir gözünə M.Ə.Rəsulzadəni, bir gözünə Arif Hacılını, bir gözünə F.X. Xoyskini, digərinə Y.Sadıqlını qoyun. Necə də gülməli görünür. O insanlar Azərbaycanı istəyən adamlar idilər. O Müsavat bu Müsavat deyil. O Müsavat Azərbaycan xalqının idi, bu Müsavat isə İsa Qəmbərlə Arif Hacılınındır.
- Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 19-da “Milli şura”nın “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında mitinq keçirməsinə razılıq verib. Lakin “Milli şura” bununla razılaşmır, Əli Kərimli sosial şəbəkədə paytaxtın “28 May” metrosu ətrafında icazəsiz mitinq keçiriləcəyi ilə bağlı çağırış edib...
- “Milli şura”nın mitinq keçirməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasını ayırıb. Çox səliqəli, rahat yerdir. Keçirmək istəyirlərsə, buyursunlar. Azərbaycanda qanun alidir və hamı ona tabedir. Onların “28 May” metrosu ətrafında mitinq keçirmək niyyətlərinin səbəbi isə hər kəsə məlumdur. Bakıda əhalinin ən sıx hərəkətdə olduğu, ictimai nəqliyyat qovşağının və ticarət mərkəzlərinin mövcud olduğu bu ərazi onlara olmayan elektoratını qələbəlik göstərmək, yoldan keçən təsadüfi insanları mitinqə cəlb etmək üçün lazımdır. Belə kiçik hiylələrlə, xırda hisslərlə və hesablarla kütləvi aksiyalar təşkil etmək təşəbbüsləri, heç şübhəsiz, qanunun sərt üzü ilə qarşılaşmaqdır. Çünki radikal müxalifətin əsl məqsədi paytaxtda və ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qanunsuzluq mühiti yaratmaq və cəmiyyəti qarşıdurmaya sövq etməkdir. Əvvəlcədən bəyan edilib ki, bu cəhdlər baş tutmayacaq. Digər tərəfdən niyə bu aksiyalar məhz ölkəmizdə mötəbər beynəlxalq tədbirlərdən bir neçə gün əvvələ təyin olunur? Misal üçün, Avroviziya musiqi yarışması, bir sıra nüfuzlu idman tədbirlərindən əvvəl biz bunun şahidi oluruq. Məqsəd Azərbaycan hakimiyyəti tərəfindən min bir çətinliklə, erməni lobbisi və onların havadarları ilə gərgin mübarizə şəraitində ölkəmizin yüksələn beynəlxalq imicini zədələməkdir. Çünki onlar güman edirlər ki, Azərbaycanın imici zədələnsə, hakimiyyətin də beynəlxalq aləmdəki nüfuzu düşəcək. Təəssüf ki, belə primitiv, antimilli və qeyri-vətənpərvər radikal müxalifətimiz var. Lakin tarix göstərir ki, onların çirkin əməlləri daim ifşa edilir, özləri isə getdikcə marginallaşaraq tarixin zibilliyinə doğru inamla addımlayırlar. Bu gün “Milli şura”da olan Əli Kərimli, Cəmil Həsənli Ermənistanın baş naziri Nikol Paşinyana Əbülfəz Elçibəydən çox xidmət göstərir. Onların xisləti ölkəmizin gündən-günə artan nüfuzuna xələl gətirməkdir. Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirildi və Qarabağla bağlı bəyanat verildi. Bax tədbir budur. Bunlar isə ara qatışdırmaq istəyirlər. Paşinyanın Soçidə, Aşqabadda vəziyyəti ağırlaşan kimi Əli Kərimli burda mitinq keçirmək istəyir. Cəmil Həsənli də hazırda Amerikada oturub. Ona oradan nə tapşırıq verirlərsə, o da çatdırır və onu etməyə çalışırlar. Ancaq ara qatmaq istəyirlər.
- Son zamanlar deputatların biznes fəaliyyətindən yazılır, onların mülkləri açıqlanır. YAP funksioneri olaraq bu barədə nə deyə bilərsiniz?
- YAP-ı təmsil edən deputatlara mütəmadi olaraq istiqamət verilməsi, seçicilərlə görüş, mətbuatda çıxışı, davranış qaydaları və s. məsələlərlə əlaqədar partiya tərəfindən işlər gedir. Onların fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. Deputatlıqla biznes fəaliyyəti heç vaxt bir araya sığmaz və qanunla bu, qadağandır. Deputat seçilən zaman öhdəlik ərizəsi yazır. Orada göstərir ki, deputat olduğu müddətdə elmi yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər fəaliyyətlərlə məşğul ola bilməz. Əgər kimsə buna əməl etmirsə, demək, qanunu pozur. Qanunu pozduğuna görə də deputat mandatını itirməlidir.
- Siyavuş müəllim, müsahibələrinizin birində müxalifətə dəstək verən keçmiş nazirlərin dosyesinin stolunuzun üstündə olduğunu demişdiniz...
- Müəyyən adamlar var ki, dövlətdən pul oğurlamışdılar, hazırda onlar cinayət məsuliyyətinə cəlb olunublar, məhkəmələri gedir. Milli Məclisə hər il Hesablama Palatası hesabat təqdim edir. Həmin hesabatda qeyd edilir ki, hansı strukturlar büdcə qanunvericiliyini pozaraq artıq vəsaitlər xərcləyib. Əsas məsələ odur ki, büdcədən gedən vəsaitlər geri qaytarılsın. Çünki o vəsaitlər xalqındır. Bizim də məqsədimiz budur. Uğurlu hakimiyyət öz tərkibini mütəmadi yeniləməyi və dövrün tələblərinə uyğun olan kadrlarla gücləndirməyi bacaran hakimiyyətdir.
Bildiyimiz kimi, dünən - oktyabrın 16-da möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə cari ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən bir sıra nazirliklərin indiki və keçmiş rəhbərlərinin bəzilərinin yarıtmaz fəaliyyəti açıq şəkildə tənqid olundu. Xüsusilə qeyri-neft sektorunda son üç il ərzində artım tempinin zəifləməsi, bu sahədə bank sektorunun investisiya qoyuluşundakı yarıtmaz fəaliyyəti qeyd edildi. Bəzi nazirlərin bir-birinə qarşı kompromat əməlləri sərt şəkildə qınandı. Öz işində nöqsanlara yol verən kadrlar indiyədək dəyişdirilib, bundan sonra da dəyişdiriləcək və bu, çox normal prosesdir. Bilirsinizmi, iş varsa, bu tip çətinliklər, neqativ halların da ortaya çıxması qaçılmazdı. Əsas bütün bunların öhdəsindən uğurla gələn güclü siyasi iradənin olmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizi ardıcıl nailiyyətlərə aparan möhkəm komanda formalaşdırıb, zəngin, qüdrətli dövlət quruculuğu istiqamətində inamlı addımlar atılır, gələcəkdə də atılacaq.

 
  • Oxunub:  5760  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 22:31
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
22 Noyabr 21:15
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
22 Noyabr 20:57
Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb
22 Noyabr 20:31
Firudin Qurbanov: Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir
22 Noyabr 20:30
Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizədə təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
22 Noyabr 20:26
Bələdiyyə seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib
22 Noyabr 20:25
Varşavada erməni təxribatının qarşısı alınıb
22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA